“Qum Pişiyi”ndən 120-lik “Nizə”: Onun adı “Spear Mk 2” mobil minaatanıdır - HƏRBİ EKSPERT (ANALİZ)

2019/02/1l-Im-1550559829.jpg
Oxunub: 3181     10:54     19 Fevral 2019    
2016-cı ilin mayın 16-18-də İsrailin Latrun şəhərində keçirilən Yerüstü Müharibə və Logistika Beynəlxalq Konfransı zamanı aparıcı hərbi sənaye şirkəti olan “Elbit Systems” istehsal etdiyi son “Spear Mk 2”avtomatik minaatanını ictimaiyyətə təqdim etdi.

“Spear Mk 2” yumşaq təpməyə malik, 4×4 təkər formulalı yüngül zirehli vasitə üzərində quraşdırılan 120 mm-lik avtonom minaatandır.

“Elbit Systems” tərəfindən hazırlanan minaatan silahlı qüvvələr tərəfindən aparılan sürətli əməliyyatları dəstəkləmək üçün hazırlanıb. “Spear Mk 2” döyüşlərdə sınaqdan keçirilən əvvəlki “Spear” minaatan sisteminin təkmilləşdirilmiş versiyasıdır.

Minaatanın modul sistemi avtonom əməliyyatlar üçün nəzarət və idarəetmə sistemlərinin inteqrasiyasına imkan verir. Minaatan kifayət qədər uzun bir lüləyə və sələfi ilə müqayisədə geri təpməni maksimun azaltmaq imkanına malikdir.

Minaatan bir çox yüngül zirehli maşınlara quraşdırılmaqla onun hərəkətlilik və manevr imkanlarını artırmaq üçün uyğundur. Avtomatik yükləmə sistemi olmadan minaatan 200 kq kütləyə malikdir.

Uzun müddət minaatanın aşkar səbəblərdən bir çox xüsusiyyətləri gizli saxlanılırdı, lakin artıq məlumdur ki, “Spear Mk 2” əvvəllər sınaqdan keçirilən “Spear” minaatan modelinin təkmilləşdirilmiş versiyasıdır. “Elbit Systems” istehsalı olan 120 mm minaatan avtonom və mobildir, geri təpmə qüvvəsini azaltma qabiliyyətinə malikdir və buna görə də mərmi atəşinin zərbələri daha dəqiqdir.

“Sand Cat” zirehli maşını üzərində qurulan 120 millimetrlik “Speak Mk 2” minaatanı ilk nümayişindən təxminən 3 ay sonra, 2016-cı ilin sentyabr ayında Bakıda keçirilən ADEX-2016 beynəlxalq müdafiə sərgisində Azərbaycan ictimaiyyətinə təqdim edildi. Məhz bu sərgidə rəsmi Bakının diqqətini cəlb edən mobil minaatanın alınması ilə bağlı qərar qəbul edildiyi ehtimal edilir. “Spear Mk 2” avtomat minaatan kompleksinin ilk partiyası 2018-ci ilin əvvəlində ölkəyə gətirilib. Minaatan özünün koordinatları hesablama və hədəfə tuşlanma mexanizmlərinə malikdir. Bütün sadalananlar sayəsində minnatan daha effektiv hala gəlib, onun qısa müddətdə yüngül zirehli maşınlara quraşdırılması mümkündür, bu isə hərbçilərə verilmiş taktiki əməliyyatları tez və səmərəli şəkildə yerinə yetirməyə imkan verir.

Layihə mühəndislərinə görə, yalnız iki-üç ekipaj üzvü tələb edən “Spear” daha ətraflı “vəziyyət biliklərinə” malik olmağa, geniş ərazi əhatəsinə, sürətli yerləşdirilməyə imkan verir, həmçinin avtomatik və ya mexaniki aktivləşdirməni təmin edir. İrarəolunan minalarla atəş açan minaatan sistemi 90 saniyə ərzində tam döyüş vəziyyətinə gətirilir, istənilən döyüş sahəsində, hətta ən çətin vəziyyətlərdə belə atəş açmaq qabiliyyətini təmin edən və bütün sistemin işinə avtomatik olaraq nəzarət edən idarəetmə sistemi ilə təchiz edilir.

Bu minaatan Azərbaycan ordusunun istifadəsində 120 millimetrlik “Nizə” minaatanı adlandırılır. “Spear” ingiliscədən tərcümədə “Nizə” deməkdir. İsrailli hərbi mütəxəssislərin sözlərinə görə, Azərbaycan “Nizə” minaatanının ilk xarici istifadəçisidir.

