Bəqaidən Rubioya: "ABŞ müdaxilə etdikcə Yaxın Şərqdə sülh olmayacaq"

2026/04/1775969306.jpg
Oxunub: 187     20:39     24 İyun 2026    
ABŞ ilə müttəfiqlərinin Yaxın Şərqə hərbi müdaxiləsi davam etdikcə regionda sülh və sabitlik bərqərar olmayacaq.

Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.

İranın XİN sözçüsü bunu ABŞ dövlət katibi Marko Rubionun sözlərinə cavab olaraq bildirib.

Xatırladaq ki, Rubio regiondakı sülh və sabitliyin həssaslığını İran ilə Tehrana bağlı proksi qüvvələrin fəaliyyəti ilə əlaqələndirib:

"İranın proksi qüvvələri İraqdan raketlər və dronlar buraxdığı, HƏMAS-ın, eləcə də "Hizbullah"ın etdiyi terrorçuluqda iştirak etdiyi müddətcə regionda düşmənçiliyin və münaqişələrin sona çatmasına nail ola bilməzsiniz".


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəqai   Rubio  


Bizi "telegram"da izləyin