IAI-dən güc nümayişi: "Gəzən sursat" ailəsinin yeni komandanı - "Harpy" (HƏRBİ EKSPERT)

2019/03/15508-1551781041.jpg
Oxunub: 2342     14:15     05 Mart 2019    
İsrail həm PUA, həm də gəzən sursat istehsalında dünya liderlərindən biridir. Bir neçə tip "Harpy" zərbə PUA-sı daxil olmaqla, bir çox növ məhsul IAI tərəfindən İsrail Ordusu və xarici müştərilər üçün istehsal olunur. Bu xəttin ilk nümunəsi 80-ci illərin sonlarında yaradılıb, sonralar isə bir sıra yeni vasitələr inkişaf etdirilib. Ailənin son üzvü bir neçə gün əvvəl nümayiş etdirildi.

IAI Harpy

Məlumatlara görə, ilk İsrail zərbə PUA-larının yaradılmasına səksəninci illərin ikinci yarısında başlanıb. PUA və qanadlı raket konsepsiyasını inkişaf etdirən "İsrail Aerospace Industries" kompaniyası birbaşa öz döyüş başlığı ilə zərbə endirə bilən və kəşfiyyat aparan pilotsuz vasitənin yaradılması qərarına gəldi.

Belə təkliflər "Harpy" layihəsində həyata keçirildi. Qeyd etmək lazımdır ki, bu, dünyada zərbə PUA-larının ilk layihələrindən biri idi. Oxşar məhsulların digər ölkələrdə yaradılmasına baxmayaraq, "kamikadze PUA" ideyasının müəllifi məhz İsrail hesab edilir.

Gələcək ailənin ilk nümayəndəsi - IAI-nin yaratdığı "Harpy"

"Harpy" düşmənin hava hücumundan müdafiə vasitələri ilə mübarizə aparmaq üçün nəzərdə tutulurdu, bu təyinatı onun görüntüsünü təyin edirdi. PUA "uçan qanad" sxeminə uyğun üstün silindrik füzelyaj ilə hazırlanır. 37 a.g.malik olan UEL AR731 daxili yanma mühərriki aparatın quyruq hissəsində yerləşir. Döyüş başlığı 32 kiloqram yüksək partlayıcı fuqasdan ibarətdir. "Harpy" passiv radiolokasiya tuşlama başlığı və avtopilotla təchiz olunur. PUA-nın uzunluğu 2.7 m, qanadları 2.1 m, maksimum çəkisi isə 125 kq-dır. Pərli mühərrik 500 kilometrlik uçuş məsafəsini və 185 km/saat sürəti təmin edir. Buraxılış yerüstü atıcı qurğunun konteynerindən həyata keçirilir.

IAI "Harpy" PUA-sı katapultdan havaya buraxıldıqdan sonra avtopilotun idarəetməsi altında təyinat rayonuna çıxır. Orada PUA-nın düşmən hava hücumundan müdafiə vasitələrinin RLS-lərini axtaran radiolokasiya tipli özütuşlanan başlığı fəaliyyətə başlayır. Axtarılan siqnalın aşkarlanmasından sonra "kamikadze" PUA avtomatik mənbəyə yönəldilir. Mövcud RLS əleyhinə raketlərdən fərqli olaraq, "Harpy" bir neçə saat göstərilən rayonda qalaraq hədəf siqnalının görünməsini gözləyə də bilir. "Harpy" sisteminin ilk müştərisi İsrail Ordusu oldu. 1994-cü ildə bu silahların Çinə çatdırılması üçün bir müqavilə ortaya çıxdı. Gələcəkdə isə onlar bir çox xarici ölkənin silahlanmasına daxil edildi. 2004-cü ildə Çinlə bağlanan müqavilə beynəlxalq səviyyədə mübahisə mövzusu oldu. ÇXR Ordusunun IAI-dən bu PUA-ların təkmilləşdirilməsini sifariş etməsi ABŞ tərəfindən tənqidlərə səbəb oldu. İsrail tərəfdaşlarına layihənin mənşəyini xatırladaraq layihədə ABŞ tərkib hissələrinin olmadığını qeyd etdi və Çin "Harpy"ləri tələb olunan yeniləmədən keçirildi.

