“Gümrüdəki rus hərbi bazasının mövcudluğu şübhə altına alınmır” - Mnatsakanyan

2019/05/38224-1558333590.jpg
Oxunub: 626     10:26     20 May 2019    
“İki ölkə arasındakı münasibətlərdə müxtəlif məsələlər meydana gələ bilər, lakin bu rus hərbi bazasının mövcudluğunu şübhə altına almır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib.

O qeyd edib ki, Gümrüdə dislokasiya olunan rus hərbi bazası və onunla bağlı hadisələr ikitərəfli münasibətlərdə problem yaratmır.

“Rus hərbi bazasının böyük əhəmiyyəti var. Qarşılıqlı münasibətlərdə müxtəlif məsələlər meydana gələ bilər, lakin bu rus hərbi bazasının mövcudluğunu şübhə altına alan halların olduğu demək deyil. Rus hərbi bazası ikitərəfli müqavilə çərçivəsində fəaliyyət göstərir”, - deyə Mnatsakanyan bildirib.

Erməni nazir əlavə edib ki, mayın 22-də Qırğızıstanın paytaxtında keçiriləcək KTMT-nin XİN Şurası çərçivəsinə rus həmkarı Sergey Lavrovla görüşməyi planlaşdırır.

“Hələlik dəqiq vaxt olmasa da, tərəflər Rusiya XİN-in Ermənistana səfərinin təşkil edilməsi istiqamətində iş aparır. Son görüş Helsinkidə baş tutub. İki ölkə Xarici İşlər nazirləri arasında görüşlərin keçirilməsinə dair heç bir say məhdudiyyəti yoxdur”, - deyə Mnatsakanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   102-baza  

“Gümrüdəki rus hərbi bazasının mövcudluğu şübhə altına alınmır” - Mnatsakanyan

2019/05/38224-1558333590.jpg
Oxunub: 627     10:26     20 May 2019    