Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, mayın 19-da Armavir vilayətində ağır qəza baş verib.
Qeyd olunur ki, dünən saat 19:30 radələrində Armavir-Karakert avtomobil yolunun 16 km hissəsində 19 SS 900 nömrəli “Mercedes” markalı avtomobil 34 RA 258 nömrəli QAZ-3110 markalı avtobillə toqquşub.
Baş vermiş hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq “Armavir” tibb mərkəzinə yerləşdirilib.
Müəyyən edilib ki, ölən şəxs Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində gizir kimi xidmət edib.
Alpər Mövludoğlu
Ordu.az