Ermənistanda hansı hərbi texnika məhv edilib? – Hovhannsiyan detalları açıqlayır

2019/05/12131-1558071637.jpg
Oxunub: 841     09:43     17 May 2019    
“Ermənistan Silahlı Qüvvələrində məhv edilən zirehli texnika 10 ildən artıqdır ki, istismardan çıxarılıb”

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, bu texnikanın üzərindən istismarı mümkün olan zəruri hər şey çıxarılıb.

“Ermənistan Silahlı Qüvvələrində məhv edilən zirehli texnika 10 ildən artıqdır ki, istismardan çıxarılıb. Bu texnikanın üzərindən istismarı mümkün olan zəruri hər şey çıxarılıb və istismarı mümkün olduğu halda istifadə ediləcək. Bu texnikaların məhv edilməsi vəsaitə qənaət edilməsinə və səmərəlilik baxımından əlverişlidir. Zirehli texnikanın istismardan çıxarılması və məhv edilməsi beynəlxalq öhdəlikdir”, - deyə Hovhannisyan bildirib.

Xatırladaq ki, mayın 14-də ekspertlər səviyyəsi daxil olmaqla, erməni mətbuatında Ermənistan Silahlı Qüvvələrində böyük sayda zirehli texnikanın məhv ediləcəyi barədə məlumatlar yayılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, Avropada adi silahlara nəzarət haqqında müqavilənin tələblərinə əsasən, 21 ədəd zirehli texnika istismardan çıxarılıb və məhv ediləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Zirehli-texnika  

Ermənistanda hansı hərbi texnika məhv edilib? – Hovhannsiyan detalları açıqlayır

2019/05/12131-1558071637.jpg
Oxunub: 842     09:43     17 May 2019    