Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov, KTMT-in Nazirlər Şurasının iclasının yekununda deyib.
Onun sözlərinə görə, danışıqların nəticələrinə daha sonra kollektiv formatda yekun vurulacaq.
“Biz, birləşmiş hava hücumundan müdafiə sistemi yaradırıq. Hazırda Müdafiə nazirliklərinin vasitəsilə ikitərəfli qaydada müvafiq işlər aparırıq. Bu danışıqların nəticələrinə daha sonra kollektiv formatda yekun vurulacaq. Bu prosesin çox vaxt aparmayacağını hesab edirəm”, - deyə Lavrov bildirib.
Alpər Mövludoğlu
Ordu.az