Ermənistan "feyk" PUA istehsalı ilə dünya bazarına çıxa bilərmi? - ANALİZ (HƏRBİ EKSPERT) - III Yazı

2019/05/96335-1557814395.jpg
Oxunub: 4618     11:01     14 May 2019    
(III yazı. II yazını Ordu.az oxuya bilərsiniz)

Ermənistan sənayesinin problemləri

Dünyada PUA tətbiqinin müsbət cəhətləri ilə bərabər özünəməxsus problemləri də mövcuddur. Həm pilotsuz, həm də məsafədən idarəolunan vasitələrin “Axilles dabanı” onların rabitə kanallarının zəifliyindədir. GPS naviqasiya sistemləri tərəfindən qəbul edilən və göndərilən siqnallar basdırıla, ələ keçirilə və ya əvəz edilə bilər.

Məsafədən PUA-ları idarə etmək üçün yüksək ötürücülük imkanına malik rabitə kanalları tələb olunur ki, onların da üfüqarxası (peyk) rabitəsini təşkil etmək xüsusilə çətin olur. Bu aparatları uzaq məsafədən dayanıqlı və maneəyə davamlı ikitərəfli və geniş spektrli televiziya rabitəsi ilə təhciz etmək, həmçinin PUA-ların fəzada düzgün istiqamətləndirilməsini təmin etmək əsas həll edilməsi vacib olan problemlərdəndir.

Ermənistanın süni peykə sahib olmaması isə uzaq mənzilli PUA və ya digər sistemlərin idarəedilməsində müəyyən əngəllər yaradır.

Operator öz aparatının uçuşunu vizual seyr etdiyi üçün onu özü kritik uçuş rejimlərindən çıxara bilir. Amma operatordan onlarca kilometr məsafədə yerləşən PUA özünün tanqaj və burulma müstəvisini kritik uçuş bucaqlarından ya özü çıxarmalıdır, ya da onların dəyişməsi haqqında operatora çox dəqiq ani məlumat göndərməlidir. Bunun üçün də aparatın giroskopik müstəvilər, altimetrlərlə təhcizatı tələb olunur. Aparatın yer üzərində proyeksiyasının dəqiq kordinatlarını müəyyən edən cihazların tətbiqi vacibdir. Rayonun topoqrafik xəritəsi ilə çəkdiyi ərazinin şəkillərini müqayisə edib, koordinat torunu qura bilən hesablama qurğusunun və rabitənin kəsildiyi halda aparatı havada saxlayaraq qalxdığı nöqtəyə tərəf apara bilən intellektual avtopilot qurğusunun Ermənistanda istehsalı real vəziyyətdə mümkün deyil.

Bütün yazılanları ümumiləşdirərək belə bir qənaətə gəlmək olar ki, Ermənistanın yeni yerli PUA kimi təqdim etdiyi bu aparatların bəziləri illərdir ki, Rusiyada hazırlanır və bu proses bu gün də davam edir. Ermənistanın özündə də hazırlanan modellərin əksəriyyəti yenə də ruslardan bəhrələnərək yaradılır. Rusiya isə bu imkanları İsrail ilə birgə əməkdaşlıq etdiyi dövrdə və ya digər ərazilərdə hansısa səbəblərdən ələ keçirilən PUA-ların öyrənilməsi ilə əldə edib.

“ArmHiTec-2016” sərgisində Ermənistanın “Biocontrol” şirkətinin rus istehsalçıları tərəfindən hazırlanan PUA sistemlərinin montajını və satışını həyata keçirdiyi məlum idi. Bu mümkün prosesdir, lakin montaj və istehsal fərqli anlayışlardır. Bu PUA ailəsinin demək olar ki, bütün modellərinin erməni istehsalı kimi təqdim edilməsi və əsl istehsalçının reaksiyasının olmaması isə həqiqətən də maraq doğurur.

Ermənistan PUA-lar üçün ciddi vəsait ayırmadan minimal tələbatı ödəmək, həmçinin “yerli istehsal”ın davam etməsinə şərait yaratmaq məqsədilə Çin şirkətlərinin məhsullarını əldə etməyə üstünlük verir. Çinin 3500-5500 dollar arasında internet üzərindən açıq satılan (qiymətlər kameraların və batareyaların həcminə görə dəyişir) DJİ “İnspire” kəşfiyyat kvadrokopterlərindən bir neçəsinin cəbhə xəttində vurulması, tədarükün davamlı olaraq icra edildiyini sübut edir.

