İƏT-in Kəşmirlə bağlı təmas qrupunun fövqəladə iclası keçirilib

2019/08/275d4-1565160077.jpg
Oxunub: 8140     10:41     07 Avqust 2019    
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kəşmirlə bağlı təmas qrupunun fövqəladə iclası keçirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İƏT-in saytı məlumat yayıb.

Məlumata görə, təşkilatın Baş katibinin müavini Samir Bakr Diabın sədrlik etdiyi fövqəladə iclasda Cəmmu və Kəşmir bölgəsindəki son vəziyyət müzakirə olunub.

İclasda Baş katibin adından ünvanlanan məktubda Cəmmu və Kəşmirdə insan haqlarının pozulması pislənib və təmas xəttindəki kritik vəziyyətlə bağlı dərin narahatlıq duyulduğu ifadə olunub. İƏT Baş katibi münaqişə tərəflərini BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, İƏT-in sammit qərarlarına uyğun olaraq müzakirəli həll yoluna çağırıb.

İclasda iştirak edən Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureşi regiondakı vəziyyətlə bağlı məlumat verərək, beynəlxalq aləmi Cəmmu və Kəşmir əhalisini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb.

İclasda iştirak edən Təmas Qrupuna üzv olan ölkələrin - Azərbaycan, Nigeriya, Səudiyyə Ərəbistanı və Türkiyənin daimi nümayəndəliklərinin rəhbərləri Kəşmirdəki vəziyyətlə bağlı narahatlıqlarını bildiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İƏT   Kəşmir  


Bizi "telegram"da izləyin