Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda dislokasiya olunan Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 102-ci hərbi bazasının kəşfiyyat bölmələri mayın 20-də Şimali Osetiyaya yola düşüblər.
Kəşfiyyatçıların “Dəryal” dağ təlim mərkəzində xüsusi dağ hazırlığı kurslarına cəlb ediləcəkləri bildirilir.
Qeyd edək ki, bazadan yola düşən 300-dən artıq kəşfiyyatçı hərbi qulluqçu Şimali Osetiyada 2 ay müddətinədək qalacaq.
Alpər Mövludoğlu
Ordu.az