Ermənistan "feyk" PUA istehsalı ilə dünya bazarına çıxa bilərmi? - ANALİZ (HƏRBİ EKSPERT)

2019/04/96335-1556264922.jpg
Oxunub: 3143     12:21     26 Aprel 2019    
Ötən həftə erməni hərbi ekspert Leonid Nersisyan “Sputnik Armenia” agentliyinə müsahibəsində Ermənistanın PUA sahəsində dünya liderlərləri sırasında yer ala biləcəyi barədə bəyanat səsləndirib. Bu fikirlərə fakt və rəqəmlərin dili ilə cavab vermək üçün, Nersisyanın nəzərinə çatdıraq ki, Azərbaycan Ordusunun 1-ci eşalon bölmələrinin əsgərləri istifadələrində olan atıcı və HHM silahları vasitəsi ilə 2015-2016-cı illər ərzində 20 ədəd, 2017-ci ildə 5 ədəd, 2018-ci il ərzində 4 ədəd, bu il 1 ədəd, yəni 5 ildən az müddətdə 30 ədəd Ermənistanı “dünya liderliyinə” daşıyacaq PUA-nı məhv ediblər. Sonuncu X-55 (ARMİ-55) PUA-sı bu ilin mart ayının 3-də Hava Hücumundan Müdafiə qoşunlarımızın bölmələri tərəfindən zərərsizləşdirilib.

Nersisyan belə bir mənfi reputasiyaya malik PUA-ların dünya liderliyinə iddialı olmasının səbəblərini açıqlamayıb. Hazırda bir çox inkşaf etmiş ölkələr müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının yaradılması və istismarı istiqamətində ciddi addımlar atır. Belə bir ənənə müharibə şəraitində olan və ya müəyyən daxili münaqişələrdə iştirak edən ölkələr üçün xüsusilə aktualdır. Ermənistan Hərbi Sənaye Kompleksi (HSK) də PUA sahəsində Azərbaycandan aşkar geriliyini aradan qaldırmaq, adını texnoloji cəhətdən inkişaf etmiş ölkələr sırasına yazdırmaq üçün PUA istehsalına ciddi diqqət yetirmək məcburiyyətindədir. Bu da başadüşüləndir. Təbii ki, 616 milyon dollar müdafiə büdcəsi ilə ermənilər həm ordunu saxlamaq, həm də aviasiya və ya zirehli vasitə istehsal etmək imkanından mərhumdur. Daha öncə də xatırlatdığım kimi, Ermənistan HSK-nın hədəflərinə çatmaq üçün ən qısa və yaxın yol kimi PUA istehsalını seçib. Bu metodla Ermənistanın yeni hakimiyyəti özünün İsrail PUA-larının fərqli modellərinin yerli istehsalını bir neçə il qabaq başlayan Azərbaycandan heç də geri qalmadığını nümayiş etdirməyə çalışır. Lakin bilirik ki, PUA layihələndirilməsi, PUA istehsalı, PUA yığılması, PUA sınağı, TTX təyinatı və tətbiqi fərqli proseslərdir, həmçinin kifayət qədər ciddi maddi-texniki və intellektual yatırım tələb edir.

Artıq bir çox ölkələrin Silahlı Qüvvələrində PUA və onların fərqli təyinatlar üzrə tətbiqi 20 ilə yaxındır ki, adi hala çevrilib. Lakin Ermənistan HSK hələ də əvvəlki nəslə aid PUA-ların sadəcə yığılmasını ciddi bir nailiyyət kimi qələmə verməyə çalışır. Əslində başqa çıxış yolu da yoxdur. Ərazisini işğal etdiyi Azərbaycanla 3-4 dəfə aşağı müdafiə büdcəsi ilə paritet saxlamaq və silahlanma yarışında iştirak etmək elə də asan deyil. Bir tərəfdən Azərbaycan həm özünün strateji tərəfdaşlarının - İsrail, Türkiyə və Pakistanın, digər tərəfdən isə Ermənistanın strateji tərəfdaşlarının - Rusiya və Belarusun demək olar ki, istənilən müdafiə məhsullarını, həmçinin bəzi Avropa və NATO ölkələrinin məhdud preyskurantını əldə etmək imkanına malikdir. Sadalanan ölkələr arasında Ermənistana daha çox silah ötürən Rusiya isə həm özünün iqtisadi problemləri, həm də İrəvanın “eyni zamanda bir neçə stulda oturmaq” niyyətindən dolayı artıq kredit və ya əvəzsiz yardımlar ayırmaqda əvvəlki qədər istəkli görünmür.

