“Hörmüz boğazından keçən gəmilər üçün rüsumların tətbiqi qəbuledilməz olardı” - Tramp

2025/02/1740594650.jpg
Oxunub: 294     09:20     25 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından keçən gəmilər üçün hər hansı növ rüsumların tətbiqini qəbul etməyəcəyini bir daha bəyan edib.

Ordu.az xəbər verir ki, o, bu barədə Ağ Evdə NATO-nun baş katibi Mark Rütte ilə görüş çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.

“Bu, qəbuledilməz olardı”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti qeyd edib ki, dünyada digər mühüm beynəlxalq boğazlar da mövcuddur və əlavə edib ki, “belə bir şeyə orada da icazə verməzdi”.

Onun sözlərinə görə, belə bir addım “dönüş nöqtəsinə çevrilərdi”.

Bu açıqlamalar fonunda İran öz ərazi sularından keçən Hörmüz boğazında tranzit ödənişlərinin tətbiqi planından müvəqqəti olaraq imtina edəcəyini bildirib. Məlumata görə, ABŞ ilə davam edən danışıqlar müddətində bu tədbirin icrası 60 gün dayandırılacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Hörmüz  


Bizi "telegram"da izləyin