“Ermənistanda baş verənlər Qorbaçov dövrünü xatırladır” - Politoloq

2019/05/61006-1558941757.jpg
Oxunub: 12834     11:21     27 May 2019    
“Əgər çox dərinə getsək, təəssüf ki, bunun sonu o qədər də yaxşı bitməyəcək”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Voskanapat” tərəfindən təşkil edilən “Ermənistan-Rusiya yeni perespektivlər axtararkən” mövzusunda müzakirələr zamanı siyasi ekspert Ruben Markaryan deyib.

Onun sözlərinə görə, əgər müxtəlif bəyanatlarla qarşılıqlı anlayış mühiti şübhə altına alınırsa, bu dövlətlərarası münasibətlərə də təsir göstərəcək.

“Məsələn bu gün Ermənistanda nə baş verirsə, xarici münasibətlərdə yeni siyasi düşüncələr və s. hamısı Qorbaçov dövrünü çox xatırladır. Əgər çox dərinə getsək, təəssüf ki, bunun sonu o qədər də yaxşı bitməyəcək”, - deyə Markaryan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Böhran  


Bizi "telegram"da izləyin