Erməni deputat apreli xatırladı: “Əsgərlərimiz bellərlə döyüşürdü”

2019/05/45645-1558957665.jpg
Oxunub: 4847     16:57     27 May 2019    
“Aprel döyüşlərində elə məqamlar var ki, onları araşdırıb ortaya çıxarmaq lazımdır”.

Ordu.az “Joğovurd”a istinadən xəbər verir ki, bu sözləri Ermənistan palamentinin “İşıqlı Ermənistan” fraksiyasını təmsil edən deputat Ani Samsonyan deyib.

Onun sözlərinə görə, onlar məhkəmə sistemində sağlamlaşdırma müdaxiləsinin zəruri olduğunu hesab edirlər. Lakin bu qanun çərçivəsində edilməlidir.


“Hakim partiyanı təmsil edənlər imza kompaniyasında iştirak etməyib, yalnız “Çiçəklənən Ermənistan” partiyasını təmsil edən 18 deputat və “İşıqlı Ermənistan” partiyası növbədənkənar iclas keçirilməsi barədə imza toplayıblar. Məhkəmə hüquq sistemində islahatlar qanun çərçivəsində edilməlidir. Bu barədə bizim mövqeyimiz məlumdur. Məhkəmə orqanlarının müahsirəyə alınması, giriş-çıxışlarının bağlanması hərəkətinə yol verilməməlidir. Bütün fəaliyyətlərin qanun çərçivəsində görülməsinə tərəfdarıyıq”, - deyə Samsonyan vurğulayıb.

Aprel döyüşlərinin məqamlarının istintaqı ilə bağlı komissiyanın yaradılmasına dair Paşinyanın bəyanatına münasibət bildirən Samsonyan hesab edir ki, buna keçən ildən tələbat olub.

“Aprel döyüşlərində açıqlamalı olduğum bəzi məqamlar var idi. Dizel yanacağının olmaması, bellərlə döyüşmələr və bunlara bənzər bir çox informasiyalar mövcuddur. Bu informasiyalar haqqında araşdırılma aparılması zəruridir”, - deyə erməni deputat əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Aprel   Məhkəmə  


Bizi "telegram"da izləyin