“Nikol, Ermənistan təmamilə xaosa çevrilib” - Qevorkyan

2019/05/34534-1559033675.jpg
Oxunub: 21872     12:48     28 May 2019    
“Nikol, Ermənistan təmamilə xaosa çevrilib və ölkə dağılmağa gedən avtopilota qoşulub”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “And içmiş döyüşçülər” birliyinin təsisçi sədri, keçmiş erməni deputat Ruben Qevorkyan “Facebook” səhifəsində ölkədə baş verənlərlə əlaqədar hakimiyyətə müraciət edərək yazıb.

Onun sözlərinə görə, Ermənistan təmamilə xaosa çevrilib və ölkə dağılmağa gedən avtopilota qoşulub.

“Eşit, Paşinyan, Ermənistan təmamilə xaosa çevrilib, ölkə dağılmağa gedən avtopilota qoşulub. Ölkədə xaos vəziyyəti yaranıb və bölünmüş ictimaiyyət formalaşdırılıb. Qarabağda müharibə təhlükəsi olduğu bir vaxtda Ermənistanda bu cür gərgin vəziyyətin yaradılması ciddi cəzaya məhkumdur və tənqid ediləndir”, - deyə erməni deputat bildirib .

O, Paşinyana müraciətində qeyd edir ki, əhalinin vahid birliyini, gücünü və ruhunu bölən təbəqəyə qarşı mübarizə aparmaq lazımdır.

“LGTB-lərlə təhciz olunmuş vətənsiz düşmənlər öz söz meydanlarından çıxaraq, qan tökülərək əldə edilmiş başqa bir meydanlara daxil olmağa çalışırlar. Soxulmağa cəhd etdikləri meydan nə onların babalarının, nə də özlərinin deyil. Müharibə təhlükəsi olan bir şəraitdə döyüşlərdə rolu və əhəmiyyətli iştirakı olmuş şəxslər, Ermənistanda inkar edilməyə başlayıblar.

Paşinyanın özü tərəfindən təşviq etdiyi siyasi kursu, hərbi çağırışlı adamlarla hesab kəsməyi, xalqı qara və ağ olaraq bölməyi, məhv etməyi və buna bənzər fəaliyyətləri, ölkə daxilində hökm sürən bu xaos vəziyyəti dayandırılmayınca, məğlub edilmiş müharibə və torpağa sahib olacaqları, torpaq itkisi olduğu halda isə məğlub ruh və dağılmış xalqa sahib olacaqlar. Belə olduğu halda Ali Baş Komandan kimi bütün erməni xalqı qarşısında məsuliyyəti Paşinyan daşıyacaq”, - deyə Qevorkyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Paşinyan   Xaos  


Bizi "telegram"da izləyin