İK: Asılmış halda tapılmış erməni gizirin ölümünə səbəb olan detallar araşdırılır

2019/07/34534-1563965761.jpg
Oxunub: 25638     15:08     08 Avqust 2019    
Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinin 10-cu qarnizon istintaq şöbəsi tərəfindən materiallar toplanır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan İstintaq komitəsi Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin giziri Samvel Mejlumyanın ölümü faktı ilə bağlı əlavə detalları açıqalyıb.

“2019-cu il avqustun 7-də saat 19:00 radələrində, Gümrü şəhərinin Vard-Bağ adlanan məhəlləsində xidmətdən kənar olan, Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, gizir Samvel Mejlumyanın boyun nahiyyəsindən kəndirlə ağacdan asılmış vəziyyətdə meyiti aşkarlanıb. Fakt üzrə İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinin 10-cu qarnizon istintaq şöbəsi tərəfindən materiallar toplanır. Cinayətin üstünün açılması istiqamətində zəruri tədbirlər görülür”, - deyə bu barədə Ermənistan İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin