Moskvadan əhəmiyyətli mesaj: Putin Ermənistanın onurğasını qıracaqmı?

2019/05/12635-1558092281.jpg
Oxunub: 1217     20:47     14 İyun 2019    
“Paşinyanın Moskvadan nə istədiyi məlumdur, lakin bunun əvəzinə Putinin nə istəyəcəyi daha maraqlıdır”.

Ordu.az xəbər verir ki, erməni KİV-lərində yayılan son məlumatlarda Rusiya prezidenti Vladimir Putinlə son görüşündə, Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistana tədarük edilən qazın satın alma qiyməti məsələsinə böyük diqqət yetirdiyi bildirilir.

Tərəflər bu mövzuda yekun nəticə əldə etməyib, ehtimal edilir ki, məsələnin yekun həlli oktyabr ayında Putinin Ermənistana səfəri zamanı veriləcək. Sankt-Peterburqda olarkən Paşinyan “Ria Novosti” agentliyinə müsahibə verərək, qaz məsələsinin müzakirəsinə xüsusi diqqət ayrıldığını nəzərə çatdırıb.

Erməni KİV-ləri yazır ki, Paşinyan belə bir nəticə əldə edəcəklərinə ümid etdiyini bildirib: “Paşinyan qeyd edib ki, Rusiya ilə xüsusi münasibətlərə malik olduqlarına görə, strateji qaz məsələsində də uyğun həll variantı tapacaqlarına ümid edir. Paşinyan məsələni siyasi münasibətlər platformasına keçirərək, xüsusi münasibətlərdən bəhs edir. Belə bir təsəvvür yaranır ki , Rusiya müttəfiq Ermənistanda iqtisadi inqilabın həyata keçirilməsinə köməklik göstərməlidir.

Rusiya tərəfindən Ermənistana nəql edilən qazın həcmi Rusiya Federasiyasının ixrac etdiyi enerji balansında kifayət qədər kiçik olan 1,8 mlrd kub metr təşkil edir. Təbii ki, bu göstərici Rusiyanın Ermənistana qarşı satış qiymətində siyasi alver etməyə imkan verir. Bu məqamda bütün ekspertlər qeyd edərək bildirir ki, qazın qiyməti məsələsində Moskva iqtisadi yox, siyasi qərar qəbul edəcək.

Məhz bu məsələdə bir sıra problemlər ortaya çıxır. Məlum deyil, Moskva Ermənistanın fəaliyyətdə olan hakimiyyətinin mövqelərinin möhkəmlənməsinə yardım etmək istəyir, yoxsa Ermənistanın onurğa sütununun qırılması istiqamətində addımlar atmağa üstünlük verir. Paşinyan davamlı olaraq iddia edir ki, Ermənistanın xarici siyasətində sabitlik hökm sürür. Lakin bu verilən zəmanətlər sanki Moskvanı təmin etmir. Xüsusilə də, indiki erməni-rus münasibətləri müsbət tərəfdən gözə çarpmır”.

KİV-lərdə qeyd olunan məlumata görə, Moskva dərk edir ki, Ermənistanda davam edən idarə etmə sisteminin islahatları Rusiyanın faktiki təsirini azaldır.

“Bu, cinayətkar oliqarx sistemin dağılmasına səbəb olur. Buna görə də, Moskva vaxtaşırı Ermənistanın daxili gündəliyinə müdaxilə edir və indiki hakimiyyətin mövqelərini möhkəmlədə biləcək, qazın münasib qiymətə satılmasına razı olması gözlənilən deyil. Daha çox ehtimal edilir ki, Moskva qazın satış qiymətini Ermənistanda baş verən proseslərə nəzarət etmək məqsədi ilə sipər halına çevirəcək. Başqa sözlə desək, Ermənistanla siyasi alver edəcək. Belə olan halda məsələnin nə dərəcədə münasibətlərə təsir edəcəyi maraqlıdır.

Maraqlıdır ki, Paşinyanın Sankt-Peterburq səfərindən sonra ilk dəfə Moskva məhkəmə aktlarının məcburi icrası xidmətinin sabiq rəisi Mihran Poğosyanın məsələsinə münasibət bildirib. Rusiya Baş Prokurorluğu bildirib ki, erməni parlamentinin keçmiş deputatı məhkəmə aktlarının məcburi icrası xidmətinin sabiq rəhbəri Mihran Poğosyanın təhvil verilməsi və cinayət məsuliyyətinə çağırılması barədə Ermənistan prokurorluğunun müraciətini qəbul edib. Hazırda deportasiya ilə bağlı yoxlama həyata keçirildiyi bildirilir.

Rusiya bu yolla bir daha göstərib ki, bu məsələdə də eyni qaydada Paşinyan hakimiyyəti ilə siyasi alver edir. Moskva dərk edir ki, Poğosyanın təhvil verilməsi İrəvan üçün əhəmiyyətli hadisədir. Belə bir addım atılarsa, bir tərəfdən erməni-rus münasibətlərindəki böhranın dəf edildiyi, digər tərəfdən Ermənistanda həyata keçirilən sözdə korrupsiya əleyhinə siyasətin və nüfuzun müsbət formalaşmasına yardım edə bilər.

Paşinyanın Moskvadan nə istədiyi məlumdur. Lakin hazırda bunun qarşılığında Putinin nə istəyəcəyi daha maraqlıdır”, - deyə erməni KİV-ləri qeyd edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Putin   Ermənistan  

Moskvadan əhəmiyyətli mesaj: Putin Ermənistanın onurğasını qıracaqmı?

2019/05/12635-1558092281.jpg
Oxunub: 1218     20:47     14 İyun 2019    