Azərbaycan HİK-də Qarabağ müharibəsi veteranları və əlillər ilə görüş olub - FOTOLAR

2019/08/15653-4696044180.jpg
Oxunub: 861     15:01     09 Avqust 2019    
Avqustun 9-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Qurban bayramı ərəfəsində Qarabağ müharibəsi veteranları və əlillər ilə görüşüb.

Konfederasiyasından Ordu.az-a bildiriblər ki, AHİK sədri görüşdə iştirak edən müharibə iştirakçılarını, onların ailələrini İslam dünyasının müqəddəs bayramı olan Qurban bayramı münasibətilə təbrik edib. S.Möhbalıyev bildirib ki, ölkə rəhbərliyi tərəfindən müharibə veteranları və şəhid ailələrinə göstərilən ehtiram və qayğı artırılır, onların həyat şəraitinin, sosial təminatlarının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Sosial islahatlar paketinin tərkib hissəsi kimi, bu il Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb, müharibə əlilləri üçün də sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb, I qrup əlilliyi olanlara (o cümlədən I qrup müharibə əlillərinə) qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis edilib. Şəhid ailələri və müharibə əlillərinə avtomobil verilir, onların mənzillə təminatı davam etdirilir.

Deputat diqqətə çatdırıb ki, Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək orada təxribatçı açıqlamalar verməsi regionu yeni təhlükələrlə üzbəüz qoyur. Ermənistan baş nazir səviyyəsində beynəlxalq hüququn norma və prinsiplərini ayaq altına atır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini məhv edir. Yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərindədir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan öz ərazilərinin işğalı ilə heç zaman barışmayacaq və işğal olunmuş torpaqlarımızın azad olunması və öz evlərindən zor gücünə didərgin salınmış məcburi köçkünlərimizin bu torpaqlara geri qayıtmasını təmin etmək üçün var gücü ilə səylərini davam etdirəcək. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Ordumuzun döyüş hazırlığı və təminatı yüksək səviyyədədir. Ən müasir silahlarımız və texnikalarımız var. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində son illərdə Azərbaycan Ordusu istər döyüş qabiliyyətinə, istər maddi-texniki bazasına, istərsə də müasir silah-sursat arsenalına görə dünyada lider yerlərdən birini tutur.

AHİK sədri Qarabağ müharibəsi veteranlarının və əlillərin hər zaman AHİK-in diqqət mərkəzində olduğunu deyib. Onlarla mütəmadi olaraq görüşlərin keçirildiyini, problemlərinin həllinə xüsusi həssaslıqla yanaşıldığını, istirahət və müalicələrinin təşkili istiqamətində atılan addımları da diqqətə çatdırıb. Görüşdə iştirak edənlər ölkəmizdə geniş vüsət alan sosial müdafiə tədbirlərindən danışıb, həssas qrupların rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımları yüksək qiymətləndiriblər. Diqqət və qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Sonda görüş iştirakçılarının hər birinə bayram münasibətilə maddi yardımlar olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Azərbaycan HİK-də Qarabağ müharibəsi veteranları və əlillər ilə görüş olub - FOTOLAR

2019/08/15653-4696044180.jpg
Oxunub: 862     15:01     09 Avqust 2019    