Ordu.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Nazir qeyd edib ki, Azərbaycan Ordusunun helikopter parkı da tam yenilənib.
"Bizim istifadəmizdə ən müasir helikopterlər var. Onlar uzaq məsafədən hədəfi dəqiqliklə vurmağa qadirdir", - deyə Zakir Həsənov bildirib.
Hərbi dəniz donanması ilə bağlı sualı cavablandıran nazir bildirib ki, donanmanın təkmilləşdirilməsi ilə bağlı işlər aparılır: "Biz dənizdə elə bir təhlükə görmürük. Xəzərin statusu ilə bağlı məsələ də həll olunub. Xəzəryanı dövlətlər bizə dost ölkələrdir. Ancaq hərbi dəniz donanmasının da təkmilləşdirilməsi istiqamətində işlər aparılır".
Ordu.az