IAI Harop

Bütün müsbət keyfiyyətləri ilə "Harpy" məhsulu bəzi problemlərə də sahib idi. Baza versiyasında PUA yalnız düşmən radarı ilə mübarizə apara bilirdi, onları əks etdirdikləri siqnalı ilə tapması mümkün idi. Bu baxımdan, 2000-ci illərin əvvəlində "Hapry 2" adlanan zərbə PUA-sının təkmilləşdirilmiş bir versiyasının inkişafına başlanıldı; daha sonra isə IAI-dən "Harop" gəldi. Bu dəfə yaradılan "kamikadze" tamhüquqlu, çoxməqsədli bir məhvetmə funksiyasına malik zərbə PUA-sı oldu.

Sərgidə "Harop"/"Harpy 2"

"Harop" üçün ön üfüqi quyruq fərqli və bir qanad ilə yeni bir korpus hazırlandı. Füzelyaj konturları və ümumi ölçüləri də dəyişdirildi. Optik-elektron kəşfiyyat sistemləri girosabit bir platformada aparatın genişləndirilən burun hissəsinin altında yerləşdirildi və quyruqda itələmə pəri olan mühərrik örtüyü ortaya çıxdı. Yeni funksiyalar əldə etmək üçün elektronika kardinal dəyişiklik proseslərinə məruz qaldı. PUA-nın daxilinə 23 kq ağırlığında yüksək partlayıcı maddədən ibarət yük qoyuldu.

"Harpy-2"nin uzunluğu 2.5 metrə qədər azaldıldı, qanad açılımı isə 3 m-ə çatdırıldı, çəkisi isə 135 kq oldu. Maksimal sürəti sələfi ilə eyni səviyyədə qaldı, lakin uçuş məsafəsi 1000 km-ə qədər artırıldı. Onun havada müşahidə apararaq qalma müddəti, 6 saata qədər artırıldı. Buraxılış üçün nəqliyyat-atıcı konteynerdən və qatı yanacaqlı mühərrikdən istifadə edildi. Operatorun əmri ilə PUA-nı bazaya qaytarmaq da mümkündür. Kompleksin operatoru PUA-nı hədəfə zərbə endirmək üçün şığıyan zaman belə geri çağıra bilir.

"Harop"ların sınaqları 2003-cü ildə başlayıb, bir neçə ildən sonra isə İsrail Ordusunun silahlanmasına daxil olub. Şirkət müxtəlif məlumatları qismən yaysa da, cihazın ilk nümayişini yalnız 2009-cu ildə keçirdi. Bu zamana qədər bəzi ölkələrin sifarişlərinin yerinə yetirilməsi artıq başa çatmışdı. Hindistan ilk xarici alıcı oldu. Hazırda hind ordusu adını "P-4" olaraq dəyişən yüzdən artıq zərbə PUA-sı ilə ilə silahlanıb.

"Harop"un buraxılması

2016-cı ilin aprel ayının əvvəlində "Harop" zərbə PUA-sı ilk dəfə döyüşdə tətbiq edildi. Qarabağda ermənilərin vəziyyəti növbəti dəfə gərginləşdirməsinə cavab olaraq, Azərbaycan ordusu düşmənin hərəkət edən nəqliyyat vasitələrinə və sabit hərbi obyektlərinə hücum etmək üçün bu zərbə PUA-larından uğurla istifadə etdi.