Silah əldə etmək üçün çox sayda ölkə və ya şirkət mövcuddur, lakin bunun üçün Ermənistanın zəruri maliyyə qaynaqları mövcud deyil. Daxili istehsalı canlandırmaq görüntüsünü yaratmaqdan başqa çarəsi qalmayan Ermənistan texoloji cəhətdən mürəkkəb olan komplekslərin istehsalı üçün real potensiala da malik deyil. Buna görə də həm Azərbaycanla arasında yaranan PUA fərqini azaltmaq, həm Ermənistan ordusunun tələbatını ödəmək, həm də texnoloji inkişaf etmiş ölkə imici yaratmaq üçün məhz bu sahənin inkişaf etdirilməsini prioritet olaraq seçib. Əslində, işğalçı ölkə olsa da bu seçim doğrudur və alternativi yoxdur. Çünki Ermənistanın mürəkkəb hərbi texnika və komplekslər hazırlayacaq qədər potensialı hələlik mövcud deyil. PUA məsələsində isə vəziyyət fərqlidir. Erməni mütəxəssislərin Rusiya ilə münasibətlərinin daha isti zamanında rusiyalı hərçilərlə birgə keçirdikləri təlimlər, təcrübə mübadiləsi, təhlillər zamanı müəyyən təcrübə əldə etdiyi şübhəsizdir. Bir çox erməni PUA modelləri Rusiya, az bir hissəsi isə xarici görünüşünə görə İsrail modellərini xatırladır.

Ermənistanda ilk dəfə PUA layihəsinin həyata keçirilməsinə 2006-cı ildə başlanıb, daha sonra isə layihə A.Hamperyants adına Hərbi Aviasiya Universitetində davam etdirilib. 2009-cu ildə Ermənistan Silahlı Qüvvələri ilk “Krunk” tipli PUA-ları silahlanmaya qəbul edib.

Ermənistan Silahlı Qüvvələri nisbətən böyük “Krunk-25-1”, “Krunk-25-2”, “Azniv” və X-55 (ARMİ-55) PUA-larına da sahibdir. Artıq BEEB-1800, BEEB-3000, BEEB-3200, S-1, “Cut” kimi aparatların da sınaqlarının başa çatdığı və silahlanmaya qəbul edildiyi barədə məlumatlar mövcuddur.

Ermənistanın istehsal etdiyi PUA-lar arasında 5-10 kiloqram çəki ilə kiçik sinif dronlara aid “Photobot”, “Supercam S-300M”, “Supercam S-350”, “Hreeş” və “Baze” tipli aparatlar mövcuddur.

İlk dəfə yerli PUA “Krunk” adı ilə 2011-ci il sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 20 illiyi münasibətilə İrəvanda keçirilən hərbi parad zamanı ictimaiyyətə təqdim edildi. “Krunk” ailəsi 3 modeldə istehsal edilir.

“Krunk-25-1”

İddialara görə, "Krunk 25-1-2" PUA-sı optik alətlərlə yeni bir turel əldə edib. Quraşdırılan səsboğucu boruların isə böyük ehtimalla daha güclü mühərrikin tətbiq edilməsilə əlaqədar olduğu bildirilir.

Daha böyük “Krunk 25-1” PUA-sı 3.8 metr uzunluğa, 4.32 m qanad açılımına malikdir və 20 kq faydalı yük daşıyır. Kreyser sürəti 110 km/s, maksimal sürəti 140 km/s, havada qalma müddəti 210 dəqiqəyə qədər, fəaliyyət radiusu 150 km, videosiqnalın komanda məntəqəsinə ötürülmə məsafəsi isə 100 km-dir.

İşçi uçuş hündürlüyü 500-3000 metr, maksimum uçuş hündürlüyü 4000 metrdir.