DJİ “İnspire”

ABŞ-dan da özəl şirkətin Ermənistanla əməkdaşlıq etdiyi məlumdur. Belə ki, Ermənistan Milli Politexnik Universitetinin A.Melikyan adına robot texnikası laboratoriyasının yenidən qurulmasına “Ayrenik” fondu 200 min dollar, universitet isə 40 milyon dram ayırıb.

Ümumi sahəsi təxminən 600 kv.m olan laboratoriya ABŞ-ın İllinoys Texnologiya Universitetinin eyni təyinatlı laboratoriyası ilə eyni modeldə, yenidən qurulub. Bu yenidənqurma işləri İllinoys Universitetinin laboratoriyasına rəhbərlik edən milliyyətcə erməni professor Naira Hovakimyanın yardımı ilə həyata keçirilib.

Ermənistanda doğulan və təhsil alan Naira, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Arik Melikyanın (laboratoriya onun adını daşıyır ) aspirantı olub. O, uzun illərdir Naira ABŞ-da yaşayır, işləyir və uçan vasitələrin idarəedilməsi sahəsində qabaqcıl mütəxəssislərdən biri kimi özəl şirkətə də sahibdir. Ermənistanın Milli Politexnik Universiteti ilə yaxından əməkdaşlıq edən erməni professorun özəl şirkətinin də Ermənistan PUA bazarına daxil olduğu istisna edilmir.

Ümumiyyətlə, əsasən Rusiya modellərini əldə edən Ermənistan indiyə qədər hansı yolla olursa olsun, İsrail texnologiyasını əldə etməyə çalışıb. Lakin əldə etməklə istehsal etmək arasında kifayət qədər məsafə mövcuddur. “İpone” smartfonlarını bütün ölkələr, şirkətlər və insanlar əldə edə bilir, lakin yalnız Çin kopyalaya bilir, o da hələlik yararsız hesab olunur. Bəli, yeni texnologiya yaradıla bilər, lakin bunun üçün beyin mərkəzlərinin olması vacibdir.

Azərbaycan PUA-ları

Azərbaycan, Ermənistandan fərqli olaraq, PUA istehsalında digər ölkələrin texnologiyasını əldə etmək üçün leqal metodlara üstünlük verir. 2009-cu ildə Azərbaycanda İsraillə PUA istehsalı üzrə ilk müqavilə imzalanıb. Həm yerli, həm də İsrail mütəxəssislərinin birgə istehsal etdiyi PUA-lar Silahlı Qüvvələrin bir çox qoşun növlərində on ildən çoxdur ki, istifadə edilir. “Orbiter” ailəsi, “Aerostar” və “Peqasus 120” PUA-ları təlimlərdə tətbiq edilib. “Harop” gəzən sursatlarının zərbələrini isə ermənilərin yaxın illərdə unutması mümkün deyil. “SkyStriker” PUA-larının Suriyadakı fəaliyyətindən də orada mina zərərsizləşdirən erməni hərbçilərinin məlumatı olmaya bilməz.

“Orbiter 1K”

“Orbiter 2” bazasında yaradılan 1K partlayıcı yük daşımaq üçün uyğunlaşdırılan gövdəyə malikdir və döyüş əməliyyatlarında müsbət tərəfdən göstərən əvvəlki aparatların müsbət cəhətlərini özündə birləşdirir. Cəmi 30 sm yüksəkliyi və 1 metr uzunluğunda olan mini PUA-nın qanad açılımı 2.2 metrdir. 5500 metr yüksəklikdə və 50 km radiusda kəşfiyyat xarakterli vəzifələri yerinə yetirə bilir. 6.5 kq çəkisi olan “Orbiter 1K” 1.5 kq faydalı yüklə 140 km/saat maksimal sürət toplaya bilir. Uçuş müddəti 2-3 saatdır. Bütün görüntülər və əldə edilən video və telemetrik kəşfiyyat məlumatları 12 saatlıq həcmə malik sərt diskə (bu funksiya digər modellərdə əvəz edilib) yazılır.

