Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Aravot” nəşri yazıb.
Nəşrə görə, 1 il 3 aylıq inqilabdan sonrakı dövr iqtisadi nailiyyətlərdən daha çox keçirilən məhkəmə iclasları ilə bol olub.
“Yeni hakimiyyətin köhnə hakimiyyətlə müqayisədə xalqı daha çox, ya maddi şəkildə, ya da keçmişdəkilərin günahlarını ifşa etmək və ədalətin bərpası məmnuniiyyətləri ilə “qidalandırması” qəbul edilmiş qaydadır. Sanki, Ermənistanda ikinci məmnuniyyət daha çox üstünlük təşkil edir. Keçmiş hakimiyyətin məhşur simaları ilə bağlı keçirilən bütün məhkəmə işləri ictimaiyyət üçün hədsiz marağa səbəb olub. Respublikaçıların hakimiyyətindən azad olmuş Ermənistan vətəndaşlarında ən az əldə edilən nailiyyətlə kifayətənirik, deyə bir təsəvvür yaranıb. Onlar hər şeyə hazırdırlar, təki Robert Köçəryan, Manvel Qriqoryan və digər qalmaqallı hadisələrlə mühakimə edilənlər həbsdə qalsın. Beləliklə, bir iclasdan digər iclasa keçməklə, məhkəmə iclaslarının yekunlaşmasının yaxın ya uzaq olmasını bilmədən Ermənistan vətəndaşları qəlbindəkiləri boşaldır.
Məhkəmə iclasları öz axarında davam edərkən hakimiyyət-ictimaiyyət münasibətlərində baş verən proseslər zamanı hakimiyyətə qarşı ictimaiyyət tərəfindən nifrətin əmələ gəlmə səbəbləri və bunun nəticələrinə nəzər salaq.
Buna görə də bir neçə on illik geri qayıtmaqla, qanunauyğunluqlara nəzər salaq. Necə oldu ki, 1988-ci ildə Sovet yuxusundan ayılan, 91-ci ildə müstəqillik əldə edən, 93-cü ildə Qarabağda “azadlıq” mübarizəsindən bir neçə il sonra məyus olaraq, məhz həmin ermənilər tərəfindən hakimiyyətə gətirilən, ümumerməni hərəkatı rəhbərlərinə qarşı nifrət bəsləməyə başladılar. Məyusluğa ehtimal olunan səbəblərdən biri uzun müddətdir mübarizə aparan ermənilərin artıq öz işlərini gördüyünü və yerdə qalan işləri isə hakimiyyətə gəlmiş xalqın sevimlisi olan “Qarabağ” komitəsinin edəcəyini ümid etməsi idi. Bununla da evlərinə çəkilən ermənilər hakimiyyətə gəlmiş heç bir təcrübəsi olmayan rəhbərlərin qarşısında milli maraqlar, yerli əhəmiyyətli vacib məsələlər barədə tələblər qoymağa son verdilər. Xırda problemlərin həlli, şəxsi məsələlərlə bağlı problemlərin həllinə dair müraciətlər başlanıldı. Bu müraciətlərə həyatyanı sahənin abadlaşdırılması, dövlət hesabına xaricdə təhsil almaq, ucuz qiymətlə dövlət əmlakını özəlləşdirmək, yaxın qohum əqrəbalarının işlə təmin edilməsi və s. məsələlər daxil idi. Lakin hakimiyyətə gələnlər qarşısında xalqı narahat edən vacib məsələlər barədə tələblərin qoyulması ildən-ilə azalmağa başladı.
Daha sonra rəis məşğuldu, rəis yerində deyil, telefon nömrənizi qoyun, biz sizə zəng edərik, gedin bir başqa gün müraciət edərsiniz kimi ifadələr adiləşməyə başladı. Erməni xalqı bundan düzgün nəticə çıxarmadı və daha da sərt yolla irəliləməyə başladı. Sovet dövründə yayılan vasitəçilərin tapılması ənənəsi bərpa olunmağa başladı. Vasitəçilər yolu ilə şəxsi problemlərin həlli yayılmağa və illər ərzində daha da təkmilləşdirilməyə başlayıb. Nəticədə hakimiyyətin yanında olan bəzi adamlar kadr və digər məsələləri həll edən nüfuzlu vasitəçilərə çevrildilər. Hakimiyyət isə özünü tədricən ictimaiyyətdən uzaqlaşdırmağa başladı.
Əhalinin məyusluğu hakimiyyətə qarşı nifrətlə əvəz edildi. Bununla da 1991-ci ildə “Le-von, Le-von” deyə səsləndirilən şüarlarla küçələrə çıxan ermənilər, 1996-cı ildə “Rədd ol Levon” deyə yürüşlərə başladı. Robert Köçəryan və Serj Sarkisyan hakimiyyəti dövründə erməni cəmiyyəti ilə hakimiyyət arasındakı uçurum daha da dərinləşib. “1 Mart” hadisələri isə pik nöqtə olub. Seçki saxtakarlığı yolu ilə hakimiyyətin sükanını əldə saxlamaqdan başqa iqtidarın çıxış yolu qalmayıb.
İlk baxışdan elə təsəvvür yaranır ki, inqilabın irəli sürdüyü yaxşı başlanğıc, yalnız yaxşı inkişaf təmin edəcək. Lakin indi də həmin təhlükə mövcuddur. Xalqın sevimlisi olan Nikol qısa vaxt ərzində xalqın sevimlisi olmayan vəziyyətə düşə bilər. Bu mənada əgərlər... həddindən artıq çoxdur.