“Krunk-25-2”

“Krunk 25-2” 15 kq faydalı yük daşıyır. Aparatın əsas parametrləri “Krunk 25-1” ilə çox yaxımdır: kreyser sürəti 110 km/s, maksimal sürəti 140 km/s, havada qalma müddəti 210 dəqiqədir. Fəaliyyət radiusu isə videosiqnalın ötürülməsi məsafəsinin 100 km-lik göstəricisinə qədər azaldılıb. İşçi uçuş hündürlüyü 500-3000 metr, maksimum uçuş hündürlüyü 3500 metrdir.

“Azniv”

“Azniv” PUA-sının qanad sonluqlarındakı fərqini nəzər almasaq, “Krunk-25-2” ilə eyni olduğunu iddia edə bilərik.

Beləliklə, “Krunk-25-1” və “Krunk-25-2” bir-birindən xarici gürünüşünə görə az da olsa fərqlənir. Diqqət yetirsək görərik ki, burun hissəsinin forması fərqlidir, yəni ilkin versiyada burunda yerləşən pərləri, ikinci versiyada füzelyajın arxasına keçiriblər, lakin TTX-ları dəyişməyib. “Krunk-25-2” və “Azniv” isə həm görünüşünə, həm də TTX-sına görə eyni PUA-lardır, yeganə fərqi sonuncunun qanad sonluqlarının nisbətən yuxarıya doğru qatlanan formada olmasından ibarətdir.

Əslində çox zəif göstəricilərə malik uçuş zolağından buraxılan PUA-nın paradda “erməni mühəndis dühasının mücüzəsi” kimi təqdim edilməsi gözlənilən idi. Buna artıq çoxları alışıb. Bəlkə də yeri deyil, lakin yazmaq məcburiyyətindəyəm. Məsələn, ermənilər Kim Kardaşyanın və Anna Avakcanovanın harada, kiminlə və neçə dəfə yatmasından asılı olmayaraq qadının soyunmasını fəxrlə “model fəaliyyəti” adlandırırlar, biz isə eyni fəaliyyəti qınayaraq əxlaqsızlıq adlandırırıq. Əslində hər iki tərəfin bu sahədə fəaliyyət prinsipləri və məqsədləri eynidir, yalnız biz əxlaqsızlığı ermənilər qədər “modern” üslubda təqdim edə bilmirik. Müxtəlif sərgilərdə “Krunk” PUA-larının təqdimatı da yuxarıda deyilənlərdən heç nəyi ilə fərqlənmir.

Krunk, yoxsa RQ-2 “Pioneer”

Ermənistanın yeni PUA-sı 2011-ci ildən istehsal edilir, onun görüntülərini digər analoqları ilə müqayisə etdikdə isə ortaya maraqlı faktlar çıxır.

“Krunk” PUA-larının İsrail Ordusunun silahlanmasında 80-ci illərdən etibarən mövcud olan, A, B və C seriyalarında istehsal edilən RQ-2 “Pioneer” PUA-larına bənzədiyi məlum olur. Onların Ermənistanın, daha doğrusu Rusiyanın əlinə keçməsi tarixi təxminən 30 il əvvəl baş verib.

RQ-2 “Pioneer”

RQ-2 PUA-larının İsrail tərəfindən Yaxın Şərqdə uğurlu tətbiq edilməsi 1985-ci ildə ABŞ-ın bu vasitələri əldə etməsinə səbəb oldu. 1987-ci ildə ABŞ Dəniz Piyada korpusu, sonra HDQ-nin “Ayova” linkoru, 90-cı ildə isə ABŞ Quru Qüvvələri bu PUA-larla təchiz edildi. 1991-ci ildə 6 ədəd RQ-2 sistemi İraqdakı “Səhrada Fırtına” əməliyyatında 1000 saatdan çox davam edən 300-dən çox döyüş tapşırığını yerinə yetirdi. Əməliyyatlar zamanı 2 ədəd RQ-2 rəqibin zenit artilleriyası tərəfindən məhv edildi. Sonradan Yuqoslaviyada, o cümlədən Bosniya və Kosovada tətbiq edildi. Burada isə 4 ədəd PUA itirildi. Əməliyyatlar zamanı məhv edilən PUA-ların Rusiyaya gətirildiyi ehtimal edilir. Daha sonra ikinci İraq müharibəsində RQ-2-dən təkrar istifadə edildi.

