Ermənistanda daha bir şəxs saxta sənədlərlə hərbi xidmətdən yayınıb

2019/05/timth-1558333997.jpg
Oxunub: 618     15:21     20 May 2019    
Ermənistanda daha bir şəxs saxta sənədlərlə hərbi xidmətdən azad edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində Kotayk vilayət Hrazdan şəhər sakini A.Qor adlı vətəndaşın fiziki və pisixi sağlamlıq vəziyyətini əks etdirən saxta sənəd əldə etdiyi faktı üzə çıxıb.

Məlum olub ki, o, saxta yolla əldə etdiyi sənədi Ermənistan Mərkəzi Tibbi Komissiyaya təqdim edib və 2018-ci il iyulun 23-də hərbi xidmətə yararsız hesab edilərək hərbi xidmətdən azad edilib.

Hərbi polisdən bildiriblər ki, fakt üzrə 2019-cu il mayın 17-də Ermənistan Müdafiə Nazirliyinin hərbi polisində sənəd saxtalaşdırılması və ya digər aldatma yolu ilə hərbi xidmətdən yayınma maddəsi üzrə cinayət işi açılıb.

Cari ilin mayın 17-də A.Qor həbs edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Fərarilik  

Ermənistanda daha bir şəxs saxta sənədlərlə hərbi xidmətdən yayınıb

2019/05/timth-1558333997.jpg
Oxunub: 619     15:21     20 May 2019    