Ordu.az xəbər verir ki, XİN Rusiyanı 2008-ci ilin avqustun 12-də əldə olunmuş atəşkəs haqqında sazişin öhdəliklərini yerinə yetirməyə çağırıb.
Bəyanata görə, Rusiya Gürcüstanın Abxaziya və Tsxinvali bölgələrinin faktiki zəbti istiqamətində addımlar atır.
“11 il əvvəl hərbi təcavüz və beynəlxalq hüququn fundamental normalarına məhəl qoymamaqla suveren dövlətin sərhədlərinin zor gücünə dəyişdirilməsinə cəhd olub və bu da həm region, həm də ümumilikdə Avropanın təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Rusiya Gürcüstanın Abxaziya və Tsxinvali bölgələrinin faktiki zəbti istiqamətində addımlar atır. Bu məqsədlə Rusiya dəmir tikanlı hasarlar çəkməkdə və süni maneələr yaratmaqda davam edir. Bu da yerli sakinlərin sərbəst hərəkət etmə və digər əsas hüquq və azadlıqlarını kobud şəkildə pozur. Buna görə də əhali ağır humanitar və sosial-iqtisadi vəziyyətdə yaşayır. XİN Gürcüstan hökumətinin cari çağırışlara cavab olaraq Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli siyasətini ardıcıl olaraq davam etdirir”, - deyə bəyanatda bildirilir.
Gürcüstan tərəfinin beynəlxalq ictimaiyyətin ölkənin suverenliyi və ərazi bütövlüyünə dəyişməz dəstəyini və Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həll olunması üçün töhfəsini yüksək qiymətləndirdiyini vurğulayıb.
Qeyd edək ki, Rusiya-Gürcüstan müharibəsi 2008-ci ilin avqustun 8-də başlayıb və 5 gün davam edib. Müharibə nəticəsində Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini işğal edib və avqustun 26-da onların müstəqilliklərini tanıyıb.
Sevinc Əliyeva
Ordu.az