Bu sözləri Ermənistanda İctimai şuranın sədri Vazgen Manukyan bildirib. Onun sözlərinə görə, aprel döyüşlərinin təhlükəli hesab etməsi təəccüblü deyil.
Vazgen Manukyanın sözləri şərh edən erməni KİV-ləri, 2007-ci ilin parlament seçkilərindən əvvəl Vazgen Manukyanla Serj Sarkisyanın bir-birini “idiot” adlandırmasından sonra birlikdə prezident və ictimai şura sədri statusunda işlədikləri məqamı nəzər alaraq, onun sözlərinin təəccüb doğurmadığını qeyd edir və Paşinyanın bu vəzifəni kimə tapşıracağını müzakirə edilər.
“Manukyanın ictimai şura sədri kimi sözlərinə barmaqarası baxmaq olmaz. Lakin onun öncəki fəaliyyətləri fonunda bəzi məsələləri nəzərdən keçirmək zəruridir. Məsələn, Qarabağın “rəhbəri” (qondarma qurum-red.) Paşinyanın fikrini təhlükəli deyil, üstəlik bu komissiyada sualların cavablarını dəqiq araşdıra biləcək mütəxəssislərin olmasının vacibliyini qeyd edib. Əlbəttə, Sahakyan bəlkə də, Köçəryan işində atdığı məlum addımdan sonra əlavə gərginlik yaratmamaq üçün bu üsula əl atıb.
Hərbi mütəxəssislər idarəetmənin tələbə uyğun olduğu silahlanma və bir sıra digər bənzər məsələlərin vəziyyətinə rəy verilməsi üçün, o cümlədən, hansı səhvlər və nöqsanlara yol verildiyini, bunun hansı səhlənkarlıq ucbatından baş verdiyini qeyd etməlidir. Eyni zamanda verilən bəyanatlar Paşinyanın verdiyi bəyanat fonunda kifayət qədər maraqlıdır. Paşinyan bir neçə ay əvvəl aprel döyüşləri ərəfəsində informasiya bazasına malik olan şəxsi yəni, sabiq kəşfiyyat rəisi Karapetyanı özünə müşavir təyin edib”, - deyə erməni KİV-ləri yazır.
Qeyd edək ki, Karapetyan aprel döyüşləri dövründə Ermənistan ordusunun kəşfiyyatına rəhbərlik edib və döyüşlərdən sonra istefaya göndərilib. Sarkisyan onu tutduğu vəzifədən azad etsə də, buna nəyin səbəb olduğunu aydın şəkildə bəyan etməyib. Erməni ictimaiyyəti arasında yayılan fikirlərə əsasən kəşfiyyat pis işləyib. Lakin bir neçə aydan sonra Sarkisyan Arşak Karapetyanı Ermənistanın Moskvadakı səfirliyində vəzifəyə təyin etdi.
“Doğurdanmı, bu Karapetyanın susması müqabilində Sarkisyanın ona qarşı qeyri-adi üzrxahlıq etməsi idi. İstənilən halda inqilabdan bir neçə aydan sonra Paşinyan Karapetyanı geri qaytardı və özünə müşavir təyin etdi. Köçəryanın vəkilləri “1 Mart” hadisələrindəki ifadəsi müqabilində Karapetyanın Baş nazirin müşaviri vəzifəsini hədiyyə aldığına işarə edirdi. Paşinyanda vacib informasiya bazasına malik olan generalı Ermənistana qaytarması barədə qənaət formalaşıb. Bütün bunların baş verdiyi bir zamanda Sahakyanın yaradılacaq komissiyanın səmərəliliyinin təmin edilməsində xüsusi bir mütəxəssisin, birbaşa Paşinyanın yanında olduğunu nəzərə alaraq, kimi nəzərdə tutduğu maraqlıdır”.
Alpər Mövludoğlu
Ordu.az