Kiber müharibə ssenarisində çəkindirmə və əlaqələndirmə - III Yazı

2019/08/cyber-4696576494.jpg
Oxunub: 1148     12:40     16 Avqust 2019    
(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)

Çəkindirmə

Kinetik müharibə ssenarisində çəkindirmənin mühüm bir rolu olsa da, kiber müharibədə çəkindirmənin fərqli mənası var. Demək olar ki, hər bir dövlət kiber imkanları inkişaf etdirmək və öz arsenalları üçün effektiv kiber silahların hazırlanması üçün çalışır. Heç kim onları tutub saxlamağa çalışmır. Şimali Koreya, ehtimal ki, ən çox kiber hücum qabiliyyətlərinin inkişafına sərmayə qoyan ölkədir. Kiber məkanda çəkindirmə ilə məşğul olmaqda başlıca problem ölkələrin kiber təhdidlərə qarşı müxtəlif təsir imkanlarına malik olmasıdır. İran və Şimali Koreya kimi zəif ölkələrin ABŞ və Avropa ölkələrinə nisbətən məhdud təsiri var. Amma bu onların kiber hücumlara qarşı bərabər həssaslıqda olmadıqlarını göstərir. Bu şərtlərdə, kiber hücumların nüvə müharibəsi imkanları ilə bərabərləşdirilməsi eyni olmayacaq.

Kiber müharibə təşviqləri ölkələri daha az risk almaqla, digər ölkələrlə kiber mübahisələrdə mənfəətlərini maksimum dərəcədə artırmaq üçün istifadə olunur. Bu baxımdan texnoloji cəhətdən inkişaf edən ölkələr kiber müharibəyə qarşı daha çox həssasdırlar.

Çəkindirmənin məqsədi digər ölkələrə qarşı kiber hücumların başlanması üçün hökmran dövlətləri çəkindirməkdir. “Çəkindirmə” konsepsiyasının başqa bir problemi ölkələrin hücum mənbəyini (atribut) və təhdid aktorlarının motivasiyasını ayırd edə bilmə qabiliyyətidir. Hər iki aspekt kiber müharibədə vacibdir.

Bu məqamda onu qeyd etmək lazımdır ki, kiber hücumları həyata keçirən hakerlər üçün yaxalanma riskinin az olması başqa bir problemdir. Əgər cəzaların sərtləşdirilməsi ilə hakerlərə başa salmaq mümkün olsa ki, etdikləri hərəkətin qarşılığında alacaqları cəza böyükdür, bəlkə bu onları belə hücumlar etməkdən çəkindirə bilər.

Kiber müharibə təsirli bir cəza növü kimi bir çox faktorlardan yararlanır:

- Ölkənin hücum qabiliyyətini təmsil edən kiber silahların mövcudluğu;
- Təhlükənin etibarlılığı;
- Təhlükəli mesajı potensial rəqiblərə və beynəlxalq ictimaiyyətə çatdırma qabiliyyəti.

Kəşfiyyat və təhlükəsizlik mütəxəssisləri həm iqtisadi, həm də hərbi təhdidlərin başqa bir hökumətə qarşı kiber müharibədə istifadə edilərək, təhlükəli aktorun qarşısının alınmasında təsirli ola biləcəyini güman edirlər.

Əlaqələndirmə

Kiber hücumların əlaqələndirilməsi kiber müharibədə çox çətindir və texniki, hüquqi, o cümlədən siyasi cəhətlər də daxil olmaqla bir çox aspektləri əhatə edir.

Əlaqələndirmə çoxmiqyaslı bir məsələdir, həmçinin məhkəmə analizləri, kəşfiyyat hesabatları, tarix və geosiyasət də daxil olmaqla, bir çox məlumat mənbəyinin təhlilini aparmaq lazımdır.

Kiber müharibə kontekstində, beynəlxalq ictimaiyyətin icazəsi ilə əks-hücum etmədən öncə kiber hücumun təsbit edilməsi lazımdır. Bu, müdafiəçilərə hücumun mənbəyini müəyyən etmək qabiliyyəti ilə yanaşı, effektiv müdafiə tədbirləri tətbiq etməsinin lazım olduğunu göstərir.

Əlaqələndirmə problemi ilə məşğul olan zaman, kiberməkanda dövlətlər tərəfindən və qeyri-dövlət aktorları tərəfindən həyata keçirilən hərəkətləri ayırmaq lazımdır.

Terror təşkilatları və mütəşəkkil cinayətkar qruplar kimi qeyri-dövlət aktorları, BMT Nizamnaməsinin 2 (4) maddəsi ilə məsuliyyət daşımaq üçün hər hansı bir dövlətlə əlaqələndirilməlidir. Gerçəklik göstərir ki, əlaqələndirmə problemi olduqca mürəkkəbdir və həmişə həll edilə bilən deyil, yəni kiber müharibə ssenarisində təcavüzkarlara qarşı əks-hücum başlamaq mümkün deyil.