“Harop”

Uzunluğu 2.5 metr, qanad açılımı 3 metr, çəkisi 135 kq, döyüş başlığı 23 kq olan “Harop” ermənilərin ən çox sevmədiyi Azərbaycan PUA-sıdır. O, saatda 185 kilometr/saat sürətlə irəliləyərək 6 saat havada qala bilir və maksimum 1000 km məsafəyə qədər radiusda fəaliyyət göstərə bilir. “Harop” öz sinfində fəaliyyət radiusu və zərbə qüvvəsinə görə liderlərdən biri hesab edilir.

“SkyStriker”

5 kq-dən 10 kq-yə qədər döyüş başlığı daşıyan “SkyStriker”in kütləsi 35 kq-dir. Zərbə tipli “SkyStriker” PUA-ları 2 saat havada qalaraq, 185 km/saat sürətlə hərəkət edir, bu isə 3 dəqiqə ərzində 10 kilometr məsafə qət etmək deməkdir. PUA elektrik mühərriki və itələmə qüvvəsi verən pərvanə ilə təchiz edilib.

Demək olar ki, hücum anına qədər elektrik mühərriki hesabına PUA səssiz uçur, operator hədəfə zərbə endirmək üçün PUA-nı saatda 555 sürətlə hədəfə doğru yönəldir. Bu PUA-nın sürət göstəricisi nəinki Ermənistan, hətta Rusiya mühəndislərinin röyasında görə biləcəyi bir rəqəmdir. Bu PUA-nın aşağı akustik siqnallara malik olması və məhdud görmə şəraitində ciddi nəticələr göstərməsi düşmən üçün böyük sürprizlər vəd edir.

Aşkar edilən görüntülərin onlayn rejimdə operatora ötürüldüyü məlumdur, lakin bu məqsədlə istifadə edilən format, məlumatların yaddaşa yazılması və saxlanılması, sistemin NATO təhlükəsizlik və sənaye standartlarına uyğunluq səviyyəsi barədə məlumatlar hələlik gizli saxlanılır.

“Aerostar”

“Aerostar” PUA-sının yerüstü idarəetmə stansiyası da MSN-nin müəssisələrindən birində hazırlanır. Çoxməqsədli “Aerostar” aparatları məlumatların əldə edilməsini, emalını, saxlanmasını və monitorinqini real vaxt rejimində həyata keçirir. “Aerostar” 250 km radiusda 50 kq faydalı yüklə 12 saat havada qala bilir. PUA-nın maksimum sürəti 203 km/saat, kreyser sürəti 114 km/saat, enmə sürəti isə 90 km/saatdır.

Qanad açılımı 8.7 m, uzunluğu 4.5m, eni 1.2 m, boş çəkisi 230 kq-dır. 250000 saat istifadəsinə zəmanət verilir.

“Pegasus 120”

“Pegasus 120”, kvadrokopter və oktokopter konfiqurasiyasında hazırlana bilər və 120 kq maksimum qalxma kütləsinə malikdir. Bu mültikopter 75 kq faydalı yükün 10 km məsafəyə daşına bilməsi üçün nəzərdə tutulur. “Pegasus 120”nin elektrik mühərriki LİPO aparatın 120 dəqiqə havada qalmasına imkan verir. Elektrik mühərriki aşağı səs siqnallarına malik olmaqla yanaşı, PUA-nın 85 km/saat sürətlə uçuşunun təmin edilməsinə imkan yaradır.

“Pegasus 120” multikopterləri, Azərbaycanda istehsal edilən “Orbiter” ailəsinin yerüstü idarəetmə mərkəzindən də idarə edilə bilir. “Pegasus 120” aparatlarında yüksək avionik imkanlarla yanaşı yeni datalink, məsafə, yük sensorları, əlaqə vasitələri və müşahidə cihazları tətbiq edilib.

“Heron TP”

“Heron TP” 296 km/saat kreyser, 460 km/saat maksimum sürətə malikdir, 36 saat havada qalaraq 14800 km məsafə qət edə bilir. 26 metr qanad açılımı olan “Heron TP” dünyanın ən böyük PUA-larından biridir. 13-14 km yüksəklikdə, yəni mülki aviasiya təyyarələrinin uçuş marşrutları üzərində fəaliyyət göstərməsi “Heron TP” PUA-larını erməni HHM qoşunlarının əksər vasitələri üçün əlçatmaz edir. 4.5 km hündürlükdə nəzarət edəcəyi ərazilərə “kilidlənərək” asıla bilir.

