Erməni politoloq: “Paşinyan tayfabazdır və Ermənistanı biabır etdi”

2019/08/paşi-1565263971.jpg
Oxunub: 5092     15:33     08 Avqust 2019    
“Paşinyan Ermənistan rəhbəri olaraq tayfabazlığı, komandasının çarəsizliyini izah etmək üçün birbaşa ölkəni biabır edir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Qaqik Hambaryan Paşinyanın canlı yayımda məxfi sənədi açıqlamasını şərh edərkən deyib.


Onun sözlərinə görə, Nikol Paşinyan dərk etməlidir ki, o, 1 nömrəli vəzifəli şəxsdir, artıq nə jurnalist, nə də Baş redaktor deyil, Ermənistan respublikasını təmsil edir.

“İnformasiyanı yarımçıq açıqlama vərdişindən əl çəkməlidir. Əgər sübutlar təqdim edərsə, o halda Paşinyana inanaram. “Respublikaçılar”ın, ümumerməni hərəkatının, yoxsa daşnakların günahkar olduğu məni qəti maraqlandırmır, vacib olan informasiyanın çatdırılma üsuludur. Paşinyan yarımçıq məlumat verirsə, bu o demək deyil ki, mən əridilmiş yağ kimi onu qəbul etməliyəm. 2014-cu il Sarkisyan hakimiyyətinin son illəri deyil axı? Sarkisyan hakimiyyətinin son illərində hazırlanmış hesabat nə deməkdir?”, - deyə Hambaryan şikayətlənib.

2014-cü ildə yazılmış sənədə görə, Ermənistanın institutisional baxımdan uğursuzluğa uğramasına dair Paşinyanın açıqlamasına gəldikdə isə politoloq hesab edir ki, hesabatdan sonra daha 4 il “Respublikaçılar” hakimiyyətdə mövcud olub: “Bu fakt, ya hesabatı hazırlayanların, ya da Paşinyanın saxtakarlığa yol verdiyini deməyə əsas verir. Onun bu hesabat barədə danışmasına səbəb 1 ildir ki, Ermənistana rəhbərlik etməsinə baxmayaraq, heç bir sahədə nəzərəçarpan irəliləyişə nail ola bilməməsidir. İndi isə 2014-cu ildə belə bir vəziyyətin olduğuna və ölkəni bu cür miras qəbul etdiyinə görə uğurlara nail olunmasının mümkün olmadığını izah etməyə çalışır. Lokal dəyişikliklərə nail olunsa da, irimiqyaslı heç bir dəyişiklik əldə edilməyib”.

Politoloqun fikrincə, müsahibələrindən birində Paşinyanın idarəetmə sistemində olanların cəmi 1-2 %-ni təyin etdiyini, qalanların köhnə sistem nümayəndələrindən ibarət olması barədə etirafı, onun idarəetmə sistemindən anlayışı olmadığını ortaya qoyur.

“Paşinyan dərk etmir ki, bu məsələdə ən əhəmiyyətli müfaviq sahələrdə lokomotiv olan onun təyin etdiyi nazirlər, nazir müavinləridir. Ermənistanın uğursuzluğa uğraması barədə Paşinyanın bəyanatı böyük səhvdir. Ermənistan rəhbəri olaraq, Paşinyan respublikanı birbaşa biabır edir. Ermənistanı uğursuzluğa uğramış ölkə kimi hesab etməsi çox pisdir. Paşinyan Ermənistan rəhbəri olaraq tayfabazlığı, komandasının çarəsizliyini izah etmək üçün ölkəni birbaşa biabır edir. 2005-ci ildən başlayaraq “Flying to life” jurnalı dünyanın uğursuzluğa uğramış ölkələrinin siyahısını dərc edir. Bizim ölkə heç vaxt bu jurnalın siyahısında aparıcı olmayıb. Biz nə Sudan, nə Yəmən, nə də Cənubi Sudan dövlətləriyik. Qeyd etməliyəm ki, 178 ölkə arasında Ermənistan 105-ci yerdədir. Bunu dövlət düşüncəsinin olmamasının nəticəsi kimi hesab edirəm”, - deyə Hambaryan bütün günahların Paşinyanda olduğunu diqqətə çatdırır.

Xatırladaq ki, Ermənistan Baş naziri Paşinyan öz “Facebook” səhifəsində canlı yayım zamanı dövlətin vəziyyəti ilə bağlı 2014-cu ildə tərtib edilən məxfi sənəddən müəyyən detallar açıqlayıb. O, sənədin adını qeyd etməyib, lakin vurğulayıb ki, sənədin müəllifləri bu cur dəyərləndirmə verməyə cürət edən kifayət qədər cəsarətli adamlar olublar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan-ordusu  


Bizi "telegram"da izləyin