120 millimetrlik “Nizə” minaatanı düşmənin yüksəkliklərdə, yamaclarda, təpələrin arxasında yerləşən canlı qüvvəsini, döyüş texnikasını məhv etmək və motoatıcı bölmələrin atəş dəstəyini təmin etmək üçün nəzərdə tutulub. Bu kompleks lazer tuşlama və avtomatik idarəetmə sistemi ilə yüksək dəqiqliklə qısa zamanda hədəfləri məhv etməyə qadirdir. “Nizə” döyüş maşını yolsuzluq şəraitində yüksək manevr imkanlarına malik olub, heyətin qorunmasını və təhlükəsizliyini təmin edir.

“Sand Cat”

120 mm-lik “Nizə” İsrailin “Plasan” şirkətinin istehsalı olan “Sand Cat” (Qum Pişiyi) zirehli avtomobilinin şassisi üzərində quraşdırılıb. Azərbaycan Müdafiə Nazirliyi hissə və birlikləri bu gün ən azı 4 müxtəlif silah və ya avadanlıq moduluna malik “Sand Cat” zirehli avtomobillərinin bazasından istifadə edir.

“Plasan” şirkəti zirehli vasitələrin tədarükü ilə məşğul olur. Şirkət indiyə qədər 150-dən çox zirehli korpus hazırlayaraq dünyanın bir çox sayda silahlı qüvvələrini və təhlükəsizlik təşkilatlarını 30.000-dən çox zirehli vasitələrlə təmin edib. “Plasan” bir platformada tam dizayn, inkişaf, inteqrasiya, sınaq və çatdırılmanı təklif edir.

30 ildən artıqdır ki, “Plasan” dünya səviyyəsində silahlı qüvvələr tərəfindən istifadə edilən unikal zirehli vasitələr hazırlayır, istehsal edir və döyüşlərdə əldə edilən təcrübəni istehsalda tətbiq edir.

“Sand Сat” zirehli maşını dörd və ya səkkiz nəfər daşımaq üçün nəzərdə tutulur. Ford F-550 avromobili 116 düymlük təkər bazasına (2946 mm), 19.7 fut (6 metr) dönmə radiusuna, 330 mm klirensə malikdir. Avtomobil 350 at gücü, 6.4 litr həcmli V8 turbo dizel mühərriklə təchiz edilib ki, bu da maşının maksimum 120 km/saat sürətinə çatmasına imkan verir. “Sand Cat” ekipajın mina partlayışlarından yüksək qorunma səviyyəsini və manevr imkanlarını təmin edir. Maşın STANAG V təhlükəsizlik standartlarına uyğun ballistik qorunmanı təmin edir. Avtomobilin korpusu universal konstruksiyaya malikdir və TƏİRK, qumbaraatan, minaatan, REM vasitələri, RLS, rabitə vasitələri, müxtəlif silah modullarının yerləşdirilməsinə imkan verir. Xəstələrin çıxarılması və kəşfiyyat patrul vəzifələri üçün istehsal edilən modellər də mövcuddur.

C4I idarəetmə və nəzarət sistemi

120 mm-lik minaatan, yüksək performanslı taktiki kompüter (ETC), taktiki multimediya routeri və SmarTMR tətbiqi serveri ilə təchiz olunur. SmarTMR sistemi korpusun sensorları və silahları C4I (nəzarət, idarəetmə, rabitə, kompüter, kəşfiyyat sistemləri) ilə birləşdirilə bilər.

Maşında quraşdırılan SATCOM (SOTM) ELSAT 2100 üç diapazonlu hərbi anteni, hərəkət zamanı birbaşa görüntü, səs və mənzərə sisahəsindən kənara çıxmağa imkan verir. Bu isə mürəkkəb ərazi və çətin hava şəraitində fasiləsiz geniş zolaqlı rabitəni təmin edir. Bu minaatan sistemi silahlara nəzarət edilməsi, təhdidlərin qiymətləndirilməsi, atəşin planlaşdırılması, prioritetlərin təyin edilməsi və hədəflərin məhv edilməsi üçün müxtəlif döyüş idarəetmə sistemləri ilə inteqrasiya edilə bilər.

Nişangah və FCS

Korpus sensorları hədəf məlumatlarını FCS adlanan atəşi idarəetmə sisteminə ötürür. FCS ballistik məlumatları analiz edir və lüləni konkret azimut bucağına və yüksəklik bucaqlarına yönəltmək üçün elektrik ötürücü sisteminə əmr verir.

GPS axtarış sistemi və inklinometr (əyilmə bucaqlarını təyin edən cihaz) vasitəsilə atəş haqqında informasiya, minaatanın atəşi idarəetmə sisteminə qaytarılır. Minaatan sistemi iki və ya üç nəfərlik ekipaj tərəfindən həm avtonom, həm də mexaniki rejimlərdə istifadə edilə bilər. Minalar avtomatik yükləyici tərəfindən sistemə yüklənir. Sistemin yerləşdirilməsi və buraxılması proseduru 90 saniyə ərzində tamamlana bilər.

