Ermənistanda aprel döyüşləri iştirakçılarının dindirilməsini hansı məsləhətçilər qurupu həyata keçirir?

2019/08/banak-1565340175.jpg
Oxunub: 27427     12:40     09 Avqust 2019    
“Aprel döyüşlərinin detallarının istintaqını aparan komissiya hələ öz funksiyasının yerinə yetirlməsinə yeni başlayacaq”.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərində müəllif məqaləsi dərc olunub.

Müəllifin sözlərinə görə, aprel döyüşlərinin iştirakçılarının bəzilərini artıq kimlərsə aylar öncə dindirməyə başlayıb.

“Bunların kim olduğu və kimin təlimatı ilə hərəkət etdikləri, hansı cinayət işi çərçivəsində dindirmə apardıqları məlum deyil. İstintaq aparan şəxslər guya istintaq orqanından olduqları barədə özlərini təqdim ediblər. Müəmmalı istintaq orqanı nümayəndələri heç bir sənəd təqdim etməyiblər. Sabiq hərbi qulluqçuların ailə üzvlərindən bəziləri bildirib ki, dəftərlə evlərə gələn müharibə iştirakçılarını aprel döyüşlərində gördüklərini və xatırladıqlarını söyləməyə məcbur ediblər. Detallı şəkildə məlumat tələb edənlər, hətta yaralı iştirakçılardan birinin sənədlərinə və yarasına da açıb baxıblar.

Döyüşlərdə iştirak edən erməni hərbi qullquçularından biri erməni KİV-lərinə verdiyi müsahibəsində, silah görməyən şəxsin istintaq üçün göndərilməsinin qəribə olduğunu bildirib. O, istintaq aparan şəxsin “Qrad” mərmisinin nə olduğu və partlayışının nəticələri barədə suallar verməsini tam təəccüblə qarşılayıb. Partlayışdan səpələnən mərmi qəlpələri və cərrahiyyə əməliyyatından sonra qəlpələrin harda olmasına dair suallar veriblər. Meydanda əldə edilən silah qalıqlarından istehsalçı ölkəni müəyyən etmək olar, lakin istifadəçinin müəyyən edilməsi ilk dəfə baş verir. Bu gün Ermənistan və Azərbaycanda əsasən eyni ölkənin, yəni Rusiyanın istehsal etdiyi silahların istifadə edildiyi sirr deyil. Döyüşlərdə iştirak edən, yaralı erməni hərbi qulluqçu qəribə suallar verən istintaq heyətinə silahın üzərində “Made in Azərbaycan ” yazılmır, deyə zarafat etdiyini, bədənində hələ də qəlpələrin olduğunu və ekspertizadan keçirilməsi üçün çıxarılmasına yardım istədiyini də bildirib. Onlar cəbhəyədək yaxınlaşaraq, istintaq materiallarını vizual nəzərdən keçirəcəklərini deyiblər”, - deyə müəllif vurğulayır.

Müəllif hesab edir ki, aprel döyüşləri ilə bağlı erməni hərbi qulluqçunu dindirən şəxslərin istintaq orqanı ilə heç bir əlaqəsi yoxdur.

“Əlbəttə, qeyd edilən hərbi hissənin komandanlığı realiti şounun iştirakçılarını belə bir addımdan çəkindiriblər. Onlara başa salınıb ki, snayper nəzarəti altında olan əraziyə yaxınlaşmaq birbaşa axmaqlıqdır. Hansı orqan və nə məqsədlə döyüşlərin iştirakçılarının dindirilməsini dərk etmək üçün sirli istintaq qrupu haqqında Baş prokurorluqdan məlumat əldə etməyə çalışıb? Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətindən bildiriblər ki, aprel döyüşləri ilə bağlı yeni cinayət işi açılmayıb. Buna görə də həmin hadisənin detalları məlum deyil. Eyni sualla istintaq komitəsinin və Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətlərinə də müraciət edilib. Ermənistan MN-in mətbuat xidməti sorğuya qısa cavab verib: “Biz hər hansı istintaq aparılmasında problem görmürük, bu qədər...”, - deyə əslində məlumatı təkzib etməyib.

Belə çıxır ki, fəaliyyətinə görə, heç kimin məsuliyyət daşımadığı və təlimat vermədiyi bir qrup var və fəaliyyətdədir. Hazırda sirli istintaq qrupunun fəaliyyət və araşdırmalarını jurnalistlərə xas olan üsulda aparması da şübhə doğurub. Döyüşlərin başladığını nə zaman bildiniz, daha sonra nə oldu, hansı silahlarla döyüşürdünüz, yeməyiniz, geyiminiz vardımı, yanacaq, texnika təminatı necə idi və sairə.... İlk baxışdan aydın şəkildə jurnalist suallarına bənzəyir. Lakin daha diqqətlə yanaşarkən məlum olur ki, kimsə ordunu, komandanlığı tam çılpaqlığı ilə araşdırmağa hansısa məqsədlərə nail olmağa çalışır. Maraqlıdır şahid qismində dindirilən şəxslər olduğu kimi danışır, yoxsa sərf edənləri deyirlər.

Bu ifadələr, bu tarix, kimə və nə üçün yazılır deyə, parlamentin müdafiə və milli təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryandan məlumat əldə edilməsinə səy göstərilib. Eyni zamanda aprel döyüşlərinin istintaqı ilə məşğul olan komissiyanın sədri Köçəryan sualları dinləmədən, cavabsız qoyaraq telefonu söndürüb”, - deyə müəllif yazısında ifadə edilir.

Məqalə müəllifi ümid edir ki, özfəaliyyət müstəntiqlərin kimliyi və eyni zamanda aparılan iki istintaqın məqsədi və bağlılığının varlığı barədə Köçəryandan cavab alacaqlar. Güman edilir ki, toplanan material ehtiyatları sentyabr ayından başlayacaq dindirmələrdə istifadə ediləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin