Ermənistanda hərbçilərin məzarlıqları murdarlamaqda şübhəli bilinən qadın saxlanılıb

2019/08/15652-1565334957.jpg
Oxunub: 20020     11:14     09 Avqust 2019    
İrəvanın “Qırmızı Təpə” məzarlığında murdarlama faktı ilə bağlı şübhəli bilinən bir nəfər saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə İrəvan meriyasının informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Hovsep Kubadyan növbəti dəfə məzarlıqları murdarlama faktı üzrə “Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, polisə müraciət edilib.

Xatırladaq ki, daha öncə belə bir hadisə “Yerablur”da və digər məzarlıqlarda da baş verib. Bununla bağlı bir qadın saxlanılsa da, daha sonra imza qarşılığında azad edilib.

Məlumata görə, yeni fakt üzrə saxlanılan da həmin qadındır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Məzarlıq  


Bizi "telegram"da izləyin