Ordu.az xəbər verir ki, bu günlərdə “suçiçəyi” xəstəliyinə yoluxmuş 12 hərbi qulluqçu Mikael Vahanyan, Vladimir Martirosyan, Erik Şaburyan, Robert Aroyan, Vartan Azaryan, Vahe Comyan, Tiqran Martirosyan, Spartak Tağmasyan, Ardaki Hovhanesyan, Hakopi Şahbudağyan, Manveli Qabrielyan və Karen Virabyanın valideynləri övladlarının xəstələnməsindən xəbər tutaraq təcili hərbi hissəyə gəliblər.
Bundan sonra valideynlərin narazılığı daha da böyüməsin deyə hərbi hissə komandanlığı tələm-tələsik faktı sənədləşdirərək əsgərləri hospitala yerləşdirib. Əsgər ailələrinin narazılığına əsas səbəb isə müalicə üçün dərmanları öz hesablarına almaları və rüşvət verməyincə həkimlərin xəstələrə göstərdikləri biganəlikdir. Bütün bunları hərbi qulluqçulardan birinin atası qohumları ilə söhbətdə və sosial şəbəkədə paylaşıb.
Faktla əlaqədar Ermənistan müdafiə nazirliyinin tibb idarəsindən hərbi hissəyə həkim-mütəxəssis ezam olunub.
Ordu.az