1. Əgər keçmiş oliqarx sistemi həcmində formalaşdırılan konstitusiyanın mühafizəsi nəticəsində keçmiş hakimiyyətin pis idarəetmə modeli davam edərsə və yalnız rəhbər vəzifələr yenilərin keçməsi ilə müşayiət olunarsa, bu halda ermənilər yenidən demokratiyanın azad və ədaləti seçkilərin keçirilməsi, KİV-lərin azadlığının təmin edilməsi, ictimai qrupların tələblərinin ifadə olunması modeli, nümayiş, mitinq, yaxud yolların kəsilməsi yolu ilə onları narahat edən məsələlərin həllinə nail olunması təmin edilməlidir. Lakin bunlar əsas məqsəd olan icra, qanunverici və məhkəmə hakimiyyətinin real bölünməsi və bir-birindən müstəqil fəaliyyətə nail olmadan ciddi nəticə verməyəcək;
2. Əgər hakimiyyətin idarə edilməsi sistemində təcrübəsiz məmurların cəlb edilməsi ilə yanaşı idarəetmənin orta təbəqəsində köhnə sistemdən qalan və yaxşı mütəxəssis adı olan təcrübəli canavarlar saxlanarsa nəticə olmayacaq. Bu təcrübəlilər öz peşə bacarıqları ilə təcrübəsizləri təəccübləndirməklə eyni vaxtda, onların yanında etimad qazanacaq və bulanıq sularda sakitcə öz balıqlarını ovlamağa davam edəcəklər. Bu, illər keçdikcə yeni vəzifəlilərin beynində “dırnağın var, başını qaşı”, “kim eşşəkdir mən palanam”, “gəlib şeytanın meydanında kəndirbazlıq edirsən” deyə sınaqdan çıxmış həyati davranış tərzi və ifadələrin reallığı özünü büruzə verərsə baş verə bilər;
3. Əgər iqtidarda olan “mülki müqavilə” partiyasına kütləvi şəkildə, icma rəhbərləri, oliqarxların övladları, onların qohumları ideologiyadankənar təsadüfi adamlar soxularsa, eyni aqibət gözləyir. Belə insanlar əsasən öz firavanlıqları haqqında düşünür;
4. Əgər ölkədəki və xaricdəki müəyyən qüvvələr Ermənistan və Qarabağ (qondarma qurum-red.) rəhbərlikləri arasında parçalanmaya nail olarsa bu baş verə bilər;
5. Əgər indiki hökumət və parlament ədalətli məhkəmə sistemin təşkil edilməsi formasını, onun fəaliyyətini qaydaya sala bilməzsə bu baş verə bilər;
6. Əgər bizim fəal vətəndaş cəmiyyətimizin qismi və bizim partiyalar heç bir iqtidar təkbaşına çoxşaxəli xarici balanslaşdırılmış siyasət apara bilməyəcəyini dərk etməsə bu baş verə bilər;
7. Əgər qısa müddət ərzində indiki icra və qanunverici hakimiyyət vəd etdiyi iqtisadi inqilabı həyata keçirə bilməzsə və ictimaiyyət azad və ədalətli şəkildə keçirilən son seçkilərin verdiyi maddi bəhrələrini görməsə bu baş verə bilər.
8. Əgər “polis bizimdir” şüarı qorunub saxlanılmazsa və polis yenə hakimiyyəti xalqdan qorumağa başlayarsa bu baş verə bilər;
9. Əgər vəd edilən böyük vətənə qayıdışın baş verməsi əvəzinə, insanlar yenidən öz bəxtlərini xarici ölkələrdə axtarmağa balayarsa bu baş verə bilər;
10. Əgər kəndlərdə mövcud kənd təsərrüfatı əhəmiyyətli torpaqların böyük bir hissəsi yenə becərilməmiş qalarsa, torpaqdan gəlir əldə edə bilməyən kəndli yenə şəhərlərdə, sürücü, inşaat işlərində çalışmağa başlayarsa bu baş verə bilər;
11.Əgər sərhədyanı kəndlərin möhkəmləndirilməsi və əhalisinə verilən xeyli güzəştlər proqramı qəbul edilməzsə bu baş verə bilər;
12. Əgər ölkənin elminin bəhrə verməsi üçün ciddi addımlar atılmazsa və elm bizim iqtisadiyyatımızın əsas aparıcı gücü olmasa bu baş verə bilər;
13. Əgər təhsil sistemi qaydaya salınmazsa bu baş verə bilər;
14. Əgər silah üzrə fəal dünya rəqabətinin indiki vaxtında ordunu müasir silah növləri ilə kifayət qədər komplektləşdirə bilməsək bu baş verə bilər.
Paşinyan hökuməti nəzərə almalıdır ki, hakimiyyət üçün vaxt çox hiss olunmadan keçir. Xeyli iş görmüşük deyə fəaliyyətə yekun vurmağa çalışarkən, xeyli narazı insana rast gələ bilərlər.
Belə hal hakimiyyətin öz etdiklərini aydın şəkildə görə bilməsi, lakin etmədiklərini görə bilməməsinin nəticəsidir”, - deyə erməni nəşri diqqətə çatdırıb.
Alpər Mövludoğlu
Ordu.az