“Hermes 450”

150 kq faydalı yük daşıyan “Hermes 450” PUA-sı 6.1 metr uzunluğa, 10.5 metr qanadlararası məsafəyə və 450 kq boş çəkiyə malikdir. Maksimum sürəti 176 km/saat, fasiləsiz fəaliyyət zonası 300 km, uçuş yüksəkliyi isə 5500 metrdir. Yuxarıya dırmanma sürəti saniyədə 4.6 metrdir.

“Hermes 900”

“Hermes 900” 36 saat ərzində 9100 metr yüksəklikdə uçuş həyata keçirə bilir. Bu pilotsuz uçuş aparatı əsasən kəşfiyyat və nəzarət məqsədilə istifadə olunur. 1100 kq ağırlığı olan bu PUA-lar 350 kq faydalı yük götürmə qabiliyyətinə malikdir.

8.3 metr uzunluğa sahib PUA-nın qanad açılımı isə 15 metrə bərabərdir. Aparatı bir ədəd “Rotax 91” markalı mühərrik hərəkətə gətirərək maksimum 220 km/saat sürətlə hərəkət etməyə imkan verir. Kreyser sürəti 112 km/saatdır. “Hermes 900” PUA-larının faydalı yükünə elektro-optik (infraqırmızı) sensorlar, SAR radarı, radioelektron kəşfiyyat, həmçinin radioelektron mübarizə və hiperspektral sensorları daxildir.

Digər imkanlar

AMEA Yüksək Texnologiyalar Parkında, VİTTA və s. kimi özəl şirkətlərdə istehsal edilən PUA-ları da bu siyahıya əlavə etməklə müqayisə aparsaq görərik ki, iki ölkənin PUA-ları arasında həm keyfiyyət, həm kəmiyyət baxımından ciddi uçurum mövcuddur. Məlum səbəblərə görə, sayı açıqlamaq istəmirəm, lakin deyə bilərəm ki, Azərbaycan Silahlı Qüvvələrinin müasir PUA-larla təminatına Ermənistanın ən azından son iki illik büdcəsindən az olmayan məbləğdə vəsait sərf edib və bu proses artan dinamika ilə davam edir.

Ermənistan PUA-larından isə yalnız özlərinin Silahlı Qüvvələrində istifadə edilir. lakin Azərbaycanın silahlanmasında mövcud olan sistemlərin İsrail, Almaniya, İtaliya, Finlandiya, Latviya, Litva, Çili, Kolumbiya, Polşa, Peru, Portuqaliya, Rumıniya, Sloveniya, İspaniya və s. kimi ölkələrin silahlanmasında yer alması əslində iki ölkə arasında müqayisə paralellərinin aparılmasına nöqtə qoymağa imkan verir. Mən bu müqayisədə nə Ermənistanın müttəfiqi olan ölkələrin, nə də Azərbaycanın müttəfiqi olan ölkələrin bizim üçün əlçatan olan PUA potensialını nəzərə almadım.

Nersisyana görə, Ermənistan məhdud imkanlarına baxmayaraq PUA sahəsində geriliyi aradan qaldırmaqda çox istəkli görünür. Lakin gənc ekspert unudur ki, Ermənistanın kopyaladığı PUA-lar ciddi RƏM vasitələrinə, hiperspektral sensorlara və SAR radarlarına malik deyil, buna görə aktiv REM mühitində davamlı olaraq spufinq (GPS qəbuledicisinin daha güclü siqnal ilə aparatın koordinatlarını yanlış təyin etməsi) problemi ilə qarşılaşması qaçılmazdır.

PUA-lar özünü REM-dən qorumaq üçün bəzi sadə sistemləri əldə etsə belə, onların tətbiqi həm aparatın çəkisinin, həm də onun dəyərinin kəskin artmasına səbəb olacaq. Hər iki variant Ermənistan üçün arzuedilməzdir. Kifayət qədər baha qiymətə olan bu sistemlərin alınması və inteqrasiyası Ermənistanın imkanları xaricindədir, digər tərəfdən isə ağır çəkili PUA-ların havaya qaldırılması üçün uyğun aerodinamik şərtləri ödəyəcək güc qurğusuna malik platforma hazırlamaq uzun müddət tələb edə bilər.

