Rusiya erməni generalın vəsadətini təmin edib - O, İrəvana təhvil verilməyəcək

2019/05/14580-1558937331.jpg
Oxunub: 20442     10:07     27 May 2019    
Rusiya erməni generala siyasi sığınacaq verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Ermənistanda məhkəmə qərarlarının icrası komitəsinin sabiq rəisi, parlamentin sabiq deputatı, general Mihran Poğosyanın vəsadətini təmin edərək, ona siyasi sığınacaq verib.

Bu isə o deməkdir ki, axtarışda olan Poğosyan erməni hüquq mühafizə orqanlarına təhvil verilməyəcək.

Xatırladaq ki, Poğosyanın vəkili Mixail Yamçitski bəyan edib ki, onu öz ölkəsində siyasi motivlərə görə təqib edirlər.

Qeyd edək ki, Rusiya məhkəməsi Rusiya Federasiyası prokurorluğunun vəsadətini təmin edərək, Mihran Poğosyanın Ermənistana təhvil verilməsi məsələsinin müzakirə edilməsi məqsədilə onun 40 gün müddətinə həbs edilməsi barədə qərar qəbul etmişdi.

Poğosyan, Ermənistanda səlahiyyətindən sui-istifadə edərək külli miqdarda əmlak ələ keçirməklə CM-nin 2 maddəsi üzrə ittiham edilir.

O, aprelin 19-da Rusiyanın Petrozavodsk şəhərində aşkar edilərək həbs edilmişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin