Döyüş növbətçiliyi qaydalarını pozan erməni hərbi qulluqçulara məhkəmə bəraət verib

2019/05/34534-1558340298.jpg
Oxunub: 1128     20:16     20 May 2019    
Ermənistanın Tavuş vilayət məhkəməsi döyüş növbətçiliyi qaydalarını pozmaqda ittiham edilən 5 hərbi qulluqçuya, cinyət tərkibinin olmadığını əsas gətirərək bəraət verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qeyd edilən hərbi qulluqçular iyulun 27-dən avqustun 10-dək Ermənistan Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsinin “Sopi Sar” adlanan döyüş postunda döyüş növbətçiliyinə cəlb ediliblər, onlara təhkim edilmiş ərazinin müşahidə və mühafizəsini təmin etməyə borclu olublar.

İlkin araşdırmaya əsasən post başçısı K.Poğosyan azad heyətin növbətçilik qrafikini tərtib etmək və növbətçiliyin düzgün aparılmasını təşkil etməyə borclu olub. Lakin Poğosyan tərəfindən qeyd edilən vəzifə öhdəliyinin layiqincə yerinə yetirilmədiyi qeyd edilir.

Döyüş mövqeyində 2 saatlıq növbətçilik sisteminin təşkil edilməsi əvəzinə 15-30 dəqiqədən bir fasilələrlə müşahidə aparıldığı bildirilir. Müşahidə yerini buraxan erməni hərbi qulluqçular ərazini nəzarətsiz qoyaraq, qazma (blindaj) yanına qayıdıblar.

Bununla da istintaq orqanı tərəfindən yol verilən məsuliyyətsizlik, döyüş mövqeyinin döyüş qabiliyyətinin aşağı düşməsi, xidmətə təyin edilən hərbi qulluqçuların həyatına təhlükə yaranması, həmçinin Ermənistanın təhlükəsizliyinə təhdid yaranması kimi qiymətləndirilib.

Bundan başqa post başçısı tərəfindən silahla davranış qaydalarının pozulmasına yol verilib. Nəticədə digər bir hərbi qulluqçunun ölümcül odlu silah yarası aldığı qeyd edilir.

Belə ki, 2017-ci il iyulun 28-də saat 16:40 radələrində həmin döyüş mövqeyinin yataqxanası yanında inşa edilmiş yay mətbəxində avtomatdan açılan diqqətsiz, ardıcıl atəş nəticəsində mövqelərdə qulluqda olan Arkadi Levon Qambaryan baş nahiyyəsindən dəlib keçən odlu silah yarası alıb.

Post başçısına silahla davranış və döyüş növbətçiliyi qaydalarının pozulması nəticəsində əsgərin ölümünə səbəb olma barəsində ittiham irəli sürülüb. Digər 4 hərbi qulluqçuya qarşı isə yalnız döyüş növbətçiliyi qaydalarının pozulmasına görə ittiham irəli sürüldüyü qeyd edilir.

Məhkəmə araşdırması nəticəsində hesab edilib ki, əslində döyüş növbətçiliyi qaydalarının pozulmasına görə irəli sürülən ittihamda cinayətin obyektiv tərəfi yoxdur.

Məhkəmənin qərarına əsasən Ermənistan Baş Qərargahından və “N” nömrəli hərbi hissənin komandanlığından məhkəməyə daxil olan məktuba əsasən hadisə baş verən günü, yəni 2017-ci il iyulun 27-dən 28-nə keçən gecə Ermənistanın dövlət təhlükəsizliyinə təhdid və digər hərbi qulluqçuların həyatına təhlükə yaranıb.

Bununla da məhkəmə qərara alıb ki, təqsirləndirilən Karen Poğosyan, Karen Abovyan, Arsen Tandilyan, Mxitar Torosyan, Davit Tarminyana qarşı irəli sürülən ittihamlar əsassızdır. Məhkəmə onların günahsız olduğuna qərar verməklə, bəraət qazandırıb.

Ermənistan Baş Prokurorluğu çıxarılan hökmə qarşı Apelyasiya Məhkəməsinə şikayət ərizəsi təqdim edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Məhkəmə   Cinayət  

Döyüş növbətçiliyi qaydalarını pozan erməni hərbi qulluqçulara məhkəmə bəraət verib

2019/05/34534-1558340298.jpg
Oxunub: 1129     20:16     20 May 2019    