Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə mayın 21-də Sünik vilayətində baş verib.
Qeyd olunur ki, mayın 21-də saat 12:40 radələrində Meğri-İrəvan avtomobil yolunun 82 km hissəsinin Qafan inzibati ərazisində 34 RO 666 nömrəli “Ford” markalı avtomobil və Müdafiə Nazirliyinə məxsus ՊՆ 8554 Շ nömrəli QAZ-66 markalı avtobillər toqquşub.
Hadisə nəticəsində 1 nəfər yerində ölüb, 3 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq “Qafan” tibb mərkəzinə yerləşdirilib.
Ölən “Ford” markalı avtomobilin sürücüsünün cəsədi xilasedicilər tərəfindən avtomobildən çıxarılıb. Hadisə yerinə Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin Qafan rayon şöbəsinin əməkdaşları da cəlb edilib.
Müəyyən olunub ki, ölən şəxs 23 yaşlı Artsvik Voskanyandır, yaralılardan 2 nəfər isə Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əməkdaşlarıdır.
Alpər Mövludoğlu
Ordu.az