Ordu.az xəbər verir ki, bu barədə 2016-cı ilin aprel ayında Ağdərədə dislokasiya olunan 5-ci müdafiə rayonu adlandırılan (Qarabağdakı qanunsuz erməni hərbi birləşməsinin 10-cu dağ atıcı diviziyası tərkibində olan 49971 nömrəli hərbi hissə) hərbi hissənin hərbi qulluqçusu Ararat Hakobyan erməni KİV-nə açıqlamasında deyib.
Ararat Hakobyan, mövqelərimizə qarşı təxribatçı əməliyyatlarda iştirak edən Robert Abacyan və Kərəm Sloyanın qulluq etdiyi hərbi hissədə olub.

O, döyüşlərin başladığını necə anladığını və sonrakı günlərdə hökm sürən vəziyyət barədə bəzi məqamlarla bağlı xartirələrini bölüşüb.
“Aprelin 1-dən 2-nə keçən gecə, saat 1-dən sonra yatmışdım. Güclü gurultu oldu, ayıldıq, həyəcan verildi. Nə baş verdiyini təsəvvür etmirdik. Qalxıb, geyinib, düzülüb, bütün təchizatı aldıq yenə səslər gəlməyə, atışmalar eşidilməyə başladı. Dedilər ki, 116-cı posta hücum edilib.
Bu post Abacyanın olduğu post idi. Artıq hərbi hissəyə müxtəlif silahlardan atəş edilirdi. Gizli mövqelərə girdik. Daha sonra səhərə yaxın dedilər ki, müxtəlif postlara və hərbi hissələrə hücum olub, döyüş başlayıb. Səhər açıldıqdan sonra hamını postlara aparsalar da, mən hərbi hissənin müdafiəsi məqsədilə hərbi hissədə saxlanıldım. Daha sonra nəyin necə baş verdiyini anladıq.
İlk günlərdə hərbi hissədə olub, gələnləri qarşılayıb postlara yola salırdıq. Bir neçə gün sonra biz də postlara çıxdıq. Əvvəlki kimi gərginlik olmasa da, postlarda az da olsa gərginlik davam edirdi. 7-8 aprel tarixlərində də 2 aprel tarixində olduğu kimi gərginlik davam edib. Postlara qalxarkən qorxurduq, hər an ölə biləcəyimizi düşünürdük”, - deyə erməni hərbi qullquçu bildirib.
Hakobyan qeyd edir ki, çox çətin idi. Fərqi yox idi, 2 ay yoxsa 1 il xidmət etmisən hamı qorxurdu: “Hətta silah ata bilməyənlər vardı, ama posta aprılmışdı. Artıq gecə gözlərimizə kölgə görünürdü, düşünürdük ki, yenə hücuma keçiblər. Belə bir qorxu vardı.
1 aprel döyüşləri başlayanadək, PUA-ların uçuşları qeydə alınırdı. Hətta qulluq etdiyim Ağdərədəki hərbi hissənin də PUA vasitəsilə çəkilişinin aparıldığını müşahidə etdik. Postlarda da gərginlik vardı, demişdilər ki, rəqib (Azərbaycan ordusunu nəzərdə tutur – red.) postlara tanklar yerləşdirib. Bunu bilsək də, döyüşlər ola biləcəyini ehtimal etmirdik.
Postlarda baş verənlər, tankların yerləşdirilməsini yəqin komandirlər danışıblar ki, şəxsi heyət də bilib və hamının arasında bu məlumatlar yayılıb. Bu barədə komandirlər tərəfindən qeyd etdiyim məqamadək dəqiq xəbərdar edilmirdik. Yəni, döyüşdən sonra bizə deməyə başlayıblar. Köhnə xidmət edənlər də qeyd edirdi ki, əvvəlki günlərə nisbətən vəziyyət postlarda daha gərgindir.
Qızğın əməliyyatların gedişatı zamanı diviziya komandiri də cavab verməyib, bir xeyli müddətdən sonra cavab verib və tam başqa bir şey deyib”.
Erməni hərbi qulluqçu qeyd edir ki, eşitdiklərinə görə, diviziya komandiri deyib ki, qoy geri qayıtsınlar və s. dəqiq bilmirəm.
“Döyüşlərdən sonra vurula biləcəyim ən asan müşahidə olunan yerlərə də çıxdım, lakin atəş edilmədi. Daha sonra yenə də cəbhədə gərginlik baş qaldırırdı, lakin bu dəfə kiçik çaplı silahlardan atəş edilirdi.
Təxris olunduğum son günədək müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, Azərbaycan ordusu öz mövqelərini daha da gücləndirir və möhkəmləndirir”, - deyə erməni hərbi qulluqçu daxilindəki qorxudan hələ də qurtula bilmədiyini qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az