Ordu.az xəbər verir ki, bu barədə gümrülü jurnalist Anahit Simonyan Gümrü bazarında Ermənistan Müdafiə Nazirliyinin istehsalı olan sabunların satılması ilə bağlı “Facebook” səhifəsində kiçik bir qeyd yazıb.
Erməni jurnalist yazır ki, 83 yaşlı gümrülü babanı həmin ərazinin bütün sakinləri tanıyır.
“Müdafiə Nazirliyinin Gümrü Rayon Hərbi Polis bölmələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Gümrü şəhərinin Şaumyan küçəsi bazarında Müdafiə Nazirliyinin etiketi olan sabunların satılması ilə məşğul olan şəxs istintaqa cəlb olunub. O, 1936-ci il təvəllüdlü Gümrü rayonunun Mazmanyan küçəsi sakini Q.M-dır.
Məlumata görə, mayın 24-də, saat 09:00-da, Gümrü mərkəzi bazarının Şaumyan küçəsinin 26-cı binası qarşısında küçə ticarəti ilə məşğul olan Q.M-nın satdığı stoldan, o cümlədən onun tərəfindən satılan əşyaların qorunması məqsədilə planlaşdırılmış dəmir kabində həyata keçirilən araşdırmalar nəticəsində ümumi çəkisi 2 kq olan Ermənistan Müdafiə Nazirliyinə məxsus 20 ədəd əl sabunu aşkar edilib.
Faktla bağlı Ermənistan Müdafiə Nazirliyinin Gümrü Rayon Hərbi Polis bölməsində müvafiq materiallar hazırlanır. 83 yaşlı gümrülü babanı həmin ərazinin bütün sakinləri tanıyır. O, pərakəndə ticarətlə məşğuldur və fiziki şəxslərdən aldığı ev əşyalarını münasib qiymətə satır”, - deyə erməni jurnalist qeyd edib.
Sakinlərdən biri saxlanılan şəxslə bağlı bunları deyib: “Baba günahkar deyil, heç bir şey etməyib, ağıllı, namuslu insandır, öz çörəyini bu cür qazanır. Sabunlar onun əlinə təsadüfən düşüb. Sabunun üzərindəki yazını başa düşürdü və onu satmırdı”.
Həmin sakin əlavə edib ki, sabunlar Gümrü hərbi hissələrindən birinin əməkdaşlarının əli ilə yaşlı babaya çatdırılıb.
Alpər Mövludoğlu
Ordu.az