Erməni əsgəri onu təhqir edən xidmət yoldaşının çənəsini sındırıb

2019/05/0aca7-1558953008.jpg
Oxunub: 11778     14:30     27 May 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində nizamnamədən kənar münasibətlər zəminində daha bir cinayət hadisəsi baş verib.

Ordu.az xəbər verir ki, 6-cı dağ-atıcı alayın əsgəri xidmət yoldaşına qarşı təhqiramiz və alçaldıcı ifadələr işlətdiyinə görə aralarında mübahisə baş verib.

Təhqirlərə dözməyən əsgər xidmət yoldaşı Artur Aruyana bədən xəsarətləri yetirməklə çənəsini sındırıb.

Faktla bağlı araşdırma aparılır. A.Aruyan isə Xankəndidəki hərbi hospitala yerləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Zorakılıq   Dedovşina  


Bizi "telegram"da izləyin