Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Tramp daha əvvəl müdafiə xərcləri ilə bağlı ikitərəfli razılaşmalar əldə etməyə çalışdığını bildirib və NATO üzvü olan bir sıra ölkələrdən, o cümlədən İtaliya, Almaniya, Fransa, Böyük Britaniya və İspaniyadan “məyus olduğunu” ifadə edib. ABŞ Prezidenti hətta İspaniyanı “dəhşət” adlandırıb. O, bu ilin əvvəlində İranla müharibə fonunda alyansı daha sərt tənqid etmişdi.
Buna cavab olaraq Rütte vəziyyətin “qarışıq” olduğunu etiraf edib, lakin vurğulayıb ki, Avropanın dəstəyi olmadan ABŞ-nin İranla qarşıdurma çərçivəsində fəaliyyət göstərməsi son dərəcə çətin olardı. Onun sözlərinə görə, Avropa ölkələri bu prosesdə “gücün yerləşdirilməsi platforması” rolunu oynayıb.
“Mən bilirəm ki, sizi həqiqətən məyus edən bəzi hallar olub. Lakin ümumilikdə avropalı müttəfiqləriniz sizin yanınızda olublar”, - deyə NATO rəhbəri Oval kabinetdə bildirib.
Rütte əlavə edib ki, ABŞ ilə İran arasında atəşkəs əldə olunmazdan əvvəl Avropadakı bazalardan 4-5 min Amerika təyyarəsi havaya qalxıb.
Tramp isə öz növbəsində NATO-nu yenidən tənqid edib və Rütteni təqdim edərkən belə deyib: “Son kiçik hərbi qarşıdurmamız zamanı onlar bizə qarşı o qədər də mehriban davranmırdılar”.
Sevinc Əliyeva
Ordu.az