Buna görə də Ermənistan PUA-ları asanlıqla yerüstü REM stansiyalarının “yeminə” çevrilə bilir. Azərbaycan silahlanmasında mövcud olan “Groza-S” və “Sinitsa” komplekslərinin imkanları, hətta Ermənistanın özündə də yüksək dəyərləndirilir və mövcudluğu anlaşılan narahatlıqla qarşılanır. Komplekslərin ərazidə yerləşdirilməsindən sonra operatorlar fasiləsiz olaraq efirə nəzarət edərək PUA-ların radiokanallarını müəyyənləşdirməyə başlayır. Vəzifələrdən asılı olaraq həm işçi tezlikləri “söndürmək”, həm də peyk naviqasiyasının spufinqini həyata keçirmək mümkündür. Birinci halda düşmən PUA-sı düzgün fəaliyyət imkanını, ikinci halda isə PUA öz koordinatlarını düzgün müəyyən etmək qabiliyyətini itirir.

Birlik komandanlarına tabe olacaq bir neçə stansiyanın döyüş növbətçiliyinə cəlb edilməsi, düşmənin istifadəsindəki ciddi texnoloji imkanlara malik olmayan PUA-ların yerə endirilməsinə ideal şərait yaradır. Bu stansiyaların Azərbaycan Ordusunun silahlanmasına qəbul edilməsi Silahlı Qüvvələrimizin radiotexniki kəşfiyyat və radioelektron mübarizə potensialının artmasına səbəb olub.

Nəticə

Rusiya rəsmiləri və şirkət nümayəndələri Ermənistanla pilotsuz sistemlər sahəsindəki əməkdaşlıq barədə danışmağa üstünlük vermirlər. Bəlkə də hansısa peşmanlıq hissi də artıq formalaşıb. Lakin erməni pilotsuz vasitələrinin TTX-sına və konstruksiyasına diqqət yetirdikdə əsasən Rusiya, qismən isə İsrail PUA-larının ayaq izlərinə rast gəlinir.

Araşdırma nəticəsində məlum olur ki, erməni PUA-ları adı altında təqdim edilən “Krunk-25-1”, “Krunk-25-2” və “Azniv” aparatları İsrailin RQ-2 “Pioneer”, əvvəlcə X-55, sonra isə ARMİ-55 adlandırılanlar isə Rusiyanın “Ptero-5E” vasitələrinin bazasında hazırlanıb. “Photobot”, S-1 (əslində “Supercam” S-100) “Supercam” S-300M və “Supercam” S-350 PUA-larının istehsalının isə Ermənistanla əlaqəsi yoxdur. Onlar Rusiyanın İjevsk şəhərindəki “Pilotsuz sistemlər” kompaniyasının məhsuludur. “ProMAG” şirkətinin təqdim etdiyi BEEB-1800, BEEB-3000 və BEEB-3200 aparatları isə İsrailin “Aeronautics” şirkətinin lisenziyası ilə Azərbaycanda istehsal edilən “Orbiter 1K” və ZALA AERO PUA-sının, “Drakon” isə “Harop” zərbə PUA-sının konstruksiyasından istifadə edilərək hazırlanıb.

Hazırda Ermənistan müdafiə sənayesi IAI şirkətinin “Bird Eye 400” modelinin bazasında Rusiyanın “Ural Mülki Aviasiya zavodu” ASC-də birgə hazırladığı “Zastava” PUA-larından, Rusiyanın ENİKS QSC-nin “Eleron-3” kompleksindən və İJMAŞ şirkətinin “Taxion” uçan qanad tipli PUA-larından yararlanmağa cəhd edir.

“Baze”, HREEŞ, “Cut” və HU-01 layihələri qismən fərqli konstruksiyaya malikdir. Bunlardan birinci ikisi 1.5 kq, sonuncu isə 13 kq faydalı yük daşıya bilir. “Cut” barədə isə dəqiq məlumatlar mövcud deyil.

