ABŞ Ermənistanın öz xarici siyasətini Qərbə doğru dəyişəcəyini gözləmir

2019/05/00-13-1558960147.jpg
Oxunub: 3330     17:51     27 May 2019    
Son vaxtlar Ermənistan və ABŞ ekspert dairələrində İrəvanda siyasi vəziyyətin dəyişməsi, nəticədə qeydə alınan böhranlı vəziyyətdən sonra Paşinyanın verdiyi açıqlamalarla bağlı müzakirələr fəallaşıb.

Bu məsələyə bir neçə həftə öncə Rusiya və Avrasiya bölgəsi məsələləri üzrə məşhur amerikalı ekspertlərdən biri, Vaşinqtonun Karnegi beynəlxalq sülh fondunun aparıcı elmi əməkdaşı Pol Stornski də öz “Twitter” səhifəsində münasibət bildirib.

O qeyd edib ki, Paşinyan Birləşmiş Ştatların inqilabdan sonra Ermənistana hər hansı dəstək vermədiyi barədə bəyanat verməklə səhv edir.

“2018-ci ilin 6 ayı ərzində Ermənistan ABŞ-dan əlavə olaraq 14 milyon dollar maliyyə yardımı alıb. Ermənistana qarşı Vaşinqtonun münasibəti və ABŞ-ın dəstəyinin həcmi Ermənistanın siyasi mövqeyindən asılıdır. Birləşmiş Ştatlar Ermənistanın öz xarici siyasət mövqeyinin Rusiyadan Qərbə doğru dəyişəcəyini gözləmir” - deyə Stronski qeyd edib.

Bu məsələyə toxunan erməni politoloq Suren Sarkisyan söbət zamanı qeyd edib ki, göstərilən rəqəmlər ABŞ-ın Ermənistana qarşı münasibətini dəyişdiyini deməyə əsas vermir.

“Münasibətlərin tipi və məzmununa gəldikdə Birləşmiş Ştatlar Gürcüstan və Azərbaycanı strateji tərəfdaş ölkə hesab etdiyi halda, Ermənistanı strateji həmsöhbət hesab edir. Ermənistanın xarici siyasətindəki mövqeyi, KTMT-yə və AİƏT kimi təşkilatlara üzvlüyü, Rusiya ilə strateji münasibətləri elə bir nöqtəyə çatıb ki, rəsmi İrəvan Rusiya ilə arasında olan strateji münasibət kimi bir səviyyəni Birləşmiş Ştatlarla yarada bilməz. Münasibətlər haqqında danışarkən özümüz-özümüzə sual verməliyik, doğrudanmı Ermənistanın Birləşmiş Ştatların strateji tərəfdaşı olmağa imkanı var?”, - deyə Sarkisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ   Diplomatik-böhran  


Bizi "telegram"da izləyin