Ordu.az xəbər verir ki, Karlson bu fikirləri Böyük Britaniyanın “Sky News” telekanalına müsahibəsində səsləndirib.
Jurnalistə müharibənin Trampın siyasi tənəzzülünün başlanğıcı olub-olmayacağı barədə sual verilib. Karlson cavabında bunun Trampın siyasi dövrünün sonu ola biləcəyini bildirib.
“Əlbəttə, bu sonudur. Mən bunu ona hələ fevral ayında demişdim. O artıq bunu bilirdi. Tramp ağıllı insandır. Mən ona bilmədiyi heç nə deməmişəm. Tramp detallara çox diqqət yetirən adam deyil, detallarda yanılır və bəzən açıq şəkildə səhv məlumat verir. Amma o, siyasətin böyük mənzərəsini anlayır və bu baxımdan məndən daha güclüdür. İnsanları hiss etmək bacarığı heyrətamizdir. O, çox istedadlı insandır. Təsadüfən prezident olmayıb və nəyə daxil olduğunu yaxşı bilirdi”, - deyə Karlson bildirib.
Jurnalist qeyd edib ki, onun fikrincə, Tramp güclü siyasi intuisiya və strateji baxış qabiliyyətinə malikdir. Bununla yanaşı, Karlson ABŞ-nin keçmiş prezidenti Corc Buşu da xatırladaraq onun əsasən İraq müharibəsi ilə yadda qaldığını vurğulayıb.
Qeyd edək ki, Karlson daha əvvəl Trampın Respublikaçılar Partiyası ilə əlaqələrini kəsdiyini açıqlamışdı.
Sevinc Əliyeva
Ordu.az