Hazırda ermənilərin milli istehsal kimi qələmə verdikləri “Krunk” ailəsinin RQ-2 “Pioneer” PUA-ları ilə konstruksiya və TTX oxşarlığı kifayət qədərdir, sadəcə ortada 40 illik bir müddət fərqi mövcuddur.

Taktiki-Texniki Xüsusiyyətləri:

- Qanad açılımı - 5.15 m;
- Uzunluğu - 4.27 m;
- Kütləsi - 189 kq;
- Maksimal sürət - 176 km/s;
- Uçuş məsafəsi - 185 km
- Uçuş müddəti - 5 saat
- Praktiki uçuş yüksəkliyi - 4572 m.

Ermənilər eyni PUA-nı 3 müxtəlif adla təqdim etməklə müdafiə sənayesinin, digər sahələrdə olduğu kimi, daha geniş imkanlara malik olduğunu göstərməyə cəhd edirlər. Fərqlərin burun hissədə və qanad sonluqlarında olması, erməni mühəndislərinin fantaziyasının məhdudluğundan xəbər verir. Maraqlıdır ki, artıq 10 ildir istehsal edilən bu PUA ailəsini, hələ də ermənilərdən başqa heç kim istifadə etməyə risk etməyib.

X-55, yoxsa Ptero-5E

İki il sonra 2 kilometr yüksəklikdə altı saat qala bilən, 130 km/saat sürətə malik kiçik ölçülü X-55 kəşfiyyat təyinatlı taktiki pilotsuz vasitə təqdim edildi. İstehsalçı maksimal əlaqə məsafəsinin 100 km, lakin uçuşun 500-600 km məsafədə avtomatik rejimdə həyata keçirilə biləcəyini iddia etsə də, real tətbiqdə bunun saxta və reklam xarakterli məlumat olduğu ortaya çıxıb. Bu PUA-nın əvvəlki “Krunk”lardan real fərqi paraşütlə enməsi və uçuş meydançasına ehtiyac duymamasından ibarət idi. Bu PUA-ların digər fərqli cəhəti motosikl mühhərikinin və onun səsboğucularının analoji variantından istifadə etməsidir.

X-55

“Ptero-5E”

“Ptero-5E” və X-55 kimi təqdim edilən eyni PUA-nın fotolarına baxdıqda belə təəssürat yaranır ki, erməni mühəndislər rus PUA-sından fərqlənmə nişanlarını və bütün rəngli elementləri boyamaqla “yeni” yerli PUA yaratdıqlarını düşünüblər. Lakin hər iki fotoda təzyiq balonunun belə eyni rəngdə və eyni tipdə olması da diqqətdən yayına bilməz.

X-55 PUA-larının Rusiyanın “AFM-Servers” şirkətindən əldə edilən “Ptero-5” aparatları ilə eyni olduğunu təsdiq etmək üçün heç də bu sahədə mütəxəssis olmağa ehtiyac yoxdur.

A.Hamperyants adına Hərbi Aviasiya Universiteti sonradan X-55 PUA-larının bir neçə versiyasının hazırlanmasını bəyan etsə də, buna inanan olmadı. Çünki onlar xələfləri ilə müqayisədə heç bir ciddi üstünlüyə malik olmadı. 2015-ci ildən isə X-55 PUA-larını ARMİ-55 adlandıraraq yeni aparat hazırlanması görüntüsünü yaratmağa çalışsalar da, yenə də fərqli və üstün bir qurğu əldə etmək alınmadı.

“Baze”

“Baze” mini PUA sinifinə aiddir. Fərqli dizayna malik “Baze” 50-60 kq-lıq “Krunk”larla müqayisədə çox kiçikdir, 5.5 kiloqram ağırlığında olan aparat cəmi 1.5 kq faydalı yük daşıya bilir. Qanad açılımı 2.8 metrdir.