Ermənistanın əsas PUA istehsalçıları olan “ProMAG”, DAVARO və KB-X şirkətlərinin öz fəaliyətlərində İsrailin Azərbaycan və Rusiya ilə birgə hazırladığı vasitələrinin kopyalarını hazırlamaq üçün çalışması artıq heç kim üçün sirr deyil.

“Instigate Robotics” şirkətinin təqdim etdiyi digər “Mobile Watchtower” və “Copter URUR 3” heksakopteri həm göstəricilərinə, həm təyinatına, həm də konstruksiyasına görə ciddi hərbi əhəmiyyət kəsb etmədiyinə görə onu hesaba almamaq mümkündür.

PUA-lar daha çox xarici görünüşə görə kopyalanır, taktiki-texniki xüsusiyyət baxımından fərqli innovativ bir PUA yaradılmayıb və indiyə qədər sırf “Ernənistan PUA-sı” adlandırıla biləcək tam yerli məhsul hələ də doğru-dürüst bazara təqdim edilməyib. Təqdim edilən PUA-lar xarici gürünüşünə görə Rusiya-İsrail PUA ailələrini daha çox xatırlatsa da, onların xüsusiyyətlərini tam əldə edə bilmir. İsrail PUA-larının texniki xüsusiyyətlərini əldə edən PUA-ların ixrac potensialı yüksək olmalı idi. Lakin indiyə qədər bu barədə heç bir mənbədə məlumat mövcud deyil. Hazırda qeyd olunan PUA-ların məhdud modelləri yalnız Ermənistanın güc strukturlarında istismar edilir.

Əgər Nersisyanın açıqladığı kimi, yerli PUA-lar bu qədər yüksək TTX ilə dünya liderliyinə iddialıdırsa, nədən onları Ermənistandan başqa heç bir ölkə sifariş vermir, silahlanmasına qəbul etmir, heç olmasa qoşun sınaqlarına cəlb etmir? Ermənistan da bu modellər arasında qiymətlərin münasibliyi baxımımdan X-55 (ARMİ-55) və Çinin hər tinində satılan “DJİ İnspire” PUA-larına üstünlük verir.

Lakin etiraf etmək lazımdır ki, həm Ermənistan hakimiyyəti, həm HSK, həm də özəl şirkətlər PUA sahəsində imkanlarından artığını həyata keçirməyə çalışır, ən azından bu görüntünü yaratmağa nail olublar. Onların adı açıqlanmayan və ya unutduğumuz digər layihələri də mövcud ola bilər. Hələlik Ermənistanın istehsal etdiyi, sadalanan məhsulları ilə dünya PUA bazarına girəcəyi real görünmür.

Ermənistanın PUA sahəsinə diqqət ayırması texnologiyanın inkişafından çox məcburiyyət xarakteri daşıyır. Uzun illər bütün istiqamətlərdə Rusiyaya bağlı qalan Ermənistan rəhbərliyi 2016-cı ildən sonra dəqiq anladı ki, Azərbaycan torpaqları azad edilməyənə qədər toqquşmalar qaçılmazdır və bu münaqişədə onların əvəzinə nə KTMT, nə də Rusiya iştirak etməyəcək. İndiki vəziyyətdə isə “iki stolda oturan” Ermənistan Kremlin dəstəyinə çox da bel bağlaya bilməz. Bəlkə də yeni rəhbərliyin “kiçik miqyaslı cəzalandırılmasına” göz də yuma bilər.

Mövcud templərlə yaxın 5 ildə Ermənistanın beynəlxalq silahlanma bazarında ciddi mövqelərə sahiblənməsi mümkün görünmür. Resurs məhdudiyyəti və yüksək rəqabət mühiti minimum sərmayə ilə ciddi nəticələrə nail olmağa imkan vermir. Ermənistanın ixrac potensialının olmaması məhz bu faktorlarla bağlıdır. Bu problemin həlli üçün rəsmi İrəvan ixrac potensialı olan şirkətlərin ölkəyə gətirilməsinə çalışır. Rusiyanın “ADA Aerospace” və Ermənistanın “ProMAQ” şirkətlərinin ölkə ərazisində birgə istehsal müəssisəsi yaratmaq ideyasının əsas məqsədi də məhz beynəlxalq bazara çıxış əldə etməkdən ibarətdir.

