Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Yüksək Texnologiyalar Sənayesi naziri Hakop Arşakyan deyib.
Onun sözlərinə görə, bu sahə Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin prioritetlərindən biri olacaq.
O qeyd edib ki, Nəqliyyat, rabitə və informasiya nazirliyinin adı yüksək texnologiyalar sənayesi nazirliyi ilə əvəz olunub.
“Müdafiə Nazirliyinin tərkibindəki hərbi sənaye komitəsi yeni nazirliyin tabeliyinə keçiriləcək. Biz Müdafiə Nazirliyi tərkibindən komitənin yeni nazirlik tərkibinə verilməsi prosesindəyik, artıq bu barədə qərar qəbul edilib. Hazırda eyni zamanda elmi tədqiqat institutları və zavodlar da nazirliyin tabeliyinə verilir. Biz, bu layihələr əsasında yeni imkanlar yaratmalı və onların inkişafına nail olmalıyıq. Bununla yanaşı görüləcək işlər Müdafiə Nazirliyi ilə birgə həyata keçiriləcək. Bu kompleksin inkişafında Müdafiə Nazirliyinin baxışları da nəzərə alınacaq”, - deyə erməni nazir vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az