Pentaqona qarşı olan kiber hücumlar və ABŞ prezidentliyinə seçkilərdə iştirak edən təşkilatlara və şəxslərə qarşı son hücumlara nümunə kimi baxaq. Dəlillər Çin və Rusiya dövlətlərinin iştirakçılarının müvafiq olaraq kiber hücumlarda iştirak etməsinə işarə etdiyinə baxmayaraq, zərərçəkən tərəf hücuma cavab verməyib.

“Worldwideweb – www” sistemlərdən və şəbəkələrdən ibarətdir. Bu, yaradılarkən əlaqələndirmə nəzərə alınmaqla inkişaf etdirilməyib. Buna görə də əlaqələndirmə kiber insidentin idarə edilməsində və onların cavabdehliyində əsas problem hesab olunur.

Xoşbəxtlikdən, bu mövzuda təhlükəsizlik mütəxəssislərinin böyük maraqlarından dolayı əlaqələndirmə imkanları artır. On il əvvəlki şeylər artıq dəyişir. Günümüzdə təhlükəsizlik mütəxəssisləri kiber məkanda müəyyən bir təhdid aktorunun fəaliyyətinə dair şübhəli fəaliyyəti izləməyə və araşdırmağa imkan verən vasitələrə sahibdir. Hökumətlər bu sahəyə investisiyalarını artırırlar. Onlar yeni dövlətlərə, o cümlədən milli-dövlət hakerləri daxil olmaqla, təhdid aktorlarının profilinə dair məlumat imkanı verən yeni proqnozlaşdırıcı modelləri müəyyən etməyə çalışırlar.

Digər tərəfdən, bədniyyətli aktorlar yeni mürəkkəb üsullar tapırlar. Bu onların uzunmüddətli axtarış altında qalmalarına imkan verir. Bu da əlaqələndirmə problemi ilə məşğul olan zaman daha bir çətinlik elementini ortaya çıxarır.

Bağlı platformaların sayının artması qaçılmaz olaraq yeni hücum vektorları təklif edir. Bu verktorlar milli strategiya çərçivəsində həll olunmalıdır. Kibertəhlükəsizlik, milli və sənaye texnologiyası strategiyalarının özülündə olmalıdır.

Əlaqələndirmə ilə bağlı hüquqi hökmlər həmişə müəyyən qədər qeyri-müəyyənlik dərəcəsində olacaq ki, bu da kiber müharibənin bir xüsusiyyətidir. Bu qeyri-müəyyənlik hökumət iddia edilən təcavüzkarlara qarşı münasib cavabını verməli olduqda siyasətdə və siyasi qərarlarda öz təsirini saxlayacaq.

Nəticə

- Kiber savaş, hər hansı bir hökumət üçün, xüsusilə hərbi baxımdan zəif olan ölkələr üçün strateji bir fürsətdir.

- Biz kiber müharibə məsələsində ilkin faza mərhələsindəyik. Bu, diplomatik şəxsləri, siyasətçiləri və texniki personalı cəlb etməyin lazım olduğu bir mərhələdir. Beynəlxalq ictimaiyyətin kiber döyüşü yeni bir döyüş meydanı kimi qəbul etməsi vacibdir.

- Kiberməkanda hakimiyyət hər hansı bir hökumət üçün strateji əhəmiyyət daşıyır. Göründüyü kimi, müəyyən şərtlər altında nüvə silahları ilə müqayisədə kiber silahları təhlil etmək mümkündür. Cəmiyyətimizin texnologiya təsiri ilə hücuma məruz qalması ilə baş verən kütləvi kiber hücum insan həyatına və zərərlərə səbəb ola bilər ki, bu da nüvə silahları ilə müqayisə edilə bilər.

- Fəlakətli ssenarilərdən qaçınmaq üçün yeganə inandırıcı yol kiber məkanda demək olar ki, hər hansı bir hökumət tərəfindən qəbul ediləcək davranış normalarının qəbul edilməsidir. Hökumətlər kiberməkanda dövlət davranışını tənzimləmək üçün səmərəlilik prinsipi inkişaf etdirməlidir.

- Hökumətlər arasındakı müzakirələr təsir mərkəzli, dünyada həyati infrastruktura qarşı kiber təhdidlərin potensial təsirlərini diqqətlə qiymətləndirən yanaşmaya yönəlməlidir.

- Bu təsirlərin təhlili, münaqişə vəziyyətində köməkçi ünsür kimi kiber imkanlardan istifadənin aspektlərini əhatə etməlidir. Bu, beynəlxalq təşkilatların təhdidlərin müəyyənləşdirilməsi və müəyyən bir təhdid aktoruna aid olması ilə bağlı fəaliyyət göstərəcək kəşfiyyatının aparılması imkanlarını nəzərdə tutur.

- Hüquqi baxımdan kiber silahlardan istifadəni dayandıracaq və dövlətləri öz infrastrukturlarının kibertəhlükəsizliyini yaxşılaşdırmağa məcbur edəcək qanun və normaların birgə çərçivəsinin qəbul edilməsi vacibdir.

Dəyanət Ağalarlı
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kiber-müharibə   Çəkindirmə   Əlaqələndirmə  

Kiber müharibə ssenarisində çəkindirmə və əlaqələndirmə - III Yazı

2019/08/cyber-4696576494.jpg
Oxunub: 1149     12:40     16 Avqust 2019    