Ermənistan Fövqəladə Hallar Nazirliyi iki il ərzində 4.5 milyon dollar dəyərində “ADA Aerospace” şirkətindən TRIADA MK II və TRIADA MK III PUA-larını əldə etməyə hazırlaşır. Bu sistemlərin sonradan Ermənistan ordusunun silahlanmasında peyda olması da istisna edilmir.

Ümumiyyətlə, erməni hərbi-sənaye kompleksinin və özəl müəssisələrin PUA-lara doğru yönəlməsini ölkədə İT sənayesinin yüksək səviyyəyə çatdırılması və daxili bazarın PUA tələbatını ödəmək məqsədilə edildiyini əlaqələndirmək də yalnış olmazdı.

Əgər xatırlayırsınızsa, 1998-ci ildə Ermənistan SPİD və bir sıra ağır infeksiya xəstəliklərini tam müalicə edən “Armenikum” pereparatını icad etdiyini elan etmişdi. Bir il sonra BBC-nin apardığı araşdırma nəticəsində məlum oldu ki, bunu qəbul edən xəstələr müalicədən sonra daha ağır vəziyyətə düşüblər. “Armenikum” pereparatının tərkibini analiz etdikdə məlum olub ki, “erməni möcüzəsi”nin tərkibi əsasən yoddan ibarət olan antisetik məhluldur və orqnizmə ziyanı daha çoxdur.

2014-cü ildə Ermənistanın “Technology and Science Dynamics Inc/ArmtabTechnologies Company” şirkəti “Microsoft” və “Singapore Tech Kinetics” şirkəti ilə ciddi əməkdaşlıq etdiyini, nəticədə isə az qala ən modern və yüksək imkanlara malik yeni “ArmTab” planşetini və “ArmPhone” smartfonunu hazırladığını və hər il ən azı 50 min ədəd istehsal ediləcəyi barədə məlumat yaydı.

Birinci ixtiradan 21 il, ikincidən isə 5 il keçir. Dünyada “Armenikum” ilə SPİD-dən sağalan, “ArmTab” planşet və “ArmPhone” smartfon markası duyan olubmu? Şəxsən mən nə görmüşəm, nə də eşitmişəm.

Nersisyan da soydaşlarının yalanlarına görə tənqid hədəfinə çevrilməməsi üçün əvvəlki illərdə baş verən yüksək tonlu bəyanatların nəticəsinə nəzər salmalı, sonra nəsə iddia etməlidir. Dünyada mənimsədikləri sfera saxlamayan ermənilər genetik olaraq istənilən sahədə ən pis halda ikinci yerlə razılaşırlar. İndiyə qədər model adlandırdıqları biznes, qonşu ərazilərinin işğalı və digərinə mənsub olanı mənimsəmə xaric, digər heç bir sahədə ciddi nailiyyət əldə edə bilməyiblər. Bu dəfə də dəyişən bir şey olmayacağını düşünürəm. Doğrudur PUA istiqamətində istəkli və iddialıdırlar, bəlkə də yeni ideyalara “hamilədirlər”. Lakin istək və “hamiləlik” hər şeyi həll etmir. Əminəm ki, hərbi əməliyyatların başlanması ilə Ermənistan bütün sadalanan PUA-ların iddia edilən imkanlarının bir nağıl olacağına tam inanacaq.

Hazırkı dövrdə Ermənistanın istənilən sahədə hərbi potensialı Azərbaycanla müqayisə edilməyəcək qədər zəifdir. PUA sahəsində isə böyük bir uçurum mövcuddur. Lakin zaman itirmədən işğalçı ordunun nağıllar aləmindən ayrılmasına və reallıqla barışmasına yardımçı olmalıyıq.

Azərbaycan müdafiə sənayesi isə əldə edilən səviyyə ilə qətiyyən məhdudlaşmamalı, daim Silahlı Qüvvələrimizin 10 il sonrakı tələbatını qarşılayacaq sistemləri və işğalçı ölkənin büdcəsini çətinliklərə məruz qoyacaq ciddi layihələri tam və müstəqil olaraq həyata keçirməlidir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   PUA  

Ermənistan "feyk" PUA istehsalı ilə dünya bazarına çıxa bilərmi? - ANALİZ (HƏRBİ EKSPERT) - III Yazı

2019/05/96335-1557814395.jpg
Oxunub: 4619     11:01     14 May 2019    