Erməni katalikos və hərbi ekspertdən sərsəm fikirlər – Söz Azərbaycan Ordusunundur!

2019/05/111_1-1558944792.jpg
Oxunub: 24344     14:01     27 May 2019    
“Qarabağda (qondarma qurum-red.) ayrılıqda prezident və hökumət olmamalıdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Birləşmiş Ermənistan” partiyasının rəhbəri, erməni hərbi ekspert Vahan Badasyan bildirib.

Badasyanın açıqlamasını şərh edən erməni KİV-ləri onu kəskin şəkildə tənqid edib və işğal altında olan Qarabağın bütöv bir şəkildə Ermənistana birləşdirilməli olduğunu qeyd ediblər.


“Badasyanın sözlərinə görə, arzuolunandır ki, Qarabağ (qondarma qurum-red.) Ermənistanın inzibati ərazilərindən biri olsun. Kəlbəcər və Ağdərə Qeğarkunik vilayətinin tərkibində, Qarabağ ayrılıqda bir vilayət, Laçın isə Sünik vilayətinin tərkibində olsun və biz özümüzü təhlükəsiz hiss edək.

Gördüyümüz kimi, Badasyan Qarabağı Ağdərə, Kəlbəcər və Laçından ayırır. Onun təsvir etdiyi Qarabağ bu vəziyyətdə hansıdır? Hadrut, Xocavənd və Əsgəran? Bu üç rayon bir vilayətin tərkibində olmalıdır? Bəlkə o özünü vilayətin qubernatoru kimi görür? Qarabağın Ermənistana birləşdirilməsi müstəsna məqsəddir. Lakin birləşdirilmiş Qarabağ....”, - deyə erməni KİV-ləri yazır.


Təsadüfi deyil ki, Badasyanın sözlərindən az keçməmiş erməni katalikosu I Aram “Antilias Məbədi”də erməni xalqına ünvanladığı müraciətində işğal altında olan Qarabağın Ermənistanın tərkibində daxil edilməli olduğunu ifadə edən sərsəm bəyanat yayıb: “Tam və birləşdirilmiş Ermənistan görüntüsünə ilk tətbiq Qarabağın Ermənistana birləşdirilməsidir”.

Qeyd edək ki, işğal altında olan ərazilərin Emənistana birləşdirilməsi məsələsi, əsasən 1988-ci ildən etibarən səsləndirilən təxribatçı “Miatsum” ideyasına söykənir. Məhz bu prosesin Ermənistanın ATƏT prinsipləri və beynəlxalq hüquq normalarına məhəl qoymaması fonunda baş verməsi, Azərbaycana ərazilərini işğaldan azad etmək üçün müzakirəolunmaz hüquqi əsaslar verərdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ   Təxribat  


Bizi "telegram"da izləyin