Özünümüdafiə

Sistemin özünümüdafiə qurğularına “Elbit Systems” tərəfindən hazırlanan E-LAWS lazer xəbərdarlıq sistemi və TDS təhdid aşkarlama sistemi də daxildir. Sistemlər səsli və vizual xəbərdarlıqları, yüksək aşkarlama ehtimalını və saxta həyəcan siqnallarının aşağı tezlik dərəcəsini təmin edir. Xəbərdarlıq sistemlərinin etibarlı elektro-optik funksiyası, lazer və RLS təhlükələrinə qarşı qorunmanı 360 dərəcəyə çatdırmağa imkanı verir .

Silahın sirkulyar səhv ehtimalı (CEP) 30 m-dir, sistem müxtəlif sursatlardan, məsələn, NATO tistehsalı standart 120 mm minalardan, eləcə də “Elbit Systems” tərəfindən hazırlanan M48, M98 və M100 seriyalı sursatlardan atəş aça bilir.

Hazırda araşdırılan “Elbit Systems” şirkətinin istehsalı olan mobil “Nizə” minaatanı tam avtomatlaşdırılıb və özünü doldurma, koordinatları hesablama, o cümlədən yönləndirmə funksiyasına malikdir. Standart sursatlardan istifadə edərək hədəfləri maksimum 10 km-də məhv etmək mümkündür. İdarəolunan minalar isə 7000 metrədək məsafədə hədəflərə effektiv dəqiq atəş açmağa imkan verir.

Digər texniki xüsusiyyətləri:

Üfuqi tuşlama bucağı 360°;
Maksimun qalxma bucağı 88°;
Maksimun enmə bucağı 43°;
Atəş tempi, dəqiqədə 12-14;
1 mərminin məhvetmə radiusu 50 m;
Döyüş vəziyyətinə gətirilmə 90 san;
Səfər vəziyyətinə gətirilmə 90 san;
Atəş sürəti dəqiqədə 15 ədəd.

Minaatan və idarəolunan mərmi

120 millimetrlik “Nizə” minaatanını digər silah sistemi ilə qarışıq salmaq da mümkün deyil, çünki burada geri təpmə qurğusunun ölçüləri demək olar ki, o qədər artıb ki, minaatan lüləsinin əsas hissəsini görünməz hala gətirib. Yalnız atəş anında lülə qısa müddətdə qismən görünür. Minaatanlar üçün adət etmədiyimiz idarəolunan mərmilər anlayışına da burada rast gəldik.

Adətən dəqiq və uzaq mənzilli artilleriya sistemlərində mövcud olan kompüterlə idarəetmə, çoystiklə mərminin trayektoriyasına müdaxilə də “Nizə”nin fərqli və üstün cəhətlərindəndir. 1992-1994-cü illərdə gedən döyüşlərdə ordumuz tərəfindən həm 82 mm, həm də 120 mm-lik minaatanlar müxtəlif zirehsiz avtomobillərin şassisinə quraşdırılaraq istifadə edilib. Lakin torpağa bərkidilərək atəş açmaq üçün nəzərdə tutulan minaatanlar böyük geri təpmə qüvvəsinə malik idilər, yük avtomobillərinin korpusu onların sabit qalacaq qədər bərkidilməsinə imkan vermirdi, hərdən isə döyüşçülər buna lazımi diqqət də yetirmirdilər. Nəticədə taborların istifadəsində olan yeganə və azsaylı artilleriya vasitələrinin istifadə effektivliyi aşağı düşürdü.

İstənilən halda mütərəqqi hərbi texnologiyaların orduda tətbiqi təqdirəlayiqdir. Yaxın gələcəkdə 1-ci eşalon hərbi hissələrinin əlahiddə minaatan batareyalarının da “Nizə”lərlə təmin edilməsini məqsəduyğun hesab edirəm.

Hazırda “Nizə” minaatanları, Azərbaycan DSX-nin Sərhəd Qoşunlarının istifadəsində olan, modernləşdirilən BTR-70 zirehli maşınının üzərində də quraşdırılaraq istifadə edilir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: SpearMk2   İsrail   Azərbaycan   Minaatan  

“Qum Pişiyi”ndən 120-lik “Nizə”: Onun adı “Spear Mk 2” mobil minaatanıdır - HƏRBİ EKSPERT (ANALİZ)

2019/02/1l-Im-1550559829.jpg
Oxunub: 3182     10:54     19 Fevral 2019    