Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri jurnalistlərlə görüşü zamanı Ermənistan parlamentinin sədr müavini Alen Simonyan aprel döyüşləri ilə bağlı istintaq komissiyasının yaradılmasına toxunarkən deyib.
Onun sözlərinə görə, Ermənistanda aprel döyüşləri ilə bağlı bir çox narahatlıqlar var və bu narahatlıqlar yoxlanılmalıdır.
“Hamıya məlumdur ki, həmin hadisələr zamanı bir çox məsələlərdə narahatlıqlar olub və bunlar yoxlanılıb, dəqiqləşdirilməlidir. Ermənistanda bir daha bu cür halların baş verilməsinə yol verilməməlidir. Tanklarda yanacaq olmaması barədə sabiq Baş nazirlərdən birinin verdiyi bəyanat nəticəsiz qalıb”, - deyə Simonyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az