“Bu barbarlıq və utanc, eyni zamanda qalmaqallı bir addımdır” - Kolerov

2018/12/32-1545128616.jpg
Oxunub: 19365     16:55     20 İyun 2019    
“Hazırda Köçəryana qarşı baş verənlər iki ölkə arasındakı münasibətlərə təsirsiz ötüşməyəcək”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Regnum” xəbər agentliyinin Baş redaktoru, politoloq Modest Kolerov deyib.

Onun sözlərinə görə, Ermənistan parlament sədrinin Rusiya səfirinin ünvanına səsləndirdiyi narazılıqlar sadəcə hüquqi sahədən kənar davranışdır.

“Ermənistandakı Rusiya səfirinə hər hansı şikayət təqdim edilməyib. Adi görüş və söhbət baş tutub. Köçəryana qarşı hazırda baş verənlər iki ölkə arasındakı münasibətlərə təsirsiz ötüşməyəcək. Ermənistan parlamentinin sədrinin Rusiya səfirinin ünvanına səsləndirdiyi narazılıqlar sadəcə hüquqi sahədən kənar davranışdır. Onun hüquqşünas olmadığını anlayıram. Lakin tutduğu vəzifə tələb edir ki, adi elementar qaydalara əməl etsin”, - deyə Kolerov bildirib.

O qeyd edib ki, məhkəmə şəxsin günahkar olduğunu tanımayanadək həmin şəxs günahsızdır: “Parlament sədri, Köçəryana qarşı cinayət işinin açıldığını, buna görə də onunla görüş keçirilə bilməyəcəyini deməklə çox kobud şəkildə nümayişkarcasına utanmaz və qalmaqallı şəkildə hətta barbarcasına qanunların fundamental prinsiplərini, təqsirsizlik ilkin davranış qaydalarını pozur.

Nə olsun Köçəryana qarşı cinayət işi açılıb, sabah da ona qarşı da açıla bilər və sonra? Məhkəmə şəxsin günahkar olduğunu tanımayanadək həmin şəxs günahsızdır. Bu prinsipin təqsirkarsızlıq olduğunu bilmirsiniz? Bu qaydalar bütün normal ölkələrdə olduğu kimi Ermənistan konstitusiyasında da əksini tapır. İndi belə çıxır ki, Ermənistan Parlamentinin sədri təqsirsizlik prezumpsiyasını pozur. Bu barbarlıq və utanc, eyni zamanda qalmaqallı bir addımdır”.

“Səfirin Köçəryanla görüşməsini Rusiyanın siyasi dəstəyi hesab etmək olarmı?” deyə verilən suala cavabında o əlavə edib ki, ilk növbədə səfir bütün siyasi qüvvələrlə görüşməlidir.

“Bu, bir əlifba qaydasıdır. İkinci halda şəxsən Putin Köçəryana dəstəyini göstərib. Bu səbəbdən bizim səfir də, Köçəryana dəstəyini göstərir”, - deyə Kolerov fikirlərini tamamlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Etiraz  


Bizi "telegram"da izləyin