Tonoyan və Vanetsyanın başı üzərində qara buludlar fırlanır – Paşinyan əsəbləşib

2019/05/98788-1558954226.jpg
Oxunub: 27439     15:10     27 May 2019    
Ermənistanın Baş naziri Nikol Paşinyan reytinqinin getdikcə aşağı düşməsindən narahatdır.

Ordu.az 168.am-a istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanla Müdafiə naziri Davit Tonoyanın ictimaiyyət arasında artan nüfuzu və yüksək reytinqi Baş nazir Nikol Paşinyanı ciddi narahat edib.

“GALLUP International Association”ın Ermənistanda tam üzvü olan “Em Fi Ci” LTD-nin aprelin 30-dan mayın 9-a qədər olan müddət ərzində keçirdiyi sorğuya əsasən, sakinlər hökumətin bu iki üzvünün işini yüksək qiymətləndiriblər.

1-5 ballıq sistemlə aparılan sorğunun ortalama ən yüksək qiymətləndirməsini (4,2 bal) Milli Təhlükəsizlik Xidmətinin direktoru A.Vanetsyan və Müdafiə naziri Davit Tonoyan alıb. Həmin şirkətin məlumatlarına görə, Paşinyanın reytinqi 10 faiz azalıb. Lakin bu iki məlumat Paşinyanı narahat edib.

Ermənistan KİV-lərindən biri bu yaxınlarda məlumat yayıb ki, MTX Paşinyanın şəxsi reytinqini öyrənmək üçün növbəti dəfə ictimai sorğu həyata keçirib. Sorğunun nəticələrinə görə, Paşinyanın reytinqi aşağı düşməyə davam edir. Belə ki, onun yeni əks rekordu 34 faiz təşkil edib.

“Cəmi üç ay əvvəl keçirilmiş sorğuya əsasən, Paşinyanın reytinqi 30 faizdən yuxarı idi. Cəmiyyətin bütün təbəqələrində və yaş qruplarında Paşinyanın reytinqi aşağı düşür”, - deyə agentlik yazıb.

Bir neçə gün əvvəl də bütün erməni cəmiyyəti başqa bir həqiqətə şahid oldu: Nikol Paşinyanın bir neçə gün əvvəl məhkəmə girişlərini blokadaya almaq çağırışına cəmi 1100 adam reaksiya vermişdi.

Bundan başqa, bu məlumatları Paşinyana dəstək verən “Şüurlu Vətəndaşlar Birliyi”nin sədri Daniel İrannisyan nəşr etdirib. Məlumata görə, yaxın gələcəkdə “Mənim addımım” tərəfindən bəzi ictimai açıqlamalar veriləcək, Vanetsyan və Tonoyanla bağlı tələblər təqdim ediləcək.

Hökumətin “Vərəndaş müqaviləsi” təşkilatının qapalı müzakirələrində də bir neçə dəfə onların adları çəkilib. Mənbələrə görə, hazırda Paşinyanı ən çox narahat edən məsələ onun reytinqinin azalmasıdır və artıq bu reytinqi şouları xatırladan bəyanatlarla yüksəltmək mümkün deyil.

“İnsanlar itlərdən yorulublar, onlar vulkanın üzərində necə yaşayırlar, konkret hər hansı bir iş görmürlər, məgər çıxışlarla insanları qidalandıra bilərsiniz”,- deyə agentliyin həmsöhbət olduğu şəxs bildirib.

O qeyd edib ki, Paşinyanın təşkilatında da bir çoxları bunu yaxşı başa düşür və təşkilatı tərk etmək haqqında düşünürlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin