Lakin istənilən halda Nikol Paşinyanın baş tutan çıxışı pafoslu vurğulamalardan asılı olmayaraq, tarixi bir çıxış kimi alınmayıb.
“Paşinyanın çıxışının ümummilli konsensus zərurətindən bəhs edilən hissəsinə kontrast və populizm kölgə salacaq. Paşinyanın səsləndirdiyi qulaqları və ürəkləri tərpədən “Qarabağ Ermənistandır, Vəssalam” şüar bəyanatı, əslində daha çox Qarabağın danışıqlara qaytarılması imkanlarının uğursuzluğa düçar olmasına etiraf kimi qəbul edilə bilər. Paşinyan bu reallığı populizm vasitəsilə ört-basdır etmək istəyir. Lakin Paşinyan çıxışında strateji məqsədlər barədə danışarkən romantikanın tərkibinə daha çox üstünlük verirdi.
“2050-ci ilə qədər bu problemləri həll etməliyik. Ermənistanın əhalisi 5 milyona qədər artacaq, 1.5 mln iş yeri yaradılacaq, 2 mln 500 min insanın məşğulluq problemi həll ediləcək və kasıblıq ləğv ediləcək. Ermənistan sənaye ölkəsinə çevriləcək. Ermənistanın ÜDM-isi 15 qat artırılacaq. Ən azı 10 milyard dollar dəyərində 5 yüksək texnoloji şirkətə sahib olunacaq. 10 min startap işçisi, 7 dəfə orta əmək haqqının artımı baş verəcək, ordu döyüş qabiliyyəti göstəriciləri baxımından dünyanın 20 qabaqcıl ordusu sırasına daxil olacaq. Dünyanın ən səmərəli kəşfiyyat xidmətlərindən birinə sahib olmağa nail olunacaq. Səhiyyə sahəsinin maliyyələşdirilməsi 20 qat artırılacaq, səhiyyə hər kəs üçün əl çatan olacaq. Təhsil və elmin maliyyələşdirilməsi 20 qat artırılacaq, Ermənistana səfər edən turist sayı 15 milyona çatdırılacaq. Ermənistan futbolu Avropa, yaxud dünya mükafatcısı səviyyəsinə qaldırılacaq. Olimpiya oyunlarının 25 qızıl medalını və fərdi Şahmat üzrə Dünya Çempionu adı əldə ediləcək”, - deyə Paşinyan Xankəndindəki çıxışında bəyan edib.
Paşinyanın bu bəyanatı tərkibinə görə, Serj Sarkisyanın 2040-cı ilədək 4 milyon nəfərədək əhalisi olan Ermənistan barədə bəyanatına bənzərdir. İstər Sarkisyanın, istərsə Paşinyanın bəyanatlarının ixtisaslaşmış əsaslandırma olmadan edilən bəyanatlar olduğunu görmək çətin deyil. Qısa desək, bu bəyanatlar şüar xarakteri daşıyır.
Bundan başqa Ermənistan iqtisadiyyatı bu cür proqnozlar verməyə imkan vermir. İqtisadçılar yekdilliklə qeyd edir ki, keçmiş makro-iqtisadiyyat istiqamətləri qalmaqdadır və iqtisadi inqilab haqqında danışmaq yersizdir. Digər tərəfdən Ermənsitanda daimi əhalinin sayı 6 ay ərzində 3700 nəfər azalıb. Yəni Ermənistan əhalisinin sayı rəsmi olaraq azalıb. Ermənistan Statistika Komitəsinin məlumatına əsasən, cari ilin iyulun 1-də olan məlumata əsasən, Ermənistanın daimi əhalisinin sayı 2 milyon 961 min 600 nəfər təşkil edib. Keçən ilin eyni dövrü ilə müqayisədə bu göstəricinin 8200 nəfər azaldığı müşahidə edilir.
Daimi əhalinin sayının azalmasından başqa doğulanların sayı da azalmaqdadır. Bu ilin birinci yarısında Ermənistanda doğulanların sayı 16 min 111 nəfər təşkil edibsə, keçən ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 16 min 261 min nəfər, 2017-ci ilin eyni dövründə isə 17 min 171 nəfər təşkil edib. Həmçinin ölənlərin sayı da artıb. Keçən ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 572 nəfər artıb. Əldə olan statistik məlumatlar nikbinlik üçün heç bir əsas vermir.Bu, əslində ötən gün Paşinyanın bəyanatlarının obyektivliyini şübhə altına alır. İnqilabı və maneəsiz populizmi ovsunlamaq heç nəyə gətirib çıxarmayacaq. Bu siyasi aksioma bir daha Ukrayna və Gürcüstandakı inqilabçı hökumətlərin reallıqdan uzaq şüarlarının girovuna çevrilməsi ilə öz təsdiqini tapıb.
Alpər Mövludoğlu
Ordu.az