"Harpy 2"nin isə növbəti döyüş istifadəsi ötən ilin mayında baş verdi. Belə bir zərbə PUA-sının köməyi ilə İsrail Ordusu Rusiyanın istehsal etdiyi və Suriyada fəaliyyət göstərən son nəsil "Pantsir-S1" hava hücumundan müdafiə kompleksini məhv etdi. Digər bölmə və vasitələri hava hücumundan qorumalı olan kompleks, zərbə PUA-sından heç özünü qoruya bilmədi. Bəhanələr isə həmişəki kimi eyni idi - sursat bitmişdi, kompleks aktiv deyildi, ekipaj təcrübəsiz idi və s. Ardınca bu ilin yanvarın 19-da SAXAL-ın TƏİRK ilə Suriyda fəaliyyət göstərən digər bir "Pantsir-S1" hava hücumundan müdafiə kompleksini məhv etməsi, bu komplekslərin olan-qalan nüfuzunu da yerlə bir edərək İsrailin ağıllı və idarəolunan silah istehsalında hansı səviyyəyə çatdığını bütün dünyaya sübut etdi.

2016-cı ildə "Israil Aerospace Industries" ilk dəfə "Harpy" ailəsinin yeni bir layihəsini "Harpy NG" adı ilə təqdim etdi. Beynəlxalq sərgilərdən birində "Harpy NG" (New Generation - "Yeni Nəsil") gəzən döyüş sursatı ilə bağlı materiallar göstərildi. Nəşr olunan məlumatlardan aydın oldu ki, istehsalçı şirkət əvvəlki PUA-nın hibridindən ibarət "məhdud imkanları olan, lakin olduqca yüksək xüsusiyyətləri olan yeni vasitə hazırlayıb. "Harpy NG"nin hazırlanmasında baza olaraq "Harop" götürülüb. Avadanlıqların əsas hissəsi qorunub, lakin bəziləri lazımsız olduğu üçün ləğv edilib. Belə ki, füzelyajın burun hissəsinin forma və avadanlıqları dəyişib. NG məhsulunda elektro-optik sistem yoxdur və burun hissəsində passiv radiolokasiya tipli özütuşlanan başlıq yerləşdirilir. Mühərrik eyni şəkildə saxlanılıb, avionikası da yeni vəzifələrə görə hazırlanıb. Bu, əvvəlki nümunə ilə maksimum bənzərlik ölçüləri və kütləni eyni səviyyədə saxlamağa imkan verdi.

Zərbə PUA-sı düşmən RLS stansiyaları ilə mübarizə aparmaq üçün bir vasitədir. Əslində, bu, köhnə "Harpy" məhsulunun funksiyalarını daha inkişaf etmiş "Harop" platformasına köçürmək idi. Bu, texniki uçuş xüsusiyyətlərinin effektivliyini yüksəltməyə, bunun sayəsində isə döyüş effektivliyini yaxşılaşdırmağa imkan verdi.

IAI "Harpy NG" radiolokasiya şüalanma mənbəyinə tuşlanır

Hesabatlara görə, IAI-nin "Harpy NG" aparatları yalnız İsrailin silahlanmasında mövcuddur. Xarici ölkələr tərəfindən bu cür sistemlərin satın alınması barədə məlumat yoxdur. Gələcəkdə əvvəllər ailənin digər modellərini mənimsəyən ölkələr arasından "yeni nəsil"in xarici müştərilərinin tapılacağı ehtimalı böyükdür. Azərbaycanın da bu siyahıda yer alaçağı şübhə doğurmur.

IAI-nin "Mini Harpy"si

Bir neçə gün əvvəl keçirilən "Aero İndia 2019" sərgisində İsrail şirkəti IAI zərbə tipli "Harpy" ailəsinin yeni üzvünü təqdim etdi."Mini Harpy" adı verilən PUA layihənin əsas müddəalarını ortaya qoydu. Öz funksiyaları baxımından "Mini Harpy" sələflərindən fərqlənmir. Lakin yenilənən avadanlıqlardan istifadə edilməsi səbəbindən məhsulun ölçülərini və çəkisini əhəmiyyətli dərəcədə azaltmaq mümkün olub.

