Ordu.az xəbər verir ki, Tramp Zelenskinin fəaliyyətini yüksək qiymətləndirib.
“O, kifayət qədər yaxşı işin öhdəsindən gəlir”, - deyə ABŞ Prezidenti bildirib.
“Hansı tərəfdən baxsanız, bunu kifayət qədər yaxşı edir. Onu cəsarətli adlandırmaq lazımdır. Onun yaxşı silahları, yaxşı insanları və döyüşçüləri var”, - deyə Tramp əlavə edib.
Tramp və Zelenski ötən həftə Fransada keçirilən G7 sammiti çərçivəsində görüşüblər. Həmin vaxt ABŞ Prezidenti danışıqların “çox yaxşı” keçdiyini və tərəflərin Rusiya ilə Ukrayna arasında davam edən münaqişəyə diqqət yetirmək niyyətində olduqlarını bildirmişdi.
Sevinc Əliyeva
Ordu.az