Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan deyib.
Onun sözlərinə görə, bu addımla mümkün qədər problemlərdən yayınmağa cəhd edilir.
“Ermənistan hökuməti Silahlı Qüvvələrin ehtiyacları üçün planlaşdırılmış bir neçə satınalmaları gizlədib. Bu satınalmalar Müdafiə Nazirliyinin gizli satınalmaları siyahısına daxil edilib”, - deyə o, bildirib .
Tonoyanın “ARMY-2019” çərçivəsində Ermənistanın yeni silah-sursatlar alacağı haqqında bəyanatına toxunan nazir müavini bunun davamlı prosedur olduğunu qeyd edib.
“Müdafiə naziri bu barədə danışmaq üçün bir neçə dəfə imkan əldə edib. Əlbəttə ki, Baş nazir də dolayı yolla bizim bu niyyətimizə toxunub. Xüsusi diqqət təkcə köhnə silahların yenilənməsi məsələsinə yox, eləcə də yeni silah və texnologiyaların idarə etdiyi yüksək dəqiqlikli silah növlərinin əldə olunması məsələsinə yönəlib.
Müdafiə nazirinin bəyanatları imzalanmış müqavilələr haqqında idi. Bir neçə həftə bundan əvvəl Rusiya nümayəndə heyəti Ermənistanda idi. Biz artıq əldə olunmuş razılaşmların həyata keçirilməsi mərhələsindəyik. Son 1 ay ərzində yeni növ silahlar əldə olunub və bu davamlı prosesdir”, - deyə Balayan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az