Kreyser sürəti 80 km/saat, maksimum sürət isə 100 km/saat təşkil edir. Pilotsuz vasitənin fəaliyyət radiusu 30 kilometrdir. 1 saat havada qala bilir, uçuşun işçi hündürlüyü 2000 metr, maksimal hündürlüyü isə 3000 metr olduğu iddia edilir.

Təxminən 10 ilə yaxındır ki, yerli istehsal kimi təqdim edilən "Baze", İsrailin "Elbit Systems" kompaniyasının törəməsi olan "Silver Arrow" şirkəti tərəfindən istehsal edilən "Skylark-I LE" PUA-sının konstruksiyası ilə böyük oxşarlıqlara malikdir.

"Skylark-I LE" pilotsuz aparatları 15 kilometr məsafədə ərazinin müşahidəsi üçün nəzərdə tutulur və 3 saat havada qala bilir. Onun kütləsi 6.50 kq, uçuş məsafəsi 30 km, sürəti 92 km/saat, uçuş yüksəkliyi 5000 metrə qədər, uzunluğu 2.2 m, qanad açılımı 2.9 metrdir.

"Baze" və "Skylark-I LE" PUA-larının həm konstruksiyası, həm də texniki uçuş xüsusiyyətləri bir-birindən az fərqləndiyi üçün, bu, bizə erməni mühəndislərinin növbəti dəfə İsrail təcrübəsindən yaralandıqlarını iddia etməyə əsas verir.

“Baze”nin döyüşlərdə və ya təlimlərdə tətbiqi barədə məlumatlar mövcud deyil.

“Photobot”

Ermənistanın yerli PUA kimi təqdim etdiyi “Photobot” PUA-ları Rusiyanın “Pilotsuz Sistemlər” şirkəti tərəfindən istehsal edilib. “Canon” peşəkar kamerası və yüksək dəqiqlikli GPS qəbuledicisindən istifadə edərək xəritəçəkmə fəaliyyətində istifadə edilir. PUA təyin edilən yüksəklikdən aerofoto çəkilişlərini əldə etməyə və maraqlı hədəflərin dəqiq GPS koordinatlarını əldə etməyə imkan verir.

Bundan əlavə PUA obyektlərin invertarlaşdırılmasında, kənd təsərrüfatında, meşələri qorunmasında və s. kimi mülki işlərdə istifadə edilə bilər.

PUA elastik katapultdan buraxılır, avtomatik və ya yarı-avtomatik rejimdə paraşütlə endirilir. Uçuş rejimi avtomatik və ya yarı-avtomatik ola bilər.

Taktiki-Texniki Xüsusiyyətləri:

- Uçuş kütləsi - 4.50 kq;
- Uçuş məsafəsi - 360 km;
- Sürət - 120 km/saat;
- Uçuş yüksəkliyi - 3600 m;
- Uçuş müddəti - 4 saat;
- İşçi temperatur -30... + 30 dərəcə S.

Bu PUA-nın istehsalçısının bəlli olduğu halda sərgi və digər tədbirlərdə davamlı olaraq yerli erməni məhsulu kimi təqdim edilməsi və buna şirkət tərəfindən reaksiya verilməməsi anlaşılan deyil.

S-1, yoxsa “Supercam” S-100

Yuxarıda Ermənistanın “ProMAG” şirkətinin S-1 PUA-sı, aşağıda isə Rusiyanın İjevsk şəhərindəki “Pilotsuz sistemlər” şirkətinin “Supercam” S-100 PUA-ları göstərilib.

Burada da ermənilər özlərinə çox da əziyyət vermədən “Supercam” S-100 adını S-1 kimi qısaltmaqla yerli PUA istehsalına imza atdıqlarını düşünüblər. Ola bilər ki, hansısa şirkət distrubitor kimi digər şirkətin məhsuularının bazarda yerləşdirilməsi və ya marketinqi ilə məşğul olsun. Lakin bu aparatın tam mənimsənilməsinə səbəb ola bilməz. Burada isə nəinki istehsalçı şirkətin adı göstərilmir, əksinə 5-10 il əvvəl artıq istismarda olan “Supercam” məhsulları cəmi iki il əvvəl yaradılan yerli şirkətin adından təqdim edilir. Bu PUA-ların uçuş müddəti 2 saat, uçuş yüksəkliyi isə 4 km-dir.

