Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz "Facebook" səhifəsində yazıb.
O, bu gün səhər tezdən şimşək çaxmasından Çarbax adlanan ərazidə trolleybusun yanmasını və sərnişinləri Hamberyants adına Aviasiya Universitetinin kursantlarının təxliyyə etdiyini qeyd edərkən, bugünədək rəsmi olaraq açıqlanmayan məlumatı etiraf edib.
Belə ki, Hovhannisyan, 3 gün bundan əvvəl də Vazgen Sarkisyan adına Hərbi Universitetinin zabitlərinin və tibb xidmətinin rəisinin "Zinuj" hərbi verilişinin operatorunun həyatını xilas etdiyini vurğulayıb.
Qeyd edək ki, sosial şəbəkədə "Zinuj" hərbi verilişinin operatorunun qəzaya düşüməsi barədə məlumatlar yayılsa da, bu barədə heç bir rəsmi açıqlama verilmirdi.
Alpər Mövludoğlu
Ordu.az