Yeni aparat normal aerodinamik sxem üzrə inşa edilib və düzbucaqlıya yaxın en kəsiyi olan füzelyajla fərqlənir. Qurğunun daralan konusşəkilli quyruq hissəsində L-formalı pərlər əlavə edilib. Üst hissədə, uclarında avarlar olan düz bir qanad quraşdırılıb. Daşınma zamanı qanadlar gövdə boyunca qatlanır, atıcı konteynerdən çıxarkən isə açılaraq işçi rejimdəki yerini alır. Mühərrik bu dəfə də itələmə pərindən istifadə edir.

Yeni layihədə IAI daha əvvəl istifadə etdiyi bütün müşahidə vasitələrini birləşdirdi. "Mini Harpy" elektro-optik və radiotexniki kəşfiyyat vasitələrindən istifadə edir, bu isə düşmənin bütün hədəflərini, o cümlədən RLS-lərini aşkar etməyə və onlara hücum etməyə imkan verir. İdarəetmə operatorun konsolundan həyata keçirilir, bəzi funksiyalar isə avtomatikaya həvalə edilir.

Ən yeni "Mini Harpy" - üçölçülü modeldə

Yeni mini zərbə PUA-sının uzunluğu və qanad açılımı təxminən 2 metrdir. Start kütləsi 45 kq-dır. Döyüş yükü 8 kiloqram ağırlığında kumulyativ fuqasdan ibarətdir. PUA operatordan 100 km məsafədə işləyə bilir, yanacaq təchizatı isə 2 saat "gəzməyə" imkan verir.

"Mini Hapry"də istehsalın dəqiq mərhələsi hələlik məlum deyil. Bəzi ehtimalları isə real atəş sınaqlarının materialları olmadığı üçün kompüter qrafikası ilə hazırlanan videonun köməyi ilə irəli sürmək mümkündür. Qeyd etmək lazımdır ki, layihənin reklam çarxı artıq böyük səs-küyə səbəb olub. Qeyd edək ki, PUA-nın videosunda hədəflərdən biri kimi Rusiyanın zenit-raket kompleksinin komponentinə oxşar RLS seçilib. Çarxda MZKT-7930 şassisi üzərində quraşdırılan Rusiyanın S-300 və S-400 zenit raket komplekslərinin 96L6E RLS-nin məhv edilməsi nümayiş etdirilir. Bu RLS-lər istənilən hündürlükdə uçan hədəfləri aşkar etmək üçün nəzərdə tutulur.

Burada təsvir edilən "Mini Harpy"nin asanlıqla bu hədəfi məhv etməsi, onun dərhal mətbuat tərəfindən S-300 "Qatili" adlandırılmasına səbəb oldu.

İsrail-Suriya-İran arasındakı münasibətlərin kifayət qədər gərgin olduğunu və Dəməşqin silahlanmasında 40-a yaxın müxtəlif zenit raket komplekslərinin mövcudluğunu nəzərə alaraq gələcəkdə də yeni İsrail PUA-larının döyüşdə tətbiqi ilə qarşılaşa biləcəyimiz istisna olunmur.

Şirkət nümayəndələri yeni kilidlənən sursatın yüksək döyüş və ticarət potensialı barədə danışırlar. Eyni zamanda, bu məhsulların tədarükü üçün real müqavilələr barədə məlumat verilmir. Bəlkə də "Mini Harpy" hələ tədarük üçün tam hazır deyil və onun yaradıcıları hələlik potensial müştəriləri maraqlandırmaq üçün yeni məhsulu təqdim edirlər.

Böyük ailə

Bu günə qədər "Israil Aerospace Industries" kompaniyası "Harpy" ailəsinə məxsus 4 zərbə PUA-sını hazırlayaraq beynəlxalq silah bazarına çıxarıb. Qeyd etmək lazımdır ki, bu IAI-nin məhsul kataloqunda yeganə istehsal xətti deyil. "Harpy" ilə eyni sinifdən, lakin müəyyən fərqləri olan bir sıra digər məhsullar da mövcuddur. Göründüyü kimi, İsrail sənayesi əldə etdiyi nailiyyətlərlə kifayətlənmir, daim kamikadze dronları ideyasını inkişaf etdirməkdə davam edir.

