Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın BMT-dəki daimi nümayəndəsi Kaxa İmnadze “Amerikanın səsi” radiosunun Gürcüstan xidmətinə bildirib.
Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının iclası ənənəvi olaraq qapalı keçiriləcək və şuraya sədrlik edən Polşa nümayəndəsi mətbuata açıqlama verəcək.
Avqustun 7-də K.İmnadze BMT-min mənzil qərargahında təşkilata üzv ölkələrin nümayəndələri ilə görüşüb və 2008-ci ilin avqust müharibəsi barədə danışıb. Nümayəndə Rusiyanın atəşkəs haqqında sazişə məhəl qoymadığını bildirib.
İmnadze qeyd edib ki, BMT-yə üzv dövlətlər Gürcüstan hökumətinin “Daha yaxşı gələcəyə doğru addım” adlı sülh təşəbbüsünü müsbət qiymətləndiriblər.
Sevinc Əliyeva
Ordu.az