Ermənistanda gizir özünü asdı

2019/08/00-26-1565245281.jpg
Oxunub: 24783     10:20     08 Avqust 2019    
Ermənistanın Gümrü şəhərində hərbi hissələrdən birinin orkestrinin əməkdaşının asılmış meyiti aşkar edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Nüdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz “Facebook” səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, Ermənistanda hərbi hissələrdən birinin orkestrinin əməkdaşı intihar edərək həyatına son qoyub.

“Gümrüdəki evində hərbi hissələrdən birinin orkestrinin əməkdaşı, gizir Samvel Qarniki Mejlumyanın asılmış meyiti aşkar edilib”, - deyə Hovhannisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İntihar   Gizir  


Bizi "telegram"da izləyin