Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 20 yaşlı Hrant Harutyunyan 2018-ci ilin yanvar ayında hərbi xidmətə çağrılaraq, işğal altında olan Qarabağdakı Ermənistan ordusunun hərbi hissələrindən birinə göndərilib.
O, xidmət etdiyi 16 ay ərzində mütəmadi olaraq ön xəttdə döyüş növbətçiliyinə təyin edilib, lakin mayın 14-ü onun son döyüş növbətçiliyi olub.
Növbəti döyüş növbətçiliyini təhvil verdikdən sonra post başçısının köməkçisi Xeçumyan Qriqor deyir ki, o, hadisə zamanı postun sektorları qarşısındakı otu təmizləməyə gedib: “Hrant sektorun yanında dayandı. Qriqori qabağa getdi. Az sonra Hrant, əsgər yoldaşının acı çəkən səsini və yardıma çağırdığını eşitdi”.

Hrutyunyan isə hadisəni belə xatırlayır: “Gördüm ki, Qriqor yuvarlanır. Cəld zirehli gödəkçəmi və dəbilqəmi çıxartdım və ona doğru qaçmağa başladım. Birdən ayağım qeyri-adi, otsuz çalaya düşdü. İstəyirdim geri çəkim hiss edirdim ki, bacara bilmirəm. Ayağımı qoydum bir gurultu səsi gəldi və başa düşdüm. Artıq arxası üstə uzanmışdım. Dirsəklərimə dəstəklənib qalxdım, gördüm ki, dabanım yoxdur. Həmin məqamda ikincisi partladı və gözlərim qapandı”.
Onu tibbi yardım göstərdikdən sonra Xocavənd hospitalına aparırılar. Ayağı amputasiya olunan Harutyunyanı oradan Xankəndi hospitalına təxliyyə edirlər. Hadisə barədə valideynləri bir neçə saat sonra xəbər tutaraq, Qarabağa gəlirlər.
Anası Nelli oğlunun nə baş verdiyini hiss etmədiyini qeyd edir: “Oğlum elə bilib ki, rəqib hücum edib. Ona görə də geri dönərək Qriqora deyib ki, məni bel vasitəsilə vur, öldür, özün qaç. İrəvandakı hospitalda gözü əməliyyat olunur. Lakin həkimlər deyir ki, sol gözünün görmə qabiliyyəti itib. Hospitalda həkimlərin laqeyd münasibəti insanı ruhdan salır. 15 gün reanimasiyada daim həkimlərin laqeydliyi ilə rastlaşdım. Müayinəyə gələrkən 4 saat əlil arabasında qalır, heç bir həkim diqqət göstərmir, yalnız şikayətdən sonra rentgen müayinəsinə aparırlar”.
Həkim rentgen müayinəsindən sonra ayaq barmaqlarının qırıq olması barədə nəticəni gizlədərək, artıq ayaga qalxa biləcəyini və ağrıların normal olduğunu deyib. Təkrar müayinə göstərir ki, yaralı erməni əsgərinin ayaq barmaqları 6 yerdən qırıqdır. Mina partlayışı nəticəsində yaralı erməni əsgərinin sağ ayaq pəncəsi amputasiya olunsa da, sol ayağı da xəsarət almış vəziyyətdə olub. Sol gözü tam kor olub, sağ gözün görmə qabilyyəti də 30% qalıb. Hərbi prokurorluq yaralı erməni əsgərinin baş verənləri etiraf etdiyini və imzaladığını iddia edir.
Reanimasiyada olarkən hərbi polis əməkaşı ona baş çəkir və baş verənləri danışmağı tələb edir. Demək olar ki, halsız və huşsuz vəziyyətdə olan Hrant , baş verənləri sonra nəql edərəm, deyə xahiş edir. Daha sonra prokurorluq valideynlərinə hansısa izahatı göstərərək, onları Hrantın imzaladığına əmin ediblər. Lakin yaralı erməni əsgər heç bir izahat vermədiyini vurğulayıb.
Guya Hrantın verdiyi izahatda qeyd edilib ki, otları təmizləmək əsgərlərin öz təşəbbüsü və istəyi olub. Lakin yaralı erməni əsgəri bildidir ki, otların təmizlənməsi şifahi əmr olub və yerinə yetirilməli idi. Ermənistan Müdafiə Nazirliyindən isə prosesin davam etdiyini, arxayın olmalarını bildirərək valideynlərin başı altına yastıq qoyublar. Daha sonra məlum olub ki, Ermənistan MN öz məsuliyyətindən yayınmaq və günahını gizlətməyə səy göstərir. Belə çıxır ki, Hrant Harutyunyan öz fəaliyyəti nəticəsində yaralanıb və MN-in burda heç bir işi yoxdur.
İlk başlanğıcdan bütün sənədlər planlı şəkildə səhv tərtib edilib. Hazırda baş verənlərin hərbi xidmətlə əlaqəsi olmadığını iddia edərək, erməni hərbi qulluqçuya hərbi deyil, mülki təqaüd vermək istəyirlər. Valideynləri isə buna etiraz edərək, hərbi təqaüd verilməsini tələb edirlər.
Valideynləri aidiyyəti bütün qurumlara, o cümlədən Nikol Paşinyana şikayət məktubları ünvanlasa da, bugünədək cavab yoxdur.
Alpər Mövludoğlu
Ordu.az