DSX rəisi: ““Siyasi Rep­ressiya Qurbanları Muzeyi” Azər­bay­can tarixinə və mədəniyyətinə bir sərhədçi töhfəsidir”

2019/05/photo-1558766752.jpg
Oxunub: 11323     10:30     25 May 2019    
Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin çıxış edib.

Ordu.az xəbər verir ki, çıxışda deyilir:

Möhtərəm qonaqlar! Cənab generallar! Hörmətli tədbir iştirakçıları!

Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında “Siyasi Rep­res­siya Qurbanları”nın xatirəsinə həsr olunmuş muzeyin açılış məra­si­mində hər birinizi salamlayır, bütün qonaqlara burada olduqlarına görə minnətdar­lığımı bildirir, milli dövlətçilik tarixinin öyrənilməsinə və xalqı­mızın qan yad­daşının qo­ru­nub saxlanılmasına xidmət edəcək bu unikal məkanı diq­qətinizə təqdim etməkdən qürur duyuram.

Ötən əsrin 20-ci illərindən başlayaraq ardıcıl olaraq “AzÇEKA” kimi tanınan Fövqəladə Komissiyanın, “NKVD” adı ilə qorxu və vahimə hissləri oyadan Daxili İşlər Xalq Komissarlığının yerləşdiyi bu binada “Siyasi Repressiya Qurbanları Muzeyi”nin yaradılması tarixin tələbidir.

Dahi Öndər Heydər Əliyevin Azərbaycan xüsusi xidmət orqanla­rının tarixində silinməz qara ləkə kimi qiymətləndirdiyi 1920-1950-ci il­lərdə bu qalın divarlar arxasında xalqımızın minlərlə övladlarına “xalq düşməni”, “Vətən xaini” damğası vurularaq, görkəmli ziyalı və mütə­fək­kirlər, elm və mədəniyyət xadimləri fiziki və mənəvi məhvə məruz qal­ıblar.

Düşünülmüş surətdə təhlü­kəsizlik orqanla­rında, xü­susən də ölüm hökmləri çıxaran üçlüklərin tərkibində yerləşdirdirilən er­məni daşnakları tərəfindən millətimizin qabaqçıl simaları, sözün əsl mə­nasında işıqlı və aydın insanları imperiyanın qaçılmaz ölüm və sür­günlərinə məhkum edilmiş, neçə-ne­çə nəsillərin ən layiqli nüma­yən­də­ləri yaşayıb-yaratmaq imkanından məhrum olunublar.

O illərin statistik rəqəmlərinə dərindən nəzər saldıqda, dövlətin rep­ressiya məngənəsi al­tında nə qədər say-seçmə azərbay­canlının məhv edilməsi, nə qədər Vətən övladının gələcə­yinin üzərindən xətt çə­kildiyini təsəvvür etmək, həmin dövrün dəhşət doğuran həqiqətlərini dərk etmək mümkündür. Rəsmi rəqəmlərə görə 1920-ci ilin may ayından 1921-ci ilin əvvəlinədək AzÇEKA tərəfindən 40 min soydaşımız məhv edilib, 1934-1938-ci illərdə Daxili İşlər Xalq Ko­missarlığı tərəfindən 80 mindən artıq şəxs güllələnmə cəza­sına məh­­kum edilib. Təkcə 1937-ci ildə Azərbaycanda 22 xalq komis­sarı, 49 rayon partiya komitəsinin katibləri, 29 rayon İcra­iyyə komitə­sinin sədrləri, 57 zavod və mədən di­rek­torları, 95 mühəndis, 110 hərbi qul­luqçu, 207 partiya və həmkarlar ittifaqı işçiləri, 8 professor həbs edil­miş, əksəriyyəti güllə­lən­ib. Ümu­miy­yətlə, 1920-1950-ci illərdə rep­res­si­yaya mə­­ruz qal­mış vətəndaşların ümumi sayı 400 min nə­fərdən artıq olmuş, bundan başqa yarım milyon insan ölkə ərazisindən sürgün ediliblər.

Hörmətli tədbir iştirakçıları!

Həmin illərdə dəyərli Vətən övladlarının ən ağrılı, ən mə­şəq­qətli günlərinin şa­hidi olan bu bina­nın milli dövlətçilik tariximizdə böyük rolu var. Çünki 1950-ci ildən 1969-cu ilədək Dahi Öndər Heydər Əliyev Azər­baycan SSR Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələrdə ça­lış­dığı, həmin Komitəyə rəhbərlik etdiyi illərdə məhz bu binada işlə­yib, Azərbaycanın gələ­cəyinə hesablanmış taleyüklü ideya­ları bu binada düşünüb və həyata keçirməyə başlayıb.

Ümummilli Lider Heydər Əliyevin təhlü­kə­sizlik orqanlarının milli maraqlara zidd fəaliy­yə­tinə son qoyulmasına yönəlmiş fəda­kar xidmət­ləri nəticəsində vaxtilə şəhər sakinlərinin yanın­dan qor­xu ilə keçdikləri, azərbaycanlılara qarşı “qırmızı terror”un simvolu olan bu binada hazır­da müstəqil Azərbaycan Respublikasının dövlət müs­təqilliyininin əsas göstəricilərindən birinin – dövlət sərhədlərinin toxunul­mazlığına cavab­deh olan dövlət orqanı – Dahi Öndərin 2002-ci ildə ya­ratdığı Dövlət Sərhəd Xidməti yerləşir.

2005-ci ilin avqust ayında Azərbaycan Res­publikasının Prezi­denti Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyevin bu binada Dövlət Sərhəd Xidmətinin hərbi hissə­lə­rinə döyüş bay­raq­larını təqdim etməsi Azər­bay­can sərhədçilərində böyük ruh yüksəkliyi yaradıb. Bununla yanaşı bu tədbirin daha bö­yük bir əhə­miyyəti də olub - müstəqil Azər­baycan Respblikasının Prezi­dentinin, Silahlı Qüv­və­­lərinin Ali Baş Komanda­nının gəlişi şərə­finə bu binanın sıra meyda­nında 1919-cu ildə yazılmış dövlət himninin səslən­məsi ilə Vətənin azadlığı uğrun­da mübari­zə­­lərinə görə, vətən­pərvər­liklərinə görə rep­res­­siya qurbanı olmuş Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Yusif Vəzir Çə­mən­zəminlinin, Salman Mümtazın, Tağı Şah­ba­zinin, Əli Nazi­min, habelə həmin dövlət him­ninin sözlərinin müəllifi Əhməd Cavadın və digər­lərinin ruhları şad olub və ra­hatlıq tapıb.

Möhtərəm qonaqlar! Hörmətli tədbir iştirakçıları!

Bu gün açılışını etdiyimiz “Siyasi Rep­ressiya Qurbanları Muzeyi” Azər­bay­can tarixinə və mədəniyyətinə bir sərhədçi töhfəsidir.

Əminəm ki, bu müzeyin fəaliyyətə başla­ması gənc nəslin vətən­pər­vərlik ruhunda tərbi­yəsi işinə xidmət edəcəkdir.

Bir daha bu əlamətdar gündə bizimlə birgə olduğumuza görə hər birinizə təşəkkür edir və deyirəm:

YAŞASIN AZƏRBAYCAN,

YAŞASIN ALİ BAŞ KOMANDAN!

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Elçin-Quliyev  


Bizi "telegram"da izləyin