“Supercam” S-300M

“Supercam” ailəsinin digər üzvləri kimi “Supercam” S-300M və “Supercam” S-350 PUA-ları da “Pilotsuz sistemlər” kompaniyasının məhsuludur.

Taktiki-Texniki Xüsusiyyətləri:

- Uzunluğu - 1.2 m;
- Qanad açılımı - 3 m;
- Hündürlüyü - 0.25 m;
- Maksimum qalxma kütləsi - 10.5 kq;
- Kreyser uçuş sürəti - 80 kms;
- Maksimum uçuş sürəti - 120 kms;
- Maksimum uçuş məsafəsi - 50 km;
- Uçuşun maksimal hündürlüyü - 6000 m-ə qədər;
- PUA elektrik mühərriki ilə təmin edilir.

“Supercam” S-350 PUA-sının Taktiki-Texniki Xüsusiyyətləri:

- Uzunluğu - 1.5 m;
- Qanad açılımı - 3.5 m;
- Hündürlüyü - 0.3 m;
- Maksimum qalxma kütləsi - 10.5 kq;
- Kreyser uçuş sürəti - 80 kms;
- Maksimum uçuş sürəti - 120 kms;
- Maksimum uçuş məsafəsi - 70 km;
- Uçuşun maksimal hündürlüyü - 3600 m-ə qədər;

Texniki göstəricilərdən göründüyü kimi, hər iki PUA təxminən eyni göstəricilərə malikdir. Mühərriklər də eynidir. Fərqlənən yalnız hər qanadın və korpusun ölçülərinin 25 sm artmasından ibarətdir.

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən ARMAİR şirkəti ermənilərin yerli istehsal adlandırdıqları “Supercam” S-300M və “Supercam” S-350 PUA ailəsinin aparatlarının internet üzərindən satışını 7 gün 24 saat fasiləsiz həyata keçirir. Şirkətlə +7 (812) 925–18–79 nömrəsi və https://bespilotnik24.ru/bespilotniky-brendy/ linkinə daxil olmaqla əlaqə saxlamaq mümkündür.

“Taxion”

Ermənilərin istifadəsində olan PUA-ların daha bir bənzəri, Rusiyanın İJMAŞ şirkətinin istehsalı olan “Taxion” pilotsuz uçuş aparatlarıdır. Onlar müşahidə, videoçəkiliş, hədəf göstərmə, artilleriya atəşini nizamlama və monitorinq üçün nəzərdə tutulur. Rusiya Federasiyasının ordu və donanmasında, həmçinin xüsusi təyinatlı qüvvələrində geniş istifadə olunur. Yüngüldür, rahat daşınır, yerüstü katapultdan buraxılır, paraşütdən istifadə edərək yerə enir. Cihazda infraqırmızı kameralar, gecə çəkilişi üçün kameralar da daxil olmaqla, 2 faydalı yük quraşdırmaq mümkündür. Hazırda uçuşun avtomatlaşdırılması istiqamətində çalşmalar davam edir. “Taxion” kiçik PUA sinfinə aiddir və uçan qanad texnologiyasına uyğun hazırlanıb.

Taktiki-Texniki Xüsusiyyətləri:

- Kütləsi - 25 kq-a qədər;
- Maksimum uçuş müddəti - 2 saat;
- Radiosiqnal radiusu - 40 km-ə qədər;
- Temperatur rejimi -30 ilə +40 dərəcə selsi;
- Faydalı yükün kütləsi - 5 kq-a qədər;
- Kreyser sürəti - 65 km/s;
- Maksimum sürəti - 120 km/s;
- Uçuş yüksəkliyi - 50-4000 metrə qədər.

Kompleksin tərkibinə 2 ədəd PUA, dəyişilə bilən faydalı yük (telekamera, infraqırmızı kamera və ya fotokamera) modulu, yerüstü idarəetmə stansiyası və katapult daxildir. Heyət iki nəfərdən ibarətdir. 2015-ci ildən Sibirdəki kəşfiyyat bölmələrində istismar edilir.