"Mini Harpy" hədəfə çırpılır

"Harpy" ailəsinin böyük inkişaf yolu daim maraq doğurur, onun nəticəsi də mövcud vəziyyətdir. Ailənin ilk nümunəsi radiolokasiya əleyhinə raketin xüsusi növü idi. Bənzər məqsədi olan digər məhsullardan fərqli olaraq, IAI-nin "Harpy" PUA-sı güstərilən ərazidə patrul xidmətini yerinə yetirir, hədəfin görünməsini gözləyir və sonra ona hücum edirdi. Nəticədə patrul ideyası inkişaf etdirildi və tamhüquqlu kəşfiyyat-zərbə sistemləri ortaya çıxdı. Ailənin son nümunəsi isə müxtəlif üsullarla kəşfiyyat aparmağa qadirdir. Beləliklə, bir neçə onilliklər ərzində "Harpy" istehsal xətti uzun bir inkişaf yolu qət edərək hazırda müxtəlif xüsusiyyətləri və imkanları olan bir çox nümunələri əhatə edir.

90-cı illərin əvvəllərində ailənin ilk məhsulu bazara çıxarıldı və tezliklə xarici sifarişlər alındı. Sonralar xarici ölkələr ailənin yeni modellərini də əldə etdilər. Hazırda IAI yenə sifarişlərini gözləyir və onları əldə edəcəyi şübhəsizdir.

Müqavilələrin davamlı olaraq bağlanması və yeni alıcıların marağı, həm İsrail "Harpy"lərinin, həm də ümulikdə zərbə PUA-ları istiqamətinin yüksək kommersiya potensialını nümayiş etdirir. Zərbə PUA-larının müvəffəqiyyətlə istifadə edilməsi faktları, həm İsrail məhsullarına, həm də digər ölkələrin inkişaf etdirdikləri modellərə potensial alıcıların marağını artırır. Bundan əlavə, "Harpy" ailəsi bu sistemlərin kommersiya perspektivlərini aşkar nümayiş etdirməsi bir çox xarici layihələrin başlanmasına gətirib çıxarır. İsrail gəzən sursat konsepsiyasının qurucularından biri sayılır, silahlanmaya qəbul edilən və beynəlxalq bazara çıxarılan İsrailin IAI "Harpy" layihəsi isə yeni sinifin ilk məhsulu idi. "Israil Aerospace Industries" bu mövzu ilə əlaqədar işlərini davam etdirir və "Harpy" ailəsi də daxil olmaqla daim yeni nümunələr təqdim edir.

Hesab edirəm ki, ölkəmizdə yaradılan zərbə PUA-larının istehsal sahəsi daim genişləndirilməli, ehtiyac meyarlarına uyğun olaraq təhdid yaradan düşmən hədəflərinə qarşı effektiv kamikadzelərin yeni çeşidləri yaradılmalı və istehsal gücü artırılmalıdır. Yüksək taktiki-texniki parametrlərə malik müxtəlif sinifli pilotsuz uçuş aparatlarının yaradılması, istehsalı, texniki qulluq göstərilməsi, həmçinin İsrail təcrübəsinin tətbiqi və IAI ilə ortaq layıhələrin fəaliyyət çərçivəsi genişləndirilməli, o cümlədən ardıcıl qlobal planlı fəaliyyətlər həyata keçirilməlidir. Çünki istənilən halda işğal altındakı torpaqlar azad edilməlidir və bu yalnız müharibə yolu ilə mümkün olacaq.

Mənbələr:
http://iai.co.il/https://armyrecognition.com/
http://globalsecurity.org/
https://flightglobal.com/
https://janes.com/
Yazı Ryabov Kirilin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: IAI   Harpy  

IAI-dən güc nümayişi: "Gəzən sursat" ailəsinin yeni komandanı - "Harpy" (HƏRBİ EKSPERT)

2019/03/15508-1551781041.jpg
Oxunub: 2343     14:15     05 Mart 2019    