Qeyd edək ki, “Supercam” PUA-ları nisbətən kiçik ölçülü “Taxion”nun bazasında hazırlanıb, yəni aparatların və daşınan faydalı yükün kütləsini təxminən 2 dəfə azaltmaqla uçuş məsafəsinin qismən artırılmasına nail olunub.

BEEB 1800

Ermənistanın “ProMAG” şirkətinin istehsalı kimi təqdim edilən BEEB-1800 PUA-sı hava kəşfiyyat vasitəsi və gəzən sursat funksiyasını yerinə yetirmək üçün yaradılıb.

Marşrut boyunca uçuş həyata keçirərkən PUA-nın müəyyən bir hədəfi aşkar etdikdə operatorun göstərişi ilə ona gəzdirdiyi sursatla zərbə endirdiyi, tapşırıq ləğv edildikdə isə pilotsuz vasitənin start nöqtəsinə qayıtdığı iddia edilir. BEEB-1800-ün müvəffəqiyyətlə sınaqdan keçirildiyi deyilsə də, onun xüsusiyyətləri və döyüş tətbiqinə dair məlumat və videomaterial yoxdur.

ZALA AERO

Həm Ermənistanın “ProMAG” şirkətinin istehsal etdiyi BEEB-1800 zərbə PUA-sı, həm də Rusiyanın ZALA AERO PUA-sı İsrailin “Aeronautics” şirkətinin lisenziyası ilə Azərbaycanda istehsal edilən “Orbiter 1K” PUA-sının konstruksiyasından istifadə edilərək hazırlanıb. Buna PUA-ların təqdim edilmə tarixlərinə nəzər salaraq əmin olmaq olar. PUA-ların hər üçü eyni dizaynda istehsal edilib.

Orbiter-1K

Hər 3 PUA-nın görüntülərində fərqlər cüzidir. Azərbaycan “Orbiter” ailəsinin ölkədə istehsalı üçün İsraillə müqaviləni 2009-cu ildə bağlayıb, “Orbiter”lərin İsraildə istehsalına isə təbii ki, daha əvvəl başlanıb.

Ermənistan isə bu modeli ilk dəfə “ArmHiTec-2018” sərgisində təqdim edib. Burada mövcud olan 10 ildən artıq fərq isə mübahisə edilən mövzuları təmamilə aradan qaldırır.

BEEB-3000

BEEB-3000 PUA-sı kəşfiyyat və atəşi idarə etmək məqsədilə yaradılıb. Uçuş müddəti 4 saata qədər, maksimum uçuş məsafəsi 50 km, retranslyator kimi isə 150-dən 200 km-ə qədər məsafədə fəaliyyət göstərə bilir. Bu PUA-nın termal və optik kameralarla yanaşı məlumatların toplanması, emalı və ötürülməsi üçün digər cihazları da daşıdığı iddia edilir.

Bu PUA-nın da görünüş etibarı ilə əvvəlki BEEB 1800 modelindən fərqlənmədiyi üçün onların konstruksiyasının kopyalanması prosedurunun tərkibi dəyişməz olaraq qalır.

BEEB 3200

Bu PUA-lar şaquli qalxa bilən və çevrilərək paraşütdən istifadə etməklə enən çoxməqsədli vasitədir. Ondan həm kəşfiyyat, həm də zərbə məqsədilə istifadə ediləcəyi iddia edilir. 4-5 saat ərzində 50 km radiusda fəaliyyət göstərir. PUA 30-50 km məsafədən operator tərəfindən idarə olunur. Qanadlarının formasına və uzunluğuna görə fərqlənir. Təyyarələrin tətbiq edilə bilmədiyi məhdud zolaqlardan buraxıla bilir. Özünü istehsalçı kimi təqdim edilən şirkət, PUA-nın rabitə sistemlərinə REM vasitələri tərəfindən maneə yaradılmasının demək olar ki, mümkünsüz olduğunu iddia edir.

(Ardı var...)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   PUA  

Ermənistan "feyk" PUA istehsalı ilə dünya bazarına çıxa bilərmi? - ANALİZ (HƏRBİ EKSPERT)

2019/04/96335-1556264922.jpg
Oxunub: 3144     